Ötən gecədən yağan qar Azərbaycanın bir çox bölgələrində həyatı iflic vəziyyətinə salıb ki, bu da daha çox bəzi dövlət qurumlarının qışa tədarüksüz yaxalanması deməkdir. Və ən acınıcaqlı olanı isə odur ki, hər il eyni problem yaşanır və hər il də eyni bəhanə gətirilir: HAZIRLIQSIZ YAXALANDIQ…
Məsələn, dağlıq Lerik rayonuna yağan güclü qar bir sıra fəsadlara səbəb olub. Verilən məlumata görə, hazırda qarın hündürlüyü rayon mərkəzində 46-50 sm, ucqar yaşayış məntəqələrində isə 1 metr təşkil edir. Nəticədə isə nəqliyyatın hərəkəti demək olar ki, iflic olub, kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Lənkəran-Lerik şose yolunda da maşın-mexanizmlərin hərəkətində çətinliklər müşahidə olunmaqdadır. Güclü yağıntı səbəbindən rayonun enerji təsərrüfatına da ciddi ziyan dəyib. Səhər saatlarından Lerik şəhəri də daxil olmaqla, 160 yaşayış məntəqəsi işıqsız qalıb.
Həyata keçirilən tədbirlərdən sonra 130 kəndə və Lerik şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda rayonun digər kəndlərinə də elektrik enerjisinin verilməsi üçün təmir-bərpa işləri davam etdirilir.
Amma Lerikdən fərqli olaraq Bakının burnunun ucunda yerləşən Abşeron rayonunda eletrik enerjisi ilə bağlı yaranmış problem hələ də qalmaqdadır. GündəmXəbər.az-a müraciət edən rayonun Mehdiabad qəsəbəsinin sakinlər bildirirlər ki, dünən axşam saatlarından etibarən onlar işıqsız qalıblar.
Sakinlər hətta bu səbəbdən «Azenerji» prezidenti Etibar Pirverdiyevə müraciət dlə ünvanlayıblar. Sakinlər deyir: «Etibar Pirverdiyev gəlib bir gecə Mehdiabadda qalsın və bizim nə çəkdiyimizi görsün». Sakinlər bildirir ki, əgər işıqla təminatdakı problemlər aradan qalxmazsa, onlar yaxınlıqdakı magistral yolu bağlayacaqlar».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?