GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ərdoğanın oğlu Azərbaycana qaçıb? - (Yenilənib)

Ərdoğanın oğlu Azərbaycana qaçıb? - (Yenilənib)

Tarix: 27-12-2013, 16:08 Bölmə :Ölkə Baxış: 809
Ərdoğanın oğlu Azərbaycana qaçıb? - (Yenilənib)
Ərdoğanın ərəb ortağı xaricə qaçdı

Türkiyədə İstanbul cümhuriyyət prokuroru Muammer Akkaş tərəfindən aparılan istintaqın nəticəsi olaraq barələrində həbs qərarı çıxarılan, lakin polisin prokurorun sanksiyasına tabe olmaması üzündən həbs edilməyən şübhəlilərin siyahısı açıqlanıb.

Virtualaz.org xəbər verir ki, Akkaşın 41 nəfərlik siyahısı qəzetlərdə yayılıb və siyahıda yer alanların əksəriyyəti baş nazir Ərdoğana, o cümlədən AKP hökumətinə yaxın iş adamları, habelə məmurlardır.

Siyahının əvvəlində baş nazir Rəcəb Tayyib Ərdoğana yaxın olan ərəb iş adamı, vaxtilə BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə”ni maliyyələşdirən şəxslər siyahısına salınan Yasin Əl Kadi yer alır. Siyahıda Usama Kutub adlı digər ərəb iş adamı da var. Dekabrın 25-də prokurorun sanksiyası İstanbul ədliyyəsinə göndərilsə də icra edilməyib. Həmçinin 17 dekabr həbslərindən sonra polisə verilən yeni təlimat əsasında sözügedən cinayət işi barədə yuxarı instansiyalara məlumat verilib. Bildirilir ki, məlumatın sızdırılması nəticəsində Yasin əl Kadi və Usama Kutub Türkiyədən qaçıblar.

Məlum olur ki, şübhəlilərin yaxalanması üçün polislə yanaşı jandarmaya da təlimat göndərilib. Lakin jandarma da prokurorun əmrinə tabe olmayıb. Akkaşın siyahısında yer alan 41 şübhəli şəxsə qarşı gəlir əldə etmək məqsədilə mütəşəkkil cinayətkar təşkilat qurmaq, bu təşkilata üzv olmaq, təhdid, rüşvət və nüfuz alveri, tenderlərə hiylə qarışdırılması, cinayət yolu ilə əldə edilən əmlakın “yuyulması”, rəsmi sənədləri saxtalaşdırmaq kimi çoxsaylı ittihamlar irəli sürülür. Bu siyahıda baş nazirin oğlunun adı yoxdur. Lakin prokuror Bilal Ərdoğana şübhəli şəxs qismində istintaqa ifadə vermək üçün çağırış göndərib, çağırışda qeyd olunub ki, şübhəli istintaqa könüllü gəlməsi onun barəsində həbs qərarı çıxarılacaq.



* * * 15:35

Bu arada Ərdoğanın barəsində həbs qərarı verilən oğlunun Türkiyəni tərk etdiyinə dair yeni iddia yayılıb.

“Haberozel.org” saytında yer alan məlumata görə Bilal Ərdoğan barəsində həbs qərarının verildiyini öyrənən kimi ölkəni tərk edib. Saytın yazdığına görə Bilal Azərbaycana gedib. Xəbərdə iddia olunur ki, onu Azərbaycanda görənlər olub. Hələlik baş nazirin ailəsi və Bilal Ərdoğan özü mətbuata açıqlama vermir.

* * * 13:25

“Habertürk” qəzetinin yaydığı xəbərə görə, ikinci rüşvət və korrupsiya əməliyyatı həbslər həyata keçirilməsə də artıq başlayıb.

Hakim Süleyman Karaçölün qərarı ilə AKP-yə yaxın bir qrup iş adamının əmlakına həbs qoyulub. Bura Mustafa Latif Topbaş, Cemal Kalyonçu, Ömer Faruk Kalyonçu, Mehmet Çingiz, “Kalyon Group” un tərkibindəki “Zirve Holdinq” və digər şirkətlər, iş adamları daxildir. “Zirve Holdinq” bu günlərdə “Sabah” qəzetini və ATV telekanalını almışdı.

Hakimin qərarında deyilir ki, sözügedən şəxslərin barələrində rüşvət, korrupsiya, çirkli pulların yuyulması ilə bağlı ciddi şübhələr olduğundan ehtiyat tədbiri kimi onların əmlaklarına həbs qoyulur.

* * * 12:54

Türkiyədə hökumət tərəfindən qarşısı alınan ikinci korrupsiya və rüşvət həbsləri üçün hazırlanan ittihamın sensasion detalları mətbuata sızdırılıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bu ittiham dosyesi dekabrın 25-də ikinci həbs dalğasını başlatmaq istəyən və 30-dan çox tanınmış şəxsin barəsində həbs sanksiyası çıxaran İstanbul cümhuriyyət prokuroru Muammer Akkaşın əlindən alınıb.

Prokuror dekabrın 26-də jurnalistlər qarşısına çıxaraq yazılı bəyanat paylayıb və elan edib ki, İstanbul polisi onun çıxardığı həbs sanksiyalarını yerinə yetirməkdən imtina etməyib.

İstanbulun baş prokuroru Turan Çolakkadı isə 100 milyard dollarlıq korrupsiya dəlillərinin yer aldığı dosyeni onun əlindən alıb.



Muammer Akkaş “Ergenekon” həbslərinə sanksiya verənlərdən biridir və belə görünür ki, o, Fətullah Gülənə bağlıdır. M.Akkaşın bəyanatının ardınca Turan Çolakkadı da bəyanat verərək bildirib ki, prokuror yalan deyir. Onun sözlərinə görə, cümhuriyyət prokuroru özbaşına həbslər apara bilməz və Akkaşın başlatdığı istintaqda toplanan dəlillərin nə dərəcədə ciddi olduğu hələ araşdırılmalıdır.

Bu qarşıdurmanın ardınca ikinci korrupsiya dosyesinin sensasion detalları Fətullah Gülənə yaxın mediaya, habelə CHP-yə yaxın qəzetlərə sızdırılıb. Məlum olub ki, Akkaşın həbsinə sanksiya verdiyi şəxslərdən biri də baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğandır.

Qəzetlər M.Akkaşın Bilal Ərdoğan barəsində çıxardığı həbs sanksiyasının surətini yayıb. Məlum olub ki, baş nazirin oğlunun adı istintaqda şübhəli şəxs kimi keçir. Ərdoğanın oğlu hazırda həbsdə olan iş adamlarının milyonlarla dollar pul köçürdüyü TURGEV adlı fondun rəhbərliyində yer alır.



Bəzi qəzetlər barəsində çıxarılan sanksiyanın sızdırılmasının ardınca baş nazirin oğlunun xarici ölkələrdən birinə qaçdığı iddia edilib. “Cümhurriyet” qəzetinin xəbərində isə deyilir ki, Bilal Ərdoğan qaçmayıb və hazırda atasının İstanbuldakı evindədir. Həmin mülk baş nazirə məxsus olduğu üçün toxunulmazlıq statusu var və polis ora daxil olub əməliyyat keçirə bilməz.

Bundan əvvəl baş nazir Ərdoğan 17 dekabrda başladılan həbs əməliyyatının əsas hədəsinin o özü və oğlu olduğunu demişdi. Ərdoğanın sözlərinə görə, polis həbs olunan şəxslərdən Bilalın əleyhinə ifadə almaq istəyir. Lakin baş nazir bildirmişdi ki, onun oğlunu həbs etmək istəyənlər “ovuclarının içini yalayarlar”.

Hələlik baş nazirin oğlunun həbsi əməliyyatı baş tutmasa da Bilal Ərdoğan barəsində çıxarılmış sanksiyanın mətbuata yayılması AKP-nin hakimiyyətini daha da sarsıtmış olur.

Bu arada Ərdoğana yaxın dinçi qəzetlərdən biri yazıb ki, yaxın günlərdə Fətullah Gülənin şəbəkəsi AKP-dən 30-40 millət vəkili də daxil olmaqla bir çox tanınmış şəxsin intim videolarını yaymaqla təhdid edərək onları istefaya məcbur edəcək. Mənbə bildirir ki, Fətullah Gülənin əlində böyük həcmdə videokompromatlar var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir uşaqlarını tutduran prokurorlar barədə araşdırma başladı

    Nazir uşaqlarını tutduran prokurorlar barədə ...

    7-01-2014, 15:10

  • 
  • Türkiyədə ikinci həbs dalğası şoku - (Yenilənib

    Türkiyədə ikinci həbs dalğası şoku - (Yenilənib ...

    25-12-2013, 23:07

  • 
  • Ərdoğanın oğlunun həbsinə qərar verildi

    Ərdoğanın oğlunun həbsinə qərar verildi ...

    26-12-2013, 23:54

  • 
  • Yeni rüşvət əməliyyatı: 15 məmur həbs edildi

    Yeni rüşvət əməliyyatı: 15 məmur həbs edildi ...

    10-07-2015, 13:02

  • 
  • Ərdoğanı öldürəcəkdilər - Sensasion açıqlama

    Ərdoğanı öldürəcəkdilər - Sensasion açıqlama ...

    21-12-2014, 22:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu