Bakı Metropolitenin bütün stansiyalarında ticarət obyektlərinin olduğu məlumdur. Bu obyektlər daha çox insanların gediş-gəlişinə mane olur. Bir növ ticarət mərkəzlərini xatırladan obyektlərlə bağlı metropoliten rəisi Tağı Əhmədova dəfələrlə şikayətlə müraciət edilib. Lakin o, bunu əldə edilən məbləğlə metropolitenin xərclərinin qarşılanması ilə izah edir. Bəzən isə alışdığımız şəkildə "yaxşı eləyirəm" şəklində cavab da verib.
"Koroğlu" stansiyası sərnişinlərin ən çox istifadə etdiyi stansiyalardandır. Ən son təmir edilən stansiyalardan olan və bütün giriş-çıxışlarında ticarət obyektlərinin olduğu "Koroğlu" metrosundakı ticarət köşkləri sökülür. Buna səbəb kimi obyektlərin ləğvi göstərilir. Metropoliten rəhbərliyinin tapşırığı ilə bu obyektlər kiçildilir. İzahı isə "gediş-gəlişə mane olur"dur. Bu saatlarda obyektlərin kiçildilməsi üçün işlər davam etdirilir.
Virtualaz.org saytının əməkdaşı söküntü-təmir işlərini aparan ustalarla söhbət edib. Ustalar bildiriblər ki, bu işləri səhərə qədər yekunlaşdırmağa çalışacaqlar. Satıcılar isə obyektlərinin balacalaşdırılmasından narazıdır.
Satıcılar bildirdilər ki, icarə haqqı kifayət qədər yüksəkdir. Onlar bu yenidənqurmanın ən azından icarə haqqına təsir edəcəyinə ümid edirlər.
Xatırladaq ki, "Koroğlu" metrosundakı obyeklər iki ölçüdə - 6-8 və 12-15 kv/m-dir. Bu obyektlərin qiyməti müvafiq olaraq 1000 və 2000 manat arasında dəyişir. Qiymətlərin baha olmasının onunla nəticələnir ki, obyektlər icarəyə götürüləndən bir neçə ay sonra boşaldılır.
Satıcıların verdiyi məlumata görə, obyektlərin kiçildilməsi və gediş-gəliş üçün normal şəraitin yaradılmasının digər stansiyalarda da olması istisna deyil.
Sorğu
Yeni dizaynımız necədir?