Redaksiyamıza daxil olan məlumata görə, C.Quliyev tərəfindən telekanaldan uzaqlaşdırılan əməkdaşlar yeni sayt yaradır. Onların yeni yaradılacaq saytda İTV rəhbərliyinə qarşı topladıqları kompromatlardan da istifadə edəcəyi gözlənilir.
Yeni sayta İTV-nin İnformasiya Departamentinin keçmiş müdiri İlham Sərxanlı rəhbərlik edəcək. İnformasiyanı dəqiqləşdirməkdən ötrü İlham Sərxanlı ilə əlaqə saxladıq.
O, açıqlamasında sayt yaradacaqları ilə bağlı məlumatı təsdiqlədi. O, saytın fəaliyyətində İTV-nin bəzi keçmiş əməkdaşlarının ona kömək edəcəyini də dilə gətirdi. Amma Cəmil Quliyevə qarşı kompromatlardan istifadəyə gəlincə, İ.Sərxanlı bunu yanlış fikir olduğunu, rəhbərlik edəcəyi saytın ancaq xəbər saytı olacağını dedi.
O, saytın adı və dəqiq hədəfləri barədə hələlik məlumat vermək istəmədi: “Qoy sayt fəaliyyətə başlasın, ondan sonra hər şey bəlli olacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?