Savash.org xəbər portalı da bu gün səhər saatlarından başlayaraq şiddətli kiberhücumlara məruz qalıb. Gundeminfo-ya bununla bağlı açıqlama verən Savash.org saytının rəhbəri Zülfüqar Savaş hazırda texniki personalın çalışdığını dedi: "Hazırda saytı bərpa etmək yönündə gərgin çalışırıq və ümid edirik ki, sabahdan etibarən fəaliyyətimizi bərpa edə biləcəyik" Məlum olduğu kimi, artıq bir neçə gündür ki, ölkənin onlarla saytına haker hücumları səngimək bilmir. Bəzi portallar artıq hücumları dəf edıərək fəaliyyətlərini bərpa etməyə nail olsalar da hələ bu bu hücumdan əziyyət çəkənlər var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?