Azərbaycanın kemiş iqtisadi inkişaf naziri Fərhad Əliyev ölkəni tərk edib.
Bu barədə Modern.az-a daxil olan məlumatda bildirilir ki, bu ilin oktyabr ayında əfv sərəncamı ilə həbsdən azad edilən F.Əliyev səhhəti ilə bağlı müayinə olunmaq üçün Almaniyaya gedib. Orada eks –nazir zəruri müayinəlrədən keçməyi planlaşdırır. Uzun müddət həbsxana həyatı yaşamış eks-nazir sağlamlığı ilə bağlı bəzi problemləri yaranıb.
F. Əliyev həbsdən azad edildikdən sonrakı müddətdə yalnız ailəsi ilə birgə olub və KİV-lə hər hansı təmas qurmaqdan imtina edib.
F.Əliyev 2001-ci ildə iqtisadi inkişaf naziri təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində onu öz xidməti kabinetində həbs etmişdilər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 14 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?