Vəkil Yalçın İmanov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə bizimyol.info-ya məlumat verən vəkil bildirib ki, Pərviz Həşimli ilə bağlı əvvəlki problemlər qalmaqdadır. “Bakı İstintaq Təcridxanasına köçürülməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüş və telefon əlaqəsinin saxlanmasına şərait yaradılması, istintaq hərəkətlərinin sürətləndirilməsi, istintaq təxridxanasından ölkə başçısına və digər instansiyalara yazdığı şikayət və müraciətlərin ünvanına çatdırılması, vəkilləri ilə konfedensial görüşlərə şərait yaradılması tələbləri qüvvəsində qalır” - deyən vəkil vurğulayıb ki, P.Həşimlinin saxlama şəraiti ağırdır.
Şərait onun mənəvi-psixoloji vəziyyətinə və səhhətinə mənfi təsir edir: “Pərvizə gündəlik mətbuatla tanış olmağa imkan verilmir, yalnız rəsmi dövlət qəzetlərini oxumağa icazə verilir. Baxmayarq ki, ”Qaya" mətbuat yayımı vasitəsilə istədiyi müstəqil qəzetlərə abunə olub, amma hələ də həmin qəzetlərin ona çatdırılmsına şərait yaradılmır. Bunun səbəbi ilə bağlı isə heç bir ağlabatan izahat verilmədiyi üçün Pərviz bu məsələdən narazıdır. O, xüsusilə vəkillərlə konfedenisal görüşlərin təmin edilməsi və cinayət işinin aparılmasının sürətləndirilməsini tələb edir".
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
P.Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. "Amnesty İnternational" təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?