GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Qarşıma qara pişik çıxdı, işim alınmayacaq”

“Qarşıma qara pişik çıxdı, işim alınmayacaq”

Tarix: 25-12-2013, 23:35 Bölmə :Ölkə Baxış: 3 122
“Qarşıma qara pişik çıxdı, işim alınmayacaq”
Batil inanclar ibtidai quruluş dövründən bu günə kimi insanlar arasında sınanılmaqdadır. Psixolji təsir altında sınanılan inancların çox zaman doğru olduğu nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çatıb. Günümüzdə batil inanclara inananlar və hər zaman onları sınayanlar az deyil. Güzgü sınması, bayquş ötməsi, qara pişik, dırnaq kəsmək, eyniadlı iki insanın arasında durub arzu tutmaq, nərdivan altından keçməmək və s. bu kimi batil inanclar insanlar tərəfindən qəbul edilir. Bəlkə də sizə qəribə gələ bilər, amma 1500-ə yaxın batil inanc var. Bəli, Ailəm.az bu dəfə batil inanclardan danışacaq.

56 yaşlı oxucumuz Dilarə Güləliyeva güzgü sınmasına çox inanır. Onun fikrincə, güzgü sınarsa, mütləq bir bədbəxt hadisə baş verməlidir: “6 il öncə böyük qızım ailə həyatı qururdu. Onu gəlin köçürən gün bəxt güzgüsü parçalandı. Aradan bir il keçdikdən sonra kürəkənim faciəli şəkildə dünyasını dəyişdi. Güzgü sındığı andan ürəyimə qorxu hissi dolmuşdu. Bu səbəbdən də günləri sayırdım və qorxduğum başıma gəldi”.

76 yaşlı Sayalı İmranova isə bu günə kimi “küncdə oturma şərə düşərsən, evdə qalarsan” inancına inanır. O, hesab edir ki, ailə qurmamasına səbəb elə hər zaman stolun küncündə oturmasıdır: “Biz evdə 7 bacı olmuşuq, anam hər zaman bizə deyərdi ki, “qızım küncdə oturma, evdə qalarsan”. Mən o zamanlar anamın sözlərinə qulaq asmırdım. Əksinə, acığa elə stolun küncündə otururdum. 19 yaşım olandan sonra anamın dediklərinə diqqət etdim. Amma artıq gec idi. Bacılarım bir-bir ailə qurdu. Mən qaldım evdə”.
Sayalı nənənin bu gün də qəbul etdiyi batil inanclar var. Onun fikrincə, həyətdə bayquş ötməsi bədbəxtlik gətirir. “Hava qaralandan sonra evi süpürməzlər. Deyilənə görə, axşam-axşam süpürülən evin ruzisi də süpürülür. Hava qaralandan sonra dırnaq tutmaq, saç daramaq olmaz, çünki bu, bəxtin bağlanmasına səbəb olar”.

Bir çox batil inanclarımız var ki, biz də günlük həyatımızda istər-istəməz bu inancları sınayırıq. Məsələn, evdən çıxarkən qarşımızdan qara pişik keçərsə və yaxud kimsə tək asqırarsa, ayaq saxlayıb dəqiqələr sonra yola davam edirik. Bəs bu batil inancların həyata keçməsi nəyə bağlıdır?

Psixoloqların fikrincə, hər şey insan düşüncəsinin məhsuludur. Yəni insan nə düşünürsə, ürəyindən nə keçirirsə, onunla da qarşılaşır. Psixoloq Günel Alıyeva Ailem.az a bildirir ki, hər şey insanın özündən asılıdr: “İnsanların uydurma inanclara inanması vərdiş halıdır. Çünki bu inanclar cəmiyyətdə qəbul edildiyi üçün istər-istəməz insanların beyni tərəfindən qəbul edilir. İnsan beyni güzgü kimidir, hər şeyi özündə əks etdirir. İnsan içində nəyə inanırsa, o, həyata keçir. Nə istəyirsənsə, nə arzulayırsansa, nəyə inanırsansa o baş verir. Məsələn, bir insan hər gün səhər yuxudan durub “bu günüm gözəl keçəcək” deyirsə, onun hər günü gözəl keçir. Və yaxud qarşısına məqsəd qoyan hər insan bu məqsədə çatacağına inanırsa, mütləq öz məqsədinə çatır. Hər şey insanın inamına bağlıdır. Batil inanclar da, insanın inamına bağlı olduğu üçün həyata keçir. Məsələn, qarşınızdan qara pişik keçirsə, istər-istəməz gününüzün pis keçəcəyini düşünürsünüz. Gününüz düşündüyünüz kimi keçirsə, bu qara pişiklə deyil, sizin fikirlərinizlə bağlıdır”.
Psixoloqun fikrincə, batil inancların həyata keçməsinin qarşısını almaq üçün onlara inanmamaq, sınanmamaq lazımdır: “Sadəcə beyninizə əmr edin ki, qarşılaşdığınız hər hansı bir pis hadisə mənasızdır və gün içində onu ağlınızdan belə keçirməyərək, unutmağa çalışın. Özünüzü həyatın gözəl olduğuna inandırın. İnamla, gözəlliyə inamla, yaxşılığa inamla proqramlaşdırın həyatınızı və həyatın nə qədər gözəl olduğunun şahidi olacaqsınız”.

Bioenergetik Rafiq Cəbrayılov batil inancların insanın daxili aləmi ilə bağlı olduğunu bildirir. Onun fikrincə, insan enerji alma və vermə qabiliyyətinə malikdir. Bu səbəbdən də batil inanclara inanmaq və onların həyata keçməsini gözləmək insanın istəyindən asılıdır: “Bizim bədənimiz enerji alma qabiliyyətinə malikdir. Bu da bir başa insan beyni ilə əlaqədardır. Beyin nə əmr edirsə, bədənimiz o enerjini alır. Tutaq güzgü sınıb, siz onu heç nə düşünmədən süpürüb ata da bilərsiniz. Yox, əgər düşünsəniz ki, mütləq nə isə pis bir hadisə baş verəcək, bilin ki, baş verəcək. Çünki beyin əmr etdi və bədən o mənfi enerjini qəbul etdi. Mən deyərdim ki, hər şey insanın özündən asılıdır. İnsan istədiyini əldə etmək, qorumaq, istədiklərini yaşamaq qabiliyyətinə malikdir. Sadəcə olaraq, bir az inam olmalıdır”.

İlahiyyatçı Səriyyə Saminin fikrincə, islam dinində batil inanclar qəbul edilmir. Belə ki, batil inanclara inanmaq, onları sınamaq Allahın işinə qarışmaq hesab olunur: “İnsan həyatını idarə edən Allahdır. Hər hansı bir inancı sınamaq Allaha şərik qoşmaq deməkdir. Tutaq ki, güzgü sınıb, yaxud bayquş ötüb, bunu heç cürə ölümə işarə kimi qəbul etmək olmaz. Peyğəmbərimiz buyurmuşdur ki, “qarşınızdan hər hansı bir dördayaqlının keçməsi heç bir şeyə işarə deyil. Əgər mütləq nəyəsə işarə etmək istəyirsinizsə, mütləq yaxşılığa yozun”.
İlahiyyatçının fikrincə, İslam dini inancları qəbul etmir və günah hesab edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Hitlerə oxşadığı üçün döyülən pişik

    Hitlerə oxşadığı üçün döyülən pişik ...

    3-11-2014, 07:56

  • 
  • “Pişik” Günel döşlərindəki silikonları çıxartdırdı

    “Pişik” Günel döşlərindəki silikonları çıxartdırdı ...

    14-12-2014, 09:36

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu