GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN və DİN aciz olduğunu etiraf elədi

MTN və DİN aciz olduğunu etiraf elədi

Tarix: 13-12-2013, 11:58 Bölmə :Ölkə Baxış: 671
MTN və DİN aciz olduğunu etiraf elədi
“Aznews.az” xəbər portalının baş redaktoru Elçin Zahiroğlunun “facebook” səhifəsi oğurlanıb.

Bu ilin mart ayında “Aznews.az” xəbər portalına haker hücumu olub və bir gün sonra saytın Baş redaktoru Elçin Zahiroğlunun şəxsi “facebook” və mail hesablarının şifrələri sındırılaraq hakerlər tərəfindən ələ keçirilib.

Artıq 6 aydır ki, Baş redaktorun “facebook” hesabını ələ keçirən şəxslər onun adından ölkənin bir sıra tanınmış adamlarına çirkin formada təhdidlər yazırlar. Bu azmış kimi, Elçhin Zahiroğlunun ələ keçirilən (https://www.facebook.com/elchin.zahiroglu?fref=ts) səhifəsindən istifadə edərək onun dostlarının da səhifəsi sındırılır. Xatırladaq ki, belə bir cəhd barədə artıq Xədicə İsmayıl da öz şəxsi “facebook” hesabında status paylaşmışdı:
“Elçin Zahiroğlunun profili hack edilib. O profildən mənim də profilimi hack eləmək üçün cəhd etdilər. Guya haradasa yayılan videonu göndərib, linkə girib baxmağımı dedilər. Linklər FB, yaxud “Yahoo” qeydiyyatı istəyirdi və mən imtina etdim. Sonra təhqirlər başladı. Elçin Zahiroğlunun oğurlanmış profilindən gələn mesajlardakı linkləri açmayın. Özünü də şikayət edin”.

Xədicə İsmayılın ayıqlığı nəticəsində bu cəhd uğursuz olsa da, uğurlu nəticələnənlər də var.

Onu da bildirək ki, E.Zahiroğlu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Belə ki, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri bu barədə məlumatlandırılıb. Hər iki quruma 2 dəfə - bu ilin may və sentyabr aylarında rəsmi müraciət olunub. Lakin görünən odur ki, bu istiqamətdə hər hansı tədbir görülməyib.

Elçin Zahiroğlu mətbuata açıqlamasında bildirib ki, nəinki tədbir görülməyib, hətta rəsmi cavab verməkdən də imtina olunur: “Həm Daxili İşlər, həm də Milli Təhlükəsizlik Nazirliyindən mənimlə telefon əlaqəsi yaradılıb. Daxili İşlər Nazirliyindən zəng edərək deyiblər ki, həmin şəxsi tapa bilmirlər. Bunun səbəbi barədə isə mənə, dediklərinə görə, elektron məktub yazıb göndəriblər. Həmin cavab mənə məlum olmayan səbəblərdən gəlib çatmayıb. Sonradan başqa elektron ünvan da verdim. Ancaq xaricdə olduğu bildirilən kibercinayətkarın müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına mane olan səbəblərin əksini tapdığı həmin məktub gəlib çıxmadı”.

E.Zahiroğlu onu da qeyd edib ki, kibercinayətkarlığın araşdırılması üzrə əsas orqan olan Milli Təhlükəsizlik Nazirliyinin də cavabı DİN-dən fərqlənməyib. Onlar da rəsmi deyil, şifahi olaraq cinayətkarın tapılmasında aciz olduqlarını etiraf ediblər: “Mənimlə Milli Təhlükəsizlik Nazirliyində baş əməliyyat müvəkkili Fariz Məmmədov telefon əlaqəsi saxlayıb. Rəsmi cavab verə bilməyəcəyini deyən əməliyyat müvəkkili həmin şəxsi tapa bilmədiklərini söylədi. Bu məsələdə aciz olduqlarını etiraf etdi”.

Azərbaycan qanunvericiliyində aparılan dəyişikliklərdən sonra bu problemin həllinin asanlaşacağını düşündüyümüz halda müvafiq orqanların acizliyini etiraf etməsi, bu istiqamətdə mübarizənin zəif qurulması nə ilə bağlıdır? Maraqlıdır, günü-gündən fəallaşan kibercinayətkarlıqla mübarizə ilə qarşılaşan internet istifadəçisi hansı addım atmalıdır?

İKT üzrə ekspert Osman Gündüz açıqlamasında bildirib ki, ölkədə internetdə cinayətkarlıqla bağlı bir təcrübə var və həmin şəxs məhkəmədə cəzalandırılıb: “Artıq Cinayət Məcəlləsində dəyişiklikər olunub və bu məsələ qanunlarla tənzimlənir. Bölgələrimizdən birində bir fakt araşdırılıb və “Facebook”da fəaliyyətə görə 1 il cəza kəsildi”.

Kiberhücuma məruz qalan şəxslərin nə etmələrinə gəlincə, O.Gündüz deyib ki, ilk növbədə müvafiq qurumlara müraciət olunmalıdır:

“İnternetlə bağlı hər hansı fakta görə əməliyyat-axtarış tədbirinin keçirilməsi, təhqiqatın aparılması MTN-in səlahiyyətindədir. İnternet vasitəsi ilə, “Facebook”dan təhqirə məruz qalan şəxs, ya da şəxsi səhifəsi oğurlanan istifadəçi bu barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edir. Araşdırma məqsədi ilə müəyyən məlumatlar istənilir. Təhqiqatın nəticəsi üçün həmin məlumatların verilməsi vacibdir. Bu cür cinayətkarlıq faktları ilə bağlı məhkəməyə də müraciət etmək olar. Çünki bu məsələ məhkəmə predmetidir. Bundan başqa, “facebook” rəhbərliyi də xəbərdar olunsa, müsbət nəticə əldə etmək olar”.

O.Gündüz E.Zahiroğlunun müraciətlərinin cavabsız qalması ilə bağlı məsələyə münasibət bildirərəkən deyib ki, ölkədə bu cür faktlara reaksiya verilməzsə, bu, qanunsuz hərəkətlərin çoxalmasına səbəb ola bilər:

“Müraciətə cavab verilməməsi, məktubun yetişməməsi, o cümlədən məsuliyyətsizlik səbəbindən ola bilər. Bildiyimə görə, MTN-də bu cür cinayətkarlıqla mübarizə sahəsində yetərli mütəxəssislər var. Sadəcə, məsuliyyət artırılmalıdır”.

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov hesab edir ki, Elçin Zahiroğlunun konstitusion hüquqları pozulub. O, açıqlamasında deyib ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Bu hüquq ölkə Konstitusiyasının 57-ci maddəsində öz əksini tapıb. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir: “Əgər verilmirsə, vətəndaş qanuna görə həmin orqanın yuxarı orqanına, yaxud məhkəməyə müraciət edə bilər. Bu məsələ həm Konstitutsiya ilə, həm də “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunla tənzimlənir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Facebook" hesablarını ələ keçirən zərərli proqram aşkarlandı

    "Facebook" hesablarını ələ keçirən ...

    9-07-2016, 22:45

  • 
  • Ruslan Bəşirlinin facebook profili yoxa çıxdı

    Ruslan Bəşirlinin facebook profili yoxa çıxdı ...

    18-07-2014, 12:07

  • 
  • Facebook KİV-ə çevrilir

    Facebook KİV-ə çevrilir ...

    24-03-2015, 11:14

  • 
  • "Facebook"un gündəlik auditoriyası milyard nəfəri keçdi

    "Facebook"un gündəlik auditoriyası ...

    5-11-2015, 17:15

  • 
  • Medvedyevin “twitter” hesabı “hack” edilib

    Medvedyevin “twitter” hesabı “hack” edilib ...

    15-08-2014, 10:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu