Türkiyədə AKP hökumətinə qarşı rüşvət və korrupsiya əməliyyatında ikinci həbs dalğası başlayır. Bu barədə “Radikal” qəzeti az əvvəl “son dəqiqə” anonsu ilə sensasion xəbər yayıb. İkinci dalğa həbs əməliyyatının da rüşvət və çirkli pulların yuyulması iddiaları əsasında həyata keçiriləcəyi məlum olubş Əməliyyata başlamaq üçün təlimatın artıq prokurorlar tərəfindən polisə göndərildiyi məlum olub. İstintaqı “Ergenekon” işinin istintaqına rəhbərlik edənlərdən biri, prokuror Muammer Akkaşın apardığı bildirilir. İstintaq çərçivəsində axtarış və həbs təlimatlarının artıq polisə təqdim edildiyi xəbər verilir. İddia olunur ki, həbs əməliyyatı yaxın saatlarda başlayacaq.
Lakin polisin prokurorların çıxardığı sanksiyalar əsasında necə hərəkət edəcəyi maraqla gözlənilir. Belə ki, 17 dekabr həbslərinin ardınca baş nazir Ərdoğan polisdə Fətullah Gülənə bağlı kadrları kütləvi şəkildə işdən azad edib və ya yerlərini dəyişdirib. Xəbərin savamı olacaq. Saytımızı izləyin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?