GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nurçuların “komsomolçu gənclər təşkilatı” bağlandı

Nurçuların “komsomolçu gənclər təşkilatı” bağlandı

Tarix: 16-05-2014, 10:26 Bölmə :Manşet Baxış: 0
Nurçuların “komsomolçu gənclər təşkilatı” bağlandı
“İrəli” İctimai Birliyinin fəaliyyəti dayandırıldı

Hakimiyyət daxilində başlanan anti “nur” kompaniyasının yeni dalğası başlanır. Artıq Azərbaycanda nurçuların ən fəal üzvlərindən olan şəxslərin vəzifə pillələrindən alınması, nəzarətə götürülməsi prosesinə bir xeyli vaxtdır ki, start verilib. Verilən məlumatlara əsasən, nurçuların daha çox cəmləşdiyi, təşkilatlandığı “İrəli” İctimai Birliyinin bağlanması reallaşıb. Birliyin dövlət səviyyəsində dəstəklənməsinə son verildiyi üçün təşkilatın şəhərin mərkəzində yerləşən ofisi boşaldılıb. Xəbər verilir ki, birliyə ayrılan maliyyə dəstəyi dayandırılıb, hakimiyyət tərəfindən təşkilat “arzuolunmazlar”siyahısına daxil edilib. Xatırladaq ki, “İrəli” İctimai Birliyi haqqında əsas söz söhbətlər Elnur Aslanovun Prezident Administrasiyasından uzaqlaşdırılmasından və Ceyhun Osmanlının bu təşkilat vasitəsilə Gülən hərəkatı ilə sıx əlaqələlər yaratdığı üzə çıxarılandan sonra başlanıb.
Daha çox sovetlər dönəminin komsomolçu gənclər təşkilatlarını xatırladan “İrəli” İctimai Birliyi 26 avqust 2005-ci ildə gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Əsas fəaliyyət istiqaməti kimi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi, gənclərin inkişafına dəstək göstərilməsi elan olunmuşdu. 3 ildən sonra fəaliyyət dairəsini daha da genişləndirərək 24 dekabr 2008-ci ildə “İrəli” İctimai Birliyi adıyla yenidən təsis olunub. Azərbaycan Dövlət Filormoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilmiş ilk təsis konfransında Ceyhun Osmanlı birliyin sədri seçilib. 2012-ci il mayın 5 də keçirilmiş II hesabat seçki konfransında Rauf Mərdiyev təşkilatın yeni sədri seçilib.
“İrəli”-nin rəsmi saytında yaydığı məlumatda 36 mindən çox gəncin, 14 təşkilatın birliyə üzv olduğu bildirilir. Gənclər sahəsində qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən bir birliyin qısa vaxt ərzində bu qədər üzvü necə öz ətrafında toplaması maraqlı faktdır. Daha çox hakimiyyət yönlü fəaliyyət taktikası ilə seçilən birlik antinur kompaniyası başlanana qədər aktiv siyasi fəaliyyət göstərirdi. Fəaliyyətə başladığı ilk dönəmdən ən çox diqqət çəkən məqamlardan biri təşkilatın güclü maliyyə qaynaqlarına malik olması və iriməbləğli layihələri reallaşdırmaq üçün “xəsislik” etməməsi idi. Təkcə birliyin nəzdnində fəaliyyət göstərən mərkəzlərin siyahısına baxmaq kifayətdir ki, təşkilatın nə qədər geniş miqyaslı iş qurduğunun şahidi olasan. “İrəli”nin nəzdnində fəaliyyət göstərmiş mərkəzlərin siyahısı belədir:
İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi;"İRƏLİ" Hüquq Mərkəzi;"İRƏLİ" Tarix Mərkəzi;"İRƏLİ" Təlim və Karyera Mərkəzi;"İRƏLİ" Tədqiqatlar və İnkişaf Mərkəzi;"İRƏLİ" Xaricdə Təhsil Mərkəzi;"İRƏLİ" İqtisad Mərkəzi;"İRƏLİ" İdman Mərkəzi;"İRƏLİ" Xarici Dillər Mərkəzi;"İRƏLİ" İncəsənət və Mədəniyyət Mərkəzi;"İRƏLİ" Prodakşn;"İRƏLİ" Radio;"İRƏLİ" Məktəb Parlamenti;"İRƏLİ" Tv. Təbii ki, bu qədər geniş sferada fəaliyyət göstərmək üçün nə qədər güclü maliyyə qaynaqlarına malik olmağın zəruriliyini izah etməyə lüzum yoxdur. Birliyin səhifəsində bildirilir ki, 2008-ci ildən indiyə qədər həyata keçirilən 750-dən artıq layihənin əhatə dairəsinə 250 mindən çox insan daxil olub. “İrəli” dünyanın 30-dan çox ölkəsində müxtəlif təşkilatlarla əməkdaşlıq edib. Fəaliyyət müddətində güclü informasiya dəstəyi ilə təmin olunan təşkilat müxtəlif saytlar, portallar, tv və radio şəbəkələri vasitəsilə təbliğ olunub. “İrəli”-nin ofisi şəhərin ən bahalı məkanlarından birində-İçərişəhərdə yerləşirdi. Bütün bu mərkəzlərin, layihələrin reallaşması üçün nə qədər vəsaitin tələb olunduğunu düşünəndə nurçuların Azərbaycanda da artıq “paralel yapı” olaraq formalaşdığını düşünmək olar. “İrəli” İctimai Birliyində çalışanlar yüksək məbləğdə əmək haqqı alıblar. Əldə etdiyimiz məlumatlara əsasən orta aylıq əmək haqqı 500-1000 manat arasında dəyişib. Eyni zamanda birliyin maliyyə dəstəyində heç bir üzvlük haqqı olmayıb. Ümumiyyətlə, üzvlük haqqı olsaydı belə bu qədər bahalı layihələri reallaşdırmaq üçün yetərli sayıla bilməzdi. Birliyin həyata keçirdiyi layihələrdən birinə qısaca nəzər salsaq maliyyənin haradan gəldiyini və necə sərf olunduğunu aydın şəkildə görmək olar.
2011-ci ildə “İrəli” “Weblog” adlı bloq şəbəkəsi yaratmaq üçün 20 min manatdan çox pul alıb. Lakin şəbəkə tezliklə bağlanıb.
“Bloq müsabiqəsi” layihəsi üçün “İrəli”yə 3 ay üçün 200 min manat pul verilib. Halbuki layihə 1 illik 15 min manata həyata keçirilə bilərmiş. “İrəli” bu layihəni də reallaşdırmayıb, pullar isə sadəcə gedib.
5 dəfə keçirilmiş bloq təlimlərində layihəyə görə 10 min bloqçu hazırlanmalı idi. Amma bu məqsədə ayrılmış yüz minlərin nəticəsində hazırda bütövlükdə Azərbaycanda heç 1000 bloqçu yoxdur, onların da yarısından çoxu müstəqil və ya müxalifyönlüdür. “İrəli”nin hazırladığı bloqçuların çoxu da sərt senzura şəraitində və kifayət qədər maddi qarşılıq müqabilində bloq yazıları yazırlar. Hansısa layihə çərçivəsində ayrılmış pul yeyilib qurtardıqdan sonra müvafiq layihə üçün təlimatlandırılmış bloqçuların bloqları da “yatır”.
Uzun müddət hakimiyyətin qanadı altında sərbəst fəaliyyət göstərən “İrəli”-nin təkərinin “Geri”-yə hərəkəti başlandı. Bütün dünyada olduğu kimi Azərbaycanda da daha çox elm, mədəniyyət sferalarını əsas götürərək təşkilatlanan “İrəli” 2014-cü ilin antinur kompaniyasından yaxasını kənara çəkə bilmədi. Odur ki, nə qədər “İrəli” getsən də “Geri”yə dönmək üçün mütləq üz yeri qoymalısan!
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət «Antinur kompaniyasina» start verdi

    Hakimiyyət «Antinur kompaniyasina» start verdi ...

    18-03-2014, 18:48

  • 
  • Ceyhun Osmanlı rəsmən bitirildi

    Ceyhun Osmanlı rəsmən bitirildi ...

    15-05-2014, 10:12

  • 
  • FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI

    FƏTULLAH GÜLƏNİN MALİYYƏ QAYNAQLARI ...

    13-12-2013, 00:01

  • 
  • Elnur Aslanov barəsində daha bir şok iddia

    Elnur Aslanov barəsində daha bir şok iddia ...

    25-03-2014, 22:12

  • 
  • «İrəli»də yenə ara qarışdı

    «İrəli»də yenə ara qarışdı ...

    26-12-2012, 12:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu