Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Mühəndis Mustafa Əli” gəmisi saxlanılıb.
Bu haqda Xəzər Dəniz Gəmiçiliyi QSC-dəki etbarlı mənbə bildirib.
“Mühəndis Mustafa Əli” tankeri Türkmənbaşı limanından Mahaçqalaya 4.500 ton Hidrotəmizləyici dizel yanacağı apararkən öz sularımızda saxlanılıb. Gəmi bu ilin sentyabrndan ay yarım Dübəndi terminalına yaxın yerdə lövbərdə dayanıb. Hazırda isə Rauf Vəliyevin göstərişi ilə terminalın körpüsündə dayanan gəmidə araşdırmalar aparılır. Yükün kimə məxsus olduğu hələ məlum deyil. Heç bir qurum yükə sahib çıxmır.
İdarənin İstismar Xidmətinin maye yük daşıma şöbəsinin inispektoru Namiq Quliyev artıq bu işlə məşğul olmadığını və bu haqda bizə heç nə deyə bilməyəcəyini söylədi.
Qeyd edək ki, hazırda yükünün kimə məxsusluğu araşdırılan “Mühəndis Mustafa Əli” gəmisinin kapitanı Asim Fətəliyev, baş nexaniki isə Məmmədəli Muradovdur.
Xatırladaq ki, adı çəkilən gəminin saxlanmasından bir müddət əvvəl Xəzər Dəniz Gəmiçiliyinin “Naftalan” tankeri eyni limandan qaçaqmal olaraq Mahaçqalaya xam neft apararkən Rusiya Federasiyasının sərhədçiləri tərəfindən nəzarətə götürülmüşdü. Məlum olmuşdu ki, rəsmi sənədlərə görə gəminin yüksüz olması deyilsə də, gəmidə 4.300 ton xam neft olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?