Babək Ədalətlinin məhkəməsi ««Bandotdel»in qapısından girəndə qollarımı qaldırdılar. Səid Seyidov bükümü cibimə qoydu. Orda müşahidə kamerası da var idi. Mən qışqırdım ki, siz mənim cibimə narkotik atdınız. Bilərəkdən qışqırdım ki, kameranın yaddaşında qalsın. Hərçənd, o kamera da öz əllərindədir, yenə də hər ehtimala qarşı bunu etdim. Deyirdilər vəkilim Oktay Əliyev adlı birisidir. Orada saxlandığım günlərdə adını eşitsəm də, bircə dəfə də üzünü görmədim».
HEROİN ŞOUSU?...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə «Nihat» özəl klinikanın həkimi, 61 yaşlı Babək Ədalətlinin məhkəməsi başlayıb. Həkim heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilir. Onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. İttiham aktında bu barədə yazılır:
«Bu il mayın 29-da Nizami küçəsində - Gənc Tamaşaçılar Teatrının qarşısında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Babək Ədalətlinin üstündən 5.931 qram, sonrakı axtarışlar zamanı yaşadığı mənzildən isə 10.977 qram heroin götürüblər».
«KLİNİKADA «ƏMƏLİYYAT» BAŞ TUTMADI...»
Babək Ədalətli ittihamları qəbul etmir. Məhkəmədə dəmir barmaqlıqlar arasında olan Babək Ədalətli ayağındakı ağrılara görə ifadəni oturaq vəziyyətdə vermək istədiyini dedi. İfadəsində göstərdi ki, heroini üstünə və evinə polislər atıb:
«Mən evimdə xəstə qəbul edirəm. Hər gün onlarla xəstələrim olurdu. Həmin gün Davud adlı xəstəm də gəlmişdi. Ona bəzi dərmanlar lazım idi. Xəstəm, mən və oğlum Emil birlikdə evdən çıxıb distibrtyutoru olduğum «Sibisrskoe zdorovye» şirkətinə gəldik. Davud Emilə təklif etdi ki, yaxınlıqdakı dönərxanalardan birinə gedib dönər yesinlər. Mənsə aptekə girdim, çölə çıxanda üstümə hücum çəkdilər. Bir neçə nəfər qollarımı qandallayıb məni qara maşına mindirdilər. Başa düşdüm ki, bu, əvvəlcədən planlaşdırılmış işdir. İşlədiyim klinikaya da getmişdilər, ancaq oradakı iş otağımda daimi oturmadığımı biləndə «əməliyyat» baş tutmamışdı».
Babək Ədalətli Babək Ədalətli «DEDİLƏR Kİ, SEÇKİ DÖVRÜNDƏ HƏBSDƏ QALMALISAN»
Babək Ədalətli ifadəsində göstərdi ki, ona işgəncə verilib:
«Deyirdim, başa salın ki, məni niyə tutmusunuz? Həkim adamam. İşim-peşəm xəstələrə şəfa verməkdir. Bu heroin də bir şoudur. Deyin görüm nə baş verir? Oranın Səid Seyidov və Fəxri Babazadə adlı işçiləri deyirdilər ki, həbsin sifarişdir. Mənə dəhşətli işgəncələr verilirdi. Qarnıma, başıma o qədər təpiklər vurulurdu ki... Dırnağımı çıxardanda huşumu itirdim. Bununla belə mənə heç nə yazdıra bilmədilər. Mayın 31-nə kimi yazılan ifadələr mənim deyil. Özləri yazıblar. Mən iyunun 3-dən sonra yazdıqlarıma cavabdehəm. Çünki artıq həmin vaxt Bakı İstintaq Təcridxanasında saxlanırdım, işgəncə olmasa da, ondan əvvəl «bandotdel»də aldığım işgəncələrin altını indiyə qədər də çəkirəm. «Bandotdel»də olanda ekspertizadan keçirilməyimi tələb etdim. 24 gün sonra keçirtdilər. Artıq gözlə görünən izlər yoxa çıxmışdı. Ekspert gəlib məni dindirib getdi. Heç bir yoxlama aprmadı. Halbuki, mən həmin işgəncələrin daxili orqanlarımdakı izlərini hələ də hiss etməkdəyəm. Hələ də burnumdan, qulağımdan qan açılır. Sidiyə qan gedirəm. Tez-tez bədənimin bir tərəfi iflic olur, ayağımın biri elə bil mənim deyil. Ayaq üstə dayana bilmirəm. Ona görə də sizdən xahiş etdim ki, ifadəmi oturaq vəziyyətdə verim. Bakı İstintaq Təcridxanasında vəziyyətim çox ağır idi. Dəfələrlə müraciət etsəm də, məni müalicə müəssisəsinə köçürmürdülər. Sağ olsun Qırmızı Xaç Cəmiyyəti. Oğlum ora müraciət etdi, onların müdaxiləsindən sonra 10 gündür ki, müalicə müəssisəsindəyəm».
Babək Ədalətli həbsini siyasi sifariş hesab edir:
««Bandotdel»də dedilər ki, seçki dövründə həbsdə qalmalısan. Qorxurdular ki, namizədliyimi verərəm, seçkini pozaram. Mən əvvəllər də deputatlğa namizədliyimi vermişəm. Nə iqtidaram, nə müxalifət. Vəzifəli şəxsləri tənqid edirəm, bu da xoşlarına gəlmir».
DİN mətbuat xidməti Babək Ədalətlinin dediklərini təkzib edib:
«Ona heç bir təzyiq göstərilməyib. Vəkillə təmin olunub. Narkotik maddənin ona məxsus olduğunu özü ifadələri ilə təsdiqləyib. Hazırda isə iş məhkəmə araşdırmasındadır. Son sözü də məhkəmə deyəcək».
Məhkəmə iclası dekabrın 25-də şahid ifadələri ilə davam edəcək. Esmira Cavadova
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?