Siyahı yanvarda yenilənəcək, hesabat isə Avropa Şurasının 23 yanvardakı plenar iclasında müzakirə olunacaq
gundemxeber.az Bir çox hüquq müdafiəçiləri AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Ştrasserin hesabatını obyektiv hesab etmir. Səidə Qocamanlı iddia edir ki, hesabatın hazırlanması üçün Ştrasserə "hamı siyahı göndərir, o isə yoxlamamış, görüşməmiş, hamını siyahıya qoyub". Onun fikrincə bu, "Azərbaycanın adına xələl gətirən hesabatdır". Ştrasser isə BBC Azərbaycancaya deyib ki, yanvar ayınadək siyahı yenilənəcək: "Həbsdən buraxılan məhbuslar siyahıdan çıxarılacaq, yeni məhbuslar əlavə olunacaq - siyahı yenidən qurulacaq". "Siyahının belə formada çıxmasını təqdir edə bilmərəm - siyahıda 16 nəfər artıq azadlığa çıxan insanların, ölənlərin adı var", Səidə Qocamanlı irad tutur:"Biz Ştrasserlə iyun ayından işləyirik, bütün bunları ona demişik, amma o hətta aprel ayında buraxılan məhbusları da siyahıda dərc edib. Başa düşürəm, hamı istəyir ki, siyahıya düşsün, amma (siyasi məhbuslar) kriteriyalara uyğun olmalıdır". Ştrasser isə deyib ki, siyasi məhbuslar siyahısına "mütləq dəyişikliklər olacaq". O bildirib ki, siyahı yanvarda yenilənəcək, hesabat isə Avropa Şurasının 23 yanvardakı plenar iclasında müzakirə olunacaq. Qocamanlı həmçinin deyib ki, oktyabr plenar iclasında baş verən səsvermədən sonra, Ştrasser Azərbaycana "gələ bilər", çünki siyasi məhbuslar termininə verilən ümumi tərif bütün üzv ölkələrə aid edilib, o deyir. Christoph Ştrasser deyib ki, o, dəvət alacağını "güman edir". “Xəbər xidməti”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?