Bakı Asiya Universitetində diplomlar neçiyə satılır?
Qəzetimizin redaksiyasına Bakı Asiya Universitetində baş verənlərlə bağlı sensasion xarakterli məlumatlar daxil olun. Məlumatlar sırasında tələbələrin diplom alması prossesi daha çox diqqət çəkir. Məlumatlı şəxsin dediyinə görə, Cəlil Nağıyevin rəhbərlik etdiyi Universitetdə əməlli-başlı diplom bazarı açılıb. Məlumata görə, tələbələrə diplom 1500 -2500 manata satılır. Adıçəkilən Universitetdə dövlət imtahanlarından kəsilən tələbələr isə hər imtahana görə 500 mannat pul ödəməli olurlar. Bakı Asiya Universitetini bitirən tələbələrin dövlət imtahanı verə bilməmələri də diplom qiymətlərəinə öz təsirini edər. Əgər tələbə verdiyi bütün imtahanlardan keçə bilmirsə o zaman diploma daha çox pul verməli olur. Redaksiyamıza məlumat verən şəxsin dediklərindən: “Bakı Asiya Universitetində tələbələrə qarşı çox haqsızlıqlar olunur. Araşdırma apardıqda görəsiniz ki, hərbi xidmətini 18 ay çəkən tələbələrin əksəriyyəti məhz Bakı Asiya Universitetinin tələbələridir. Burada da bir siyasət var. Dövlət imtahanlarından kəsilən oğlanlarla qızlara fərq qoyulur. Qızlarla diplom bazarlığına daha tez gedilir. Amma imtahandan kəsilən oğlanlar haqda bu sözləri demək olmaz. Belə ki, Universitet rəhbərliyi ilə diplom problemini həll etmək istəyən oğlan tələbələr müxtəlif bəhanələrlə aldadılır və müəyyən zaman itkisi yaşanır. Bu zaman tələbələr hərbi xidmətə getməli olurlar. Bildiyimiz kimi hərbi xidmətdə olan tələbələrin diplomları hərbi hissəyə təqdim olunmursa onlar 18 ay xidmət eləməli olurlar. Övladlarının artıq qulluq etməsini istəməyən valideyinlərin isə Univerisitetdə dərisini soyurlar. Uşaqların əksəriyyəti isə imtahanları verməkdən ötrü xidmət boyunca bir neçə dəfə icazə alıb gəlməli olurlar. Bu zaman valideyinlər hərbi hissə komandirləri ilə də danışıqlara getməli olurlar. Bu amil də əlavə problemlər yaradır. kimisi imtahanlara gələ bilir, kimisi isə gələ bilmir. Bu hal isə tələbələrin və onların valideyinlərinin psixoloji sarsıntı keçirtməsi ilə nəticələnir”. Redaksiyamıza edilən müraciətdən sonra kiçik araşdırma aparmalı olduq. Araşdırmalar zamanı məlum oldu ki, Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev olmasına baxmayaraq bütün işləri tədris işləri üzrə prorektor Rəhlə Nağıyeva həyata keçirdir. Rəhilə Nağıyevin Universitet rektorunun həyat yoldaşı olması deyinləri açıq şəkildə göstərməkdər. C.Nağıyevin yeznəsinin də Bakı Asiya Universitetində vəzifə aldığı deyilir.Bununla yanaşı, Rəhilə Nağıyevanın qardaşı da Universitetdə çalışır. Mənbə deyir ki, Rəhilə Nağıyeva valideyinlərlə və tələblərə qarşı kobudluq edir. Valideyin və tələbələrin üstünə qışqırmaqdan belə çəkinmir. Məlumata görə, Rəhilə Nağıyevin Təhsil Nazirliyinin əməkdaşı İlyar Vahabovla da münasibətləri yaxı deyil. Belə ki, İlyar Vahabovun diplom alması üçün tapşırdığı tələbələr R.Nağıyeva tərəfindən süni maneələrələ qarşılaşmalı olur. Bu da onu deməyə əsas verir ki, R.Nağıyeva diplomların tələbələrə satılmasına özü nəzarət etmək istəyir. Digər məlumata görə, Bakı Asiya Universitetində tələbələr telefonlarını gizlin işlədirlər. Əgər telefon tələbəninəlində tutulursa o zaman 50 mannat ödəniş edib geri almalı olurlar. Bununla bağlı müəyyən plakatların da Universitet divarlarına asıldığı deyilir. Sonda onu da qeyd edirik ki, diplomu pulla alan tələbələrin facebook yazışmaları da redaksiyamıza daxil olub. Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq Jur.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?