Söz Milli Şuranın sədri Cəmil Həsənliyə verildi. O dedi ki, soyuq, çiskinli hava insanların ruhunu qıra bilmədi: “Mən Milli Şura adından bu meydandakıları, ürəyi burada olanları salamlayıram, sizə eşq olsun deyirəm. Siz yenə meydanlardasınız, azadlıq mücadiləsinin önündəsiniz”. İqtidarı və onun siyasətini kəskin tənqid edən Milli Şura sədri dedi ki, bu iqtidar 9 oktyabrda Azərbaycanda hakimiyyəti qəsb edib: “Azərbaycan xalqı özünümüdafiə haqqına sahibdir. Ona görə bu meydanlarda mübarizəsini davam etdirməlidir. İmkan vermək olmaz ki, bunlar bizim cibimizə girsinlər. Sevgili xalqım, uca millət! Öz haqqın uğrunda meydanlarda olmalısan, öz haqqını özün təmin etməlisən... ” Cəmil Həsənli hazırda məhkəməsi gedən siyasi fəalların, jurnalistlərin, NİDA-çıların, günahsız vətəndaşların üzərində gedən məhkəmələri məzhəkə adlandırdı və dedi ki, rejim onların iradəsini qıra bilmədi. Milli Şura sədri dünyada gedən prosesləri təhlil əsasında dedi ki, Azərbaycan iqtidarı da bu demokratiya dalğasına tab gətirə bilməyəcək və gedəcək. Azərbaycan iqtidarı öz mahiyyətini dəyişə bilmir və dəyişməyəcək. Ona görə də gərək xalq onu dəyişsin: “Tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparmalı, güc üzərində bərqərar olan bu iqtidarı yola salmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq”. Cəmil Həsənli son qiymət artımını da kəskin bir dillə tənqid edib: “Soruşmaq lazımdır ki, sən millətə nə vermisən ki, indi onun üzərinə artım qoyursan”. Milli Şura sədri dedi ki, ölkənin bütün sahələri bərbad vəziyyətdədir. Xalq bu durumdan və qiymət artımından ancaq dirəniş göstərməklə, mübarizə aparmaqla çıxa bilər. Cəmil Həsənli açıq şəkildə xalqı iqtidara qarşı açıq çıxışlara, müqavimət hərəkatına “pozulan konstitusiyanın bərpasına”, bir sözlə, mövcud iqtidarı iş başından düşürməyə çağırdı. Daha sonra Müsavat başqanının müşaviri Yeganə Hacıyeva Milli Şuranın tələbləri əks olunan sənədi oxudu. Mitinq sulu qar yağışının müşayiəti ilə başa çatdı. Canlı aksiyaya baxmaq üçün bura tıklayın My Webpage ****** Çıxış üçün söz alan Mirmahmud Mirəlioğlu dedi ki, bu gün xalqın apardığı bu dirəniş hərəkatının, demokratiya yolunun əsasını Məmməd Əmin Rəsulzadə, Elçibəy qoyub. M. Mirəlioğlu hakimiyyəti kəskin bir dillə və detallı olaraq tənqid etdi. O, bu iqtidarı milli kimliyimizi, inanclarımızı basdırmaqda suçladı. İcra sturukturlarını, nazirlikləri amansız bir dill tənqid edən KXCP sədri mövcud iqtidarın dinc və demokratik yolla dəyişməsi zərurətindən danışdı,qiymətlərin qaldırılmasını xalqa qaryşı suiqəsd kimi dəyərləndirdi.
***
14.36
Bakı Şəhər Baş Polis İdarəsi rəisinini müavini Səhlab Bağırov Müsavat Partiyası başqanının müavini Tural Abbaslıya xəbərdarlıq edib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, səbəb mitinqdə səsləndirilən şüarlardır.
***
14.27
AXCP sədri Əli Kərimli çıxışında deyib ki, Əli Kərimli deyib ki, əgər biz ayağa qalxmasaq, o zaman bu acgözlər öz büdcələrini doldurmaq üçün hər şeyin qiymətini qaldırmaq istəyəcəklər. Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək (meydandakılar “istefa” qışqırır ). Əli Kərimli dedi ki, biz fərqindəyik ki, bu qiymətlərin düşməsi, insanların firavan yaşanması üçün Azərbaycanda haqq-ədalət, azadlıq qalib gəlməlidir. Əlamətdardır ki, hazırda bizimlə paralel olaraq Ukrayna xalqı da meydanlarda azadlıqları uğrunda günlərdir ki, mübarizə aparırlar. Biz buradan onları da dəstəkləyirik, həmrəyliyimizi ifadə edirik... Biz ölkəmizin seçimini müəyyənləşdirməliyik. Biz problemlərimizin əsas səbəbini bilirik. Nə qədər ki, ölkədə legitim iqtidar olmayacaq, xalqla belə rəftar olunacaq Necə hesab edirsiniz, Ukraynadan sonra Avromeydan Azərbaycanda olsunmu? Meydandakılar təsdiq uğultusu ilə cavab verdilər.
***
Daha sonra Müsavat başqanının müavini, İcra Aparatının rəhbəri Arif Hacılı çıxış edib. O deyib ki, Azərbaycan xalqı öz ulu öndərlərinin 1 əsrdir başlatdığı savaşı davam etdirir. Azərbaycanda yaradılan bu xaos, qorxu mühiti meydanlarda insanların sayının az olmasına təsir edir. Lakin bütün dünyanın azadlıqsevər insan və dövlətlərinin Azərbaycan xalqına dəstək verəcəyi gün uzaqda deyil. Bu gün Azərbaycan müxalifətinin Ukrayna xalqına dəstəyini ifadə etmək üçün İsa Qəmbər Kiyevdə, Maydandadır. Mən onun da salamlarını sizə çatdırıram. (Meydanın alqışları). Əminəm ki, az zaman sonra bütün dünya Azərbaycan xalqına meydanlarda dəstək verəcək. A. Hacılı mövcud hakimiyyətin siyasətini kəskin tənqid edərək, bildirib ki, ölkənin bütün sərvətləri bir ailənin əlində cəmləşib.
***
14.10
Musavat.com-un məlumatına görə, yağışın yaratdığı çətinliklərə baxmayaraq, mitinq başlayıb. Mitinqin aparıcısı jurnalist Şahvələd Çobanoğludur. O, mitinqin məram və məqsədi barədə məlumat verəndən sonra, sözü AXCP sədri Əli Kərimliyə verib.
***
13.40
Bir qədər sonra Yasamal rayonunda yerləşən keçmiş «Məhsul» stadionunda müxalifətin mitinqi başlayacaq. Aksiyada «Qiymətlər endirilsin!», «Bahalaşmaya son!» şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, mitinqin keçirildiyi rayonda güclü yağış yağır. Buna baxmayaraq, aksiya iştirakçıları meydana toplaşmaqda davam edirlər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da artıq meydandadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?