GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 15 yaşında ərə verilən qızın faciəli həyat hekayəti

15 yaşında ərə verilən qızın faciəli həyat hekayəti

Tarix: 24-12-2012, 11:49 Bölmə :Ölkə Baxış: 806
15 yaşında ərə verilən qızın faciəli həyat hekayəti

Cəhalət və vəhşət qurbanı


gundemxeber.az Onu ərə verəndə 15 yaşı təzəcə tamam olmuşdu. Fikrində yalnız məktəbi qurtarmaq, tanıdığı qızlardan fərqli olaraq ali təhsil almaq, həyatda özünü təsdiq etmək idi. O, məhz bu arzularla yaşayır, böyüyürdü. Amma bir gün bütün bu arzuları məhv oldu. Bundan sonra o nə məktəbi bitirəcək, nə ali təhsil alacaq, nə də istədiyi mövqe tuta biləcəkdi. O, fərqlənmək istədiyi həmin qızlardan biri olacaqdı. Sıradan bir evdar qadın.
Kəmalə (bütün adlar şərtidir-red.) Masallı rayonunun X. kəndində (kəndin adını çəkməyi məqsədəuyğun saymadıq) anadan olub, elə oradaca yaşayırdı. Tezliklə məktəbi qurtarıb Bakıya gəlmək və burada institutların birində təhsilini davam etdirmək fikrində idi. Amma yuxarıda qeyd etdiyimiz kimi, onun bu arzusu gözündə qaldı.
Bir gün evə qayıdanda onu qonşuluqda yaşayan özündən 10 yaş böyük Samirlə nişanladıqları xəbərini eşitdi. Onun razılığını almadan, fikrini belə soruşmadan. Artıq edəcək heç nə qalmamışdı. Babalar işi düzüb qoşmuşdular. Sevginin, ailənin nə olduğunu bilməyən Kəmalənin əmrə tabe olmaqdan, bu qərara boyun əyməkdən başqa əlacı yox idi. Doğru-düzgün tanımadığı, heç üzünə də baxmadığı Samirə ərə getməli idi. Adət-ənənədən kənara çıxmamalı idi.
Beləcə, 15 yaşı tamam olan kimi onların toyu olur. Ancaq toydan sonra heç də hər şey valideynlərinin gözlədiyi kimi olmur. Kəmalə mütəmadi olaraq əri tərəfindən döyülür, zorakılığa məruz qalır. Bunu görən Kəmalənin atası ailədə münaqişənin qarşısını almaq və yardım etmək məqsədilə onlar üçün ev də tikməli olur. Lakin bu da baş verəcəklərin qarşısını ala bilmir.
Kəmalə 6 il ərzində ərinin bütün zülmlərinə dözərək valideynlərinə heç bir şikayət etmir. Bir çox Azərbaycan qadını kimi susaraq dözür. Yəqin elə sükutlar, cəzasızlıq Samiri daha da azğınlaşdırır. Və 2009-cu ildə ailə münaqişəsi kəskinləşərək özünün pik nöqtəsinə çatır.
Avqustun 18-də Kəmalə valideynlərinə zəng edərək, bir neçə gündür, onlarda qalan övladlarını görmək istədiyini deyir. Ana qızının səsindən sanki nəsə sezir. Evə çatanda qapının arxasından ağlamaq səsi eşidir. Zorla qapını açdırıb içəri girərkən qızının boynunda və əlində bıçaq yarası olduğunu görür. Sən demə, Kəmalə ərinin inəyi satmaq istəyinə etiraz etdiyi üçün onun qəzəbinə səbəb olub. Hətta o dərəcədə hirslənib ki, əri onun başını kəsmək istəyib. O isə yalvararaq, ona rəhm etməyi, heç olmasa sonuncu dəfə uşaqlarını görməyə icazə verməyi xahiş edib. Kəmalənin anasına zəng vurub uşaqları görmək istəməsinin səbəbi elə burdan qaynaqlanırmış.
Bundan bir gün sonra axşam radələrində isə ağlasığmaz hadisə baş verir. Samir bəlkə də indiyədək görülməyən, insanlığa sığmayan bir vəhşilik törədir. 8 aylıq hamilə olan arvadından onunla cinsi əlaqədə olmağı tələb edir. Kəmalə həkimin ona hazırda cinsi əlaqəyə girməyi qadağan etdiyini deyəndə yenə mübahisə başlayır. Səhər saat 6 radələrində Samir həyat yoldaşını yuxudan oyadaraq onu xəyanətdə suçlayır, hətta uşağın da ondan yox, kənd məscidinin mollasından olduğunu deyir. Heç nə anlamayan bədbəxt qadın ərinə yalvarmağa başlayır. Lakin gözü dönmüş kişi arvadının göz yaşlarına, yalvarışlarına məhəl qoymadan onu vəhşicəsinə döyməkdə davam edir. Daha sonra isə arvadının hər iki əlini çarpayının dirsəklərinə bağlayır. O, əlini qadının cinsi orqanına salıb, hələ dünyaya gəlməyən günahsız körpəni ana bətnindən çıxarmağa cəhd göstərir. Ən acınacaqlısı da odur ki, bu hadisə onların 6 və 5 yaşlı övladlarının gözü qarşısında baş verir. Uşaqların, ananın qışqırıq, ağlamaq səslərini eşidən qonşular qapını sındıraraq otağa daxil olur və Kəmaləni çarpayıda əlləri bağlı qan içində görürlər. Onu təcili olaraq xəstəxanaya çatdırırlar. Lakin artıq gec idi. Həkimlərin müdaxiləsi zamanı məlum olur ki, uşaq sağ olsa da, ananın məruz qaldığı işgəncələr zamanı şikəst edilib, qolu sındırılıb, başı əzilib, gözü çıxıb. Belə zədələrlə anadan olmuş uşaq 2 saat ağlayıb çığırdıqdan sonra ölür.
Belə dəhşətli bir hadisədən sonra Kəmalənin özü və valideynləri polisə şikayət etmədiyi üçün Samir kənddə hələ də azad gəzib-dolaşırmış. Yalnız hadisədən 22 gün sonra əlində balta qayınatasının evinə gələrək, «arvadımı və uşaqlarımı verin» - deyə tələb etdikdə hüquq mühafizə orqanlarına şikayət edilib...
Bu da erkən nikahın qurbanı olanlardan birinin acınacaqlı həyatı. Hər halda bu cür hadisələr barmaqla sayılası qədər az deyil. Rəqəmlər də göstərir ki, Azərbaycanda erkən nikahların sayı azalmaqdansa, artmağa doğru gedir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hadı Rəcəbli qızlardan danışdı

    Hadı Rəcəbli qızlardan danışdı ...

    29-07-2013, 15:40

  • 
  • Boşanan azərbaycanlı müğənni məmur oğluna ərə gedir – FOTO

    Boşanan azərbaycanlı müğənni məmur oğluna ərə ...

    23-06-2015, 12:55

  • 
  • Ağacları kəsib məktəbi qızdırırlar (FOTO)

    Ağacları kəsib məktəbi qızdırırlar (FOTO) ...

    25-11-2013, 12:48

  • 
  • Putinin sevgilisi: "Ərə getmək istəyirəm"-FOTOLAR

    Putinin sevgilisi: "Ərə getmək ...

    10-06-2013, 17:24

  • 
  • Bakının məktəbi belə yenilənəcək - FOTO

    Bakının məktəbi belə yenilənəcək - FOTO ...

    23-02-2016, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu