GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mübariz Mənsimovu həbsdən qurtaranın kimliyi bilindi

Mübariz Mənsimovu həbsdən qurtaranın kimliyi bilindi

Tarix: 23-12-2013, 12:13 Bölmə :Ölkə Baxış: 561
 Mübariz Mənsimovu həbsdən qurtaranın kimliyi bilindi
Azərbaycanlı iş adamı barədə yeni sensasion xəbərlər
Əməliyyatın hazırlanmasından aylar öncə məlumatlı olan şəriki İhsan Kalkavan “Palmali” prezidentinə xəbərdarlıq edib; nazir oğullarının ifadələri yayıldı; Rza Zərrabın daha bir ortağı polisin əlindən necə qaçıb...
Dekabrın 17-də Türkiyədə korrupsiya və rüşvət ittihamı ilə bağlı həbs edilən iş adamı Rza Zərrabla bağlı yeni xəbərlər yayılıb. Bu xəbərlərdə Azərbaycan oxucusu üçün daha çox maraq doğuranı R.Zərrab və digərlərinin Azərbaycanla əlaqələri barədə bilgilərdir.

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadə adının R.Zərrabın Azərbaycandakı əsas ortağı kimi hallandırılmasına etiraz edib.

Deputat özü ilə yanaşı mediada R.Zərrabın şəriki kimi tanıdılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovu da müdafiə edib: “”Palmali" Şirkətlər Qrupunun da adını bu çirkin işdə hallandırırlar. Türkiyə hüquq-mühafizə orqanları bir il ərzində tədqiqat aparıblar və cinayətkarları həbs ediblər. Əgər Mübariz Mənsimovun bu cinayətlərə aidiyyəti olsaydı, onu da həbs edərdilər". Xatırladaq ki, həmin məlumatlarda Rza Zərrabın “Palmalı” şirkətlər qrupunun sahibi ilə dost olduğu bildirilirdi. Türkiyə polisindəki qaynaqlardan biri isə demişdi ki, hazırda istintaq M.Mənsimovun Rza Zərrabla işgüzar münasibətlərini və böyük rüşvət prosesindəki rolunu araşdırır.

Qeyd edək ki, lənkəranlı iş adamı Mübariz Mənsimovun Paşazadə ailəsi ilə yaxın münasibəti heç kimə sirr deyil. Şeyxin istər Həccə, istərsə də Almaniyaya müalicəyə M.Mənsimovun özəl təyyarəsi ilə getdiyi də iddia olunub. Bu səbəbdən C.Paşazadənin hələ ki bu xəbərlərə, eləcə də Türkiyədəki həbslərə heç bir reaksiya verməyən M.Mənsimovu müdafiə etməsi başadüşüləndir.

Azerinfo.org saytı isə M.Mənsimovla bağlı yeni sensasion xəbər yayıb. Türkiyədəki qaynaqlardan sayta verilən xəbərə görə, Mənsimovu həbs dalğasından qurtaran onun iş ortağı olub.



Belə ki, əməliyyat haqda hələ aylar öncə camaatın “ağır toplarından” sayılan ( M.Mənsimovun şəriki) İhsan Kalkavan xəbərdar olub: “Məlumatlı şəxsin sözlərinə görə, Mübariz Mənsimovla yaxın dost və partnyor olan İhsan Kalkavan ”Palmali" şefini bu həbs təhlükəsindən qurtarıb. Mənsimov Türkiyə vətəndaşlığı alarkən, onun işlərini yoluna qoyan və Türkiyə Daxili İşlər Nazirliyinin bu vətəndaşlıqla bağlı yaratdığı problemləri qısa zamanda həll edən Beşiktaş Dənizçilik Şirkəti İdarə Heyətinin sədri İhsan Kalkavan bu dəfə də şərikinə yardımını əsirgəməyib. Araşdırmaları aparanlar və içərisində nazir oğullarının da olduğu rüşvət izləmələrini hazırlayanlar Kalkavanın dostu Mənsimovu “görməzdən” gəliblər. Təbii ki, holdinqini İstanbuldan idarə edən “Palmali” şefi də dostuna qulaq asaraq, əməliyyatın hədəfində olanlardan uzaq durub və özünü sığortalayıb".



Qeyd edək ki, hər iki şəxs Türkiyənin “Kasımpaşa” futbol komandasının İdarə Heyəti üzvüdürlər və klub Ərdoğana yaxın klub sayılsa da, İhsan Kalkavan camaata yaxınlığı ilə tanınır. Hər il camaata 1 milyon dollar bağışlayan Kalkavan “Gülən üçün ölərəm” sözləri ilə məşhurdur.

M.Mənsimov “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən “Palmali” prezidenti yalnız 2009-cu ildə Türkiyə vətəndaşlığını qəbul edib. Maraqlıdır ki, bir neçə gün əvvəl “GQ Türkiyə” jurnalı “2013-cü ilin adamı” nominasiyasında ən yaxşılar sırasında M. Mənsimovun da adını çəkib.

“Türkiyədə rüşvət əməliyyatının vaxtından əvvəl həyata keçirilməsi üzündən Rza Zərrabın ”Rəisim" dediyi iranlı milyarder Babək Zəncanini yaxalamaq mümkün olmayıb. “Habertürk”ün verdiyi məlumata görə, o, bu həftə Antalyada Rza Zərrabla görüşməliymiş. B. Zəncani saxta sənədlə Beyrutdan Antalyaya gəlməyi planlaşdırıb. Ancaq son anda o, polisin əməliyyatından yayına bilib. ABŞ-ın dünyadakı bank hesablarını dondurduğu Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var.
Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərinin səhmlərinin yarısını satın aldığı bildirilir. 2013-cü ilin əvvəlində “Onur Air” 250 milyon dollara İran əsilli Dubaydan olan iş adamı Mehdi Şəmsə satılıb. İddiaya görə, telefonla ümumiyyətlə danışmayan Zəncani Zərrabla ancaq email vasitəsilə şifrəli əlaqə saxlayıb.

Qeyd edək ki, B.Zəncani 2012-ci ildə Avropa Birliyinin, daha sonra isə ABŞ-ın qara siyahısında yer alıb. Zəncani özünü İranda radikallığı ilə seçilən İnqilab Keşikçiləri Ordusuna (BƏSİC) bənzədir. Onun karyerasındakı ən maraqlı məqam 1999-cu ildə İran Mərkəzi Bankının müdiri Nurbəxşin sürücüsü olması olub.

Zərrabla Zəncaninin tanışlığı isə hər ikisinin ata yurdu olan Təbrizdə baş tutub. 2012-ci ildə Dubaya uçan təyyarədə saxlanan 1.208 ton qızılın da əsl sahibinin Zəncani olduğu bildirilir. İki həftə sonra Zərrab qızılı Dubaya göndərməyə müvəffəq olduqda isə Zəncani ona email yazaraq “Afərin, qardaşım. Sən artıq böyüdün. Gözüm arxada qalmayacaq”, - deyib.

İbrahim Tatlısəs də “Rza Zərrab xərçəngdir” dedi



Musavat.com-un milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, məşhur müğənni İbrahim Tatlısəs Rza Zərraba öz dəstəyini ifadə edib. Müğənni bu dəstəyi özünün twitter səhifəsində paylaşıb. Zərrabın xərçəng xəstəsi olduğunu bildirən Tatlısəs bunları yazıb: “Rza Zərrab mənim çox önəmli bir dostumdur. Və mən bunu hər dəfə söyləyəndə qürur hissi keçirirəm. Zərrabın xərçəng xəstəliyinə tutulması doğrudur. Biz bu məsələ ilə bağlı onunla həbs edilməmişdən iki gün öncə telefonla söhbət etmişdik. O, xəstəliyi barədə məlumat verdi. Kiməsə özünü yazıq göstərmək Rzanın tərzi deyil. O mənim can yoldaşımdır”.

Nazir oğulları ifadə verdilər



Rüşvət əməliyyatı zamanı saxlanılan nazir övladlarının məhkəmədəki ifadələri yayılıb. Daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər məhkəmədə bəyan edib ki, həbs olunsa, etibarı zədələnəcək.

Barış Gülər hakim qarşısında bildirib ki, heç bir cinayətkar qrupun üzvü olmayıb. O, saxlanılanlardan Rüçhan Bayarla uzaq qohum olduğunu deyib və Rza Zərrabla onun vasitəsilə tanış olduğunu açıqlayıb. Rüçhan Bayarda Gülər ailəsinin pulu olub: “O, iflas etdi və pulu qaytara bilmədi. Bir müddət sonra onun Rza Zərrabın yanında işlədiyini eşitdim. Rza Zərrabla görüşdük və Rüçhan Bayarın maaşından kəsilmək şərtilə pulun bir hissəsini ödədi. Bundan başqa heç bir əlaqəmiz olmayıb”.

“Mənim əleyhimə heç bir ifadə yoxdur. 40 ildir bu dövlətə xidmət edən birinin oğlu olaraq utancverici işlərə qarışmayacağım hər kəsə məlumdur. Azadlığa buraxılmağımı tələb edirəm” deyə, Barış Gülər məhkəmədə bəyan edib.

İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan isə bildirib ki, Rza Zərrabla ailə dostu olublar: “8 ay əvvəl həyat yoldaşı toyumda səhnə almışdı. Sağ olsun, yalnız səhnə xərcini aldı, başqa ödəniş tələb etmədi. Rza Zərrabın özü dostluğumuzla əlaqədar bir kostyum almışdı. Rüşvət almaq və ya verməkdən söhbət gedə bilməz”.
Salih Kaan Çağlayan onu da bildirib ki, atasının işlərinə qarışmayıb və öz biznesi ilə maraqlanıb.

Nazir oğlu qızıl qaçaqmalçılığı ilə əlaqəsinin olmadığını bəyan edib.
Ərdoğan müdafiədə



Baş nazir Rəcəb Tayyib Ərdoğan Girəsundakı açılış törənində izdiham qarşısında çıxışında yenə də əsas diqqəti həbslərə yönəldib. O deyib ki, bu əməliyyat xaricdəki böyük güclərlə daxildəki bəzi qüvvələrin birgə hazırladığı tələdir. Baş nazirə görə həm ittihamlar, həm mediada yayılan iddia və fotolar yalan üzərində qurulub.

İstanbul Polis İdarəsi isə dekabrın 22-dən ölkə ərazisində mətbuat nümayəndələrinin polis idarələrinə daxil olmasını yasaqlayıb, Polisin yaydığı yazılı açıqlamada deyilir: “Rəhbərliyin təlimatıyla 22.12.2013-cü il tarixindən etibarən mətbuat nümayəndələrinin bütün Türkiyə ərazisində polis idarələrinə girişi yasaqlanır. Hər hansı bir yenilik və ya açıqlama olacaqsa, Polis özü mətbuatı dəvət edəcəkdir. Polisin Vətən və Qeyrəttəpədə yerləşən mətbuat üçün xidməti otaqlarının açar və giriş kartlarını təhvil vermələri KİV nümayəndələrindən xahiş olunur”.

Belə görünür ki, hökumət mətbuata sızan məlumatları nəzarətə almaq və səngitmək üçün bu addımı atmağa məcbur olub.

Xəbər xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti uzadıldı

    Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti ...

    17-02-2014, 21:48

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrabın iş ortağı İranda hədəfə alındı

    Rza Zərrabın iş ortağı İranda hədəfə alındı ...

    29-12-2013, 15:37

  • 
  • Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

    Mübariz Mənsimov Metris həbsxanasında (FOTO) ...

    9-01-2014, 13:23

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (139)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu