GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Siyasi məhbus mübahisəsi

Siyasi məhbus mübahisəsi

Tarix: 23-12-2012, 10:39 Bölmə :Maraqlı Baxış: 851
Siyasi məhbus mübahisəsi
Sayından asılı olmayaraq Azərbaycan bu problemi yaşayır

gundemxeber.az Azərbaycanda siyasi məhbus meyarlarına uyğun gələn məhbusların sayı ətrafında mübahisələr bitmək bilmir. Avropa Şurasının bu ilin oktyabrında qəbul etdiyi «siyasi məhbus» meyarları da bu mübahisələri səngitməyib. Mübahisəli siyahılar yenə çəkişmə mövzusudur.
Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir. Müxtəlif siyahılarda, o sıradan Avropa Şurasının (Christoph Strasser-in siyahısı) siyahısındakı məhbusların da konkret cinayət əməlinə görə cəza çəkdiyini vurğulayır. Hökumət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi «siyasi məhbus» meyarlarını da bəyənmir. Üstəlik, həmin meyarlara uyğun gələn məhbusun olmadığını bildirir. Siyasi məhbus məsələsi yerli hüquq müdafiəçilərinin də dartışma mövzusudur. Bu barədə onların arasında da ortaq mövqe yoxdur.

Azərbaycanda cəmi 10 siyasi məhbus var?

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun fikrincə, Azərbaycanda «siyasi məhbus» meyarlarına uyğun gələn cəmi 10 məhbus var. Qrupda təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı indi məhkəməsi gedən İslam Partiyası üzvlərinin də bu siyahıya düşmə ehtimalının olduğunu deyir: «Məhkəməsi gedən İslam Partiyasının üzvləri də bizə müraciət ediblər. Onlardan istədiyimiz sənədləri hələ verməyiblər. Həmin sənədlərdə onların siyasi motivlərlə həbs olunduğu təsdiqlənsə, onda siyahımıza daha 5 nəfər əlavə olunacaq». S.Bənənyarlı AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Şrasserin 60 nəfərlik siyahısını qəbul etmir: «Hesab edirik ki, həmin siyahı o qədər də obyektiv deyil. Bu siyahını Ştrasser Azərbaycana gəlmədən hazırlayıb. Sənədlərə baxmaqla yanaşı, gərək o, vəziyyəti yerində araşdıraydı».

Üst-üstə düşən daha 2 siyahı

Başqa bir siyahıda 60-a yaxın ad var. Bu siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hazırlayıb. O deyir ki, Strasser-lə əlaqəli işlədiklərindən hər iki siyahı üst-üstə düşür: «Çünki onlar mənə sual verirdilər, mən də onlara bir-bir adları göndərirdim. Ona irad tutulurdu ki, siyahısında olan adamların bəziləri əfv olunub. Mən ona son siyahını dekabrın əvvəlində göndərmişəm və indi onun siyahısında olan adamların hamısı həbsdədir».

Ştrasserin Azərbaycana sonuncu tövsiyəsi

Strasserin AŞPA-nın yanvar sessiyasına təqdim etdiyi son hesabatında qeyd olunur ki, Parlament Assambleyasının davamlı cəhdlərinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslar məsələsi hələ də çözülməyib. Hesabatda Azərbaycan hakimiyyətinə tövsiyə olunur ki, siyasi məhbus sayılan şəxslərin məsələsi onlardan günahlarının etirafı istənilmədən həllini tapsın. Üstəlik, yeni siyasi məhbuslar yaratmamaq üçün uyğun tədbirlər də görülsün.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Christoph Strasser-in hazırladığı məruzəni yalan və böhtanla dolu, reallığı əks etdirməyən sənəd kimi qiymətləndirir. O deyir ki, Azərbaycan tənqiddən qorxmur, ancaq reallıqları əks etdirən tənqidlərlə razılaşır.

«Hakimiyyət... problemi həll etməlidir»

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin fikrincə, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların varlığını danmaq əvəzinə bu problemi həll etməlidir. Hüquq müdafiəçisi hakimiyyətin bu məsələdə dirəniş göstərməsinin daha çox yerli hüquq-müdafiə təşkilatlarının dağınıq mövqeyindən qaynaqlandığını söyləyir: «Biz bir araya gələ, ortaya vahid siyahı qoya bilmiriksə, demək, problem təkcə hökumətdə deyil, həm də vətəndaş cəmiyyətindədir».

Kimlər siyasi məhbus sayılır?

Bu ilin oktyabrında AŞPA-nın «Siyasi məhbus anlayışı» ilə bağlı qəbul etdiyi meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:
- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;
- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;
- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;
- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Maarif Çingizoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Avropa Şurasında sədrliyə qədər siyasi məhbuslar buraxılmalıdır”

    “Avropa Şurasında sədrliyə qədər siyasi məhbuslar ...

    24-01-2014, 08:33

  • 
  • Avropa Parlamenti kimləri siyasi məhbus sayır?

    Avropa Parlamenti kimləri siyasi məhbus sayır? ...

    24-10-2013, 12:56

  • 
  • "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv olunub" - Səidə Qocamanlı adlar açıqladı

    "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv ...

    17-10-2014, 17:23

  • 
  • SDİ siyasi məhbusların siyahısını elan edəcək

    SDİ siyasi məhbusların siyahısını elan edəcək ...

    21-01-2014, 17:24

  • 
  • Leyla Yunus: "Ölkədə 38 "vicdan məhbusu" və 97 siyasi məhbus var"

    Leyla Yunus: "Ölkədə 38 "vicdan ...

    23-01-2014, 12:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu