Azərbaycan Xəzər Gəmiçiliyi İdarəsinin “Naftalan” gəmisi Rusiya qanunlarına əsasən müsadirə olunub.
Bu haqda İdarənin səlahiyyətlisi məlumat verib. Bildirilir ki, “Naftalan” gəmisi bu ilin avqust ayında Xəzər dənizinin Rusiya Federsiyasına aid ərazisində qaçaqmalla həbs olunmuşdu. Türkmənbaşı limanından Rusiyanın Mahaçqala limanına qeyri-qanuni yük daşıyan tankerimiz 5 aya yaxın müddətə Mahaçqala limanında “əsirlikdə” qalıb. Gəminin yükü ikili sənədləşmə ilə rəsmiləşdirilibmiş. Faktiki olaraq gəmidə 4.500 ton xam neft olsa da, bu, sənədləşmədə mazut kimi göstərilib. Məlumat üçün qeyd edək ki, xam neftin tonu 650-700 ABŞ dolları civarında, mazut isə 220 dollaradır. Rusiya qanunlarına görə, Federasiyanın ərazisində qaçaqmalçılıq və narkotik maddə daşıyan istənilən nəqliyyat vasitəsi müsadirə olunur. Hal-hazırda Rusiya tərəfindən müsadirə olunan “Naftalan” gəmisinin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və kapitanın 2-ci köməkçisi Ülvi Nobel oğlu Sultanzadə həbs olunub.
Bununla bağlı Xəzər Dəniz Gəmiçiliyində daxili araşdırmalar artıq yekunlaşmaq üzrədir. İdarədən verilən məlumata görə, Rusiya qaçaqmala görə müsadirə etdiyi gəminin dəyərinin tələb edib, sabiq rəis A.Bəşirov isə bundan imtina edib. Ona görə də “Naftalan”ın rəsmən müsadirə edildiyi barədə Rusiya Federasiyası qərar çıxarıb. İdarədə daxili təhqiqat zamanı daha müdhiş faktlar da ortaya çıxıb. Təfərrüatıyla məlumat verəcəyik. Bizi izləyin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?