GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dinin siyasi qardaşları - DOSYE

Dinin siyasi qardaşları - DOSYE

Tarix: 4-01-2014, 00:44 Bölmə :Ölkə Baxış: 606
Dinin siyasi qardaşları - DOSYE

(“Müsəlman qardaşlar”ın keçdiyi 100 ilə yaxın yol)

Həsən əl-Bənna orta məktəblərdən birində müəllimliyə başlayarkən, “Səlahəddin Əyyubinin torpaqlarının bu istiladan qurtarılması gərəkdir”, - deyirdi. Həsən əl-Bənnaya görə, “İslam dünyası qərb təsiri altında ictimai hökmünü itirib. Şəriət qanunları, keçmişdə olduğu kimi Quran və Sünnə olmalı və toplumun hər zümrəsini, dövlət işlərindən tutmuş, günlük məişət problemlərinə qədər hər sahəni əhatə etməlidir”.

O, qəhvəxanalarda, ictimai yerlərdə çıxış edir və xalqı irşada və azadlığa səsləyirdi. 1928-ci ildə Misirin İsmailiyyə şəhərində belə çıxışlardan birində, onu dinləyən və yol göstərməsini xahiş edən altı nəfərlə birgə bir evdə, “İxvan-ül Müslimin” adıyla təşkilatını qurdu. İslam davası üçün sözləşən Həsən əl-Bənna, Hafiz Əbdülhəmid, Əhməd əl-Husari, Fuad İbrahim, Əbdürrəhman Hasebullah, İsmail İzz və Zəki əl-Mağribi olmaq üzərə yeddi nəfər bir araya gələrək, əllərindəki sərmayə ilə fəaliyyətə başlayırlar.

Təşkilatın adı isə öz aralarındakı söhbətlərdə bu cür müəyyənləşdirilir. Onlardan biri: “Təşkilatımızın adı nə olacaq?”, - deyəndə, əl-Banna, “Biz, İslama xidmət etmək üçün yola çıxmış qardaşlarıq. Adımız da İxvan-ül Müslimin” – müsəlman qardaşlar olsun”, - cavabını verir.

Beləcə Həsən əl-Banna 22 yaşında “Müsəlman qardaşlar” təşkilatını qurmuş olur. Və beləliklə “İxvan”, əl-Bənnanın sözləri ilə desək, “Sələfi dəvət, Sünni yol, Sufi həqiqət, siyasi təşkilat, atletik cəmiyyət, mədəni və elmi birlik, iqtisadi işbirliyi və sosial fikir” olaraq yola çıxır.

“İxvan”ın ilk fəaliyyət dönəmi

“İxvan” öncə mədəniyyət sahəsində fəaliyyətə başlayır. Quran, təfsir, hədis, əqaid və ibadət kimi elmlərdə özlərini yetişdirmək üçün İsmailiyyədə bir ev kirayələyərək, buranı mədrəsəyə çevirirlər. Yardımlaşma və ianə yolu ilə maliyyələşən təşkilat ilk hədəflərini də elan edir: Misirin istismar idarəçilikdən azad olunaraq, müstəqilliyinin əldə edilməsi, İslamı doğru anlayacaq yeni nəslin yetişdirilməsi və Misirin islami kimliyi ilə barışıq bir sivil rejimin qurulması.

Tez bir zamanda xalq arasında dəstək qazanan “qardaşlar”, İsmailiyyədə özlərinə bir məscid və məktəb (Hira İslam İnstitutu) ilə təşkilat mərkəzi formalaşdırırlar. Təşkilatın fikir və ideyaları sürətlə Əbu Savir, Port Səid, əl-Bahr, Süveyş və Qahirəyə qədər yayılır. 1932-ci ilin yayında isə “İxvan”ın məkəzi Qahirəyə köçür. Məhz bu ildən başlayaraq, açdıqları məktəb, məscid, institutlar, yayınladıqları dərgilər, keçirdikləri konfranslarla “Müsəlman qardaşlar” Misirin hər nöqtəsinə yayılan böyük bir İslami hərəkata çevrilirlər.

30-cu illərin ikinci yarısından başlayaraq isə digər ərəb ölkələrində də yayılmağa başlayırlar. “İxvan” 1936-cı ildə Livanda, 1937-ci ildə Suriyada, 1946-cı ildə İordaniyada rəsmi şəkildə təsis edilərək, ümumərəb hərəkatı siması qazanır. “Müsəlman qardaşların” sayı da durmadan artmaqda idi. 1936-cı ildə 80 min, 1938-ci ildə 200 min, 1948-ci ildə yarım milyondan artıq insanı öz sıralarında birləşdirirdilər.

“İxvan”ın siyasiləşməsi

1938-ci ildən başlayaraq siyasi forma alsa da “İxvan”, XX əsrin 40-cı illərinin əvvəllərindən başlayaraq açıq şəkildə siyasi təbliğata başlayır və təşkilatlanma mərhələsini arxada qoyaraq, siyasi güc mərkəzi kimi hərəkat olaraq ortaya çıxır. Əsasən Qərb əleyhinə yönəlmiş bu təbliğat, tez bir zamanda onun özünü başlıca hədəfə çevirir.

“Müsəlman Qardaşlar” Süveyş kanalının milliləşdirilməsini istəyir və II Dünya Müharibəsi zamanı ingilislərin Misiri müharibəyə daxil etmək istəklərinə qarşı çıxırdılar. Təbii ki, belə bir fəaliyyət hökumətin təşkilata qarşı yönəlmiş bir sıra tədbirlərə əl atması ilə nəticələnir. “İxvan”ın başlıca təbliğat ruporu olan “əl-Menar”ın yayınına icazə verilmir. Təhsil Nazirliyi isə əl-Bennanı Misirdən çox uzaq məsafədə olan Kəna qəsəbəsinə sürgün edir. Az bir müddət keçdikdən sonra isə əl-Benna və yaxın silahdaşı əs-Sukkəri həbs edilirlər. Lakin yerli icmaların və tərəfdarlarının təzyiqi nəticəsində sərbəst buraxılırlar.

1942-ci ildə isə əl-Benna millət vəkilliyinə namizədliyini irəli sürür. Lakin ingilislərin təzyiqi ilə namizədliyi əngəllənir. 1944-cü il seçkilərinə ciddi şəkildə hazırlaşan “qardaşlar”, bu dəfə qarşılarına daha böyük hədəf qoyurlar. Nəticədə seçkilərdə müstəqil namizəd olaraq iştirak edən əl-Benna və 60-a yaxın “ixvan”çı, millət vəkili adını qazanırlar. Lakin yaranan bu siyasi mənzərə nə Əhmət Mahur hökümətini, nə də ingilisləri qane edir. İngilislərin təzyiqi ilə Misir hökümətinin seçkilərin nəticələrini ləğv etməsi nəticəsində “qardaşlar” mandatdan məhrum olurlar.

Fələstində İsrail dövlətinin quruluşu və ardından başlayan ərəb-İsrail müharibəsində isə, “İxvan-ül Müslimin” artıq hərbi təşkilat kimi özünü göstərir. el-Bennanın özü başda olmaqla “qardaşlar” 1946-cı ildə Sina cəbhəsinə yola düşərək, üç il könüllü olaraq savaşa qatılırlar.

Ərəb-İsrail müharibəsi ərəblərə məğlubiyyət gətirsə də, “İxvan” böyük siyasi xal və populyarlıq qazandırır. “Müsəlman qardaşlar” artıq sərhədlərini genişləndirirlər və bütün ərəb ölkələrində nüfuz və tərəfdar qazanırlar. Bu zaman təkcə islami şüarlar deyil, qərb əleyhinə yönəlik çıxışlar və üstüörtülü olsa da ərəb milliyyətçiliyinə vurğu etmələri öz sözünü deyir. Misirdə isə, “İxvan” artıq dövlər içində dövlət hesab edilir. Hər yaşayış məntəqəsində məktəblər, camilər, müxtəlif adlar altında fəaliyyət göstərən ofislər, ticarət quruluşları kimi bir çox qollara sahib olurlar. Dərc etdirdikləri mətbuat orqanları, dərgi və kitablarla ideyalarını yayır, bütün ərəb ölkələrində təsir və nüfuz dairələrini genişləndirirlər. Suriya, Fələstin, Livan, İordaniya, Mərakeş, Tunis və Sudana qədər bütün ərazilərdə yerli şöbələr və özəklər təşkil edirlər. 40-cı illərin sonunda Misirdəki monarx və iqtidardakı Vafd partiyasına qarşı ciddi bir qüvvə kimi siyasi səhnəyə çıxırlar. Belə bir fəaliyyət ilk növbədə işğalçı ingilisləri də qane etmir. “İxvan” artıq onlar üçün ciddi bir təhlükə idi. Beləliklə təşkilata qarşı siyasi “səlib yürüşü” elan edilir.

1948-ci ilin noyabr ayında baş verən bir sıra partlayışlar və sui-qəsd hadisələrindən sonra, Misir hökuməti tərəfindən “Tam məxfi” qrifi altında “İxvan”ın rəhbərliyində təmsil olunan 32 nəfər, həmçinin Fələstində savaşan “qardaşlar” həbs edilirlər və hərəkat qadağan edilir. Bu zaman artıq hərəkatda təmsil olunanların sayı 500 mini keçmişdi, 2 mindən yuxarı şöbəsi fəaliyyət göstərirdi. Sonrakı aylarda Misirin baş naziri “İxvan”ın bir üzvü tərəfindən sui-qəsdə uğrayır. Ardından isə, 12 fevral 1949-cu ildə təşkilatın lideri Həsən əl-Benna Misir kralı Faruqun qeyri-rəsmi əmri ilə düzənlənən sui-qəsd nəticəsində öldürülür.

1951-ci ildə təşkilat üzvlərinin azadlığa çıxmaları ilə, “İxvan” yenidən dirçəlməyə başlayır. Bu dövrdə ingilislərə qarşı “cihad” elan edərək, fəaliyyətlərini bu istiqamətdə qurdular. Qeyd etmək lazımdır ki, ingilislərin Misirdən çəkilmələrinin bir səbəbi də, “İxvan”ın onlara qarşı kütləvi silahlı müqavimət təşkil edə bilməsi idi.

1952-ci ildə “Müsəlman qardaşlar”, restoran, gecə klubları və mehmanxananın yerləşdiyi mərkəzi küçədə çıxan yanğında, biri ingilis olmaqla bir neçə əcnəbinin ölümü ilə nəticələnən və 750 bunanın zərər gördüyü məşhur Qahirə yanğınında günahlandırılırlar.

Kralın devrilməsi

1953-cü il hərbi çevrilişində (hürr zabitlər çevrilişi), Kral Faruqun devrilməsində və yerinə Cəmal Əbdünnasirin gəlmsində də “İxvan”ın əhəmiyyətli rolu olur. Lakin bu, onların dövlətlə soyuq münasibətlərinə təsir etmir. Hərəkat, kraldan istədiklərini Nasirdən də tələb edir. Lakin Hasan el-Bennanın yerinə “İxvan”ın başına keçmiş Həsən əl-Hudaybinin yeni iqtidara loyal münasibəti bir şeyi dəyişdirmir. Əbdünnasir iqtidara gələrkən, “İxvan” haqqında bunları deyirdi: “İxvan rəhbəri ilə görüşdüm. Məndən bəzi şeylər tələb etdi. Birinicisi, qadınların örtünməsi, sonra da kino və teatrların bağlanması... Məncə bunlar həyatı zindan halına gətirməkdir. Razılaşarsınız ki, onlara bu məsələlərlə bağlı söz vermədim”. Hərəkatın yeni liderinin isə Cəmal iqtidarına münasibətini, Hudaybinin elə öz sözləri ilə belə qeyd etmək olar: “Biz sadəcə məsləhət veririk. Doğru addım atdıqları zaman onları dəstəkləyirik, səhv etdiklərində isə doğruya dəvət edirik”.

Çox keçmir ki, münasibətlər kəskinləşir. “İxvan” yeni qəbul edilən dünyəvi ana yasaya qarşı çıxır. 1954-cü ildə “İxvan” iki dəfə qadağan edilir. Əsasən tələbələr arasında ixtişaşlar çıxartmaq bəhanəsi ilə təşkilat bağladılır. Elə həmin il Əbdünnasirə sui-qəsd edildi. Sui-qəsd “İxvan”ın üzərinə atılsa da, təşkilat bunu rədd etdi.

Nəticədə “Müsəlman qardaşların” 6 ideri – İslam fiqh alimi Abdulkadir Udeh, alim Muhammed Fergali, Yusuf Talat, İbrahim Tayyib, Handevi Duveyr və Mahmud Əbdüllatif vətənə xəyanətdə günahlandırılaraq edam edildilər. Mindən yuxarı təşkilat üzvü zindana salındı. Nasir dönəmində hərəkatın aparıcı liderlərindən olan Seyyid Kutup istindaqa cəlb edilərək 15 il müddətinə həbs edilir. Həbsxanada olarkən, “İxvan”ın edeoloji təməllərini ələ alan məşhur “Yoldakı işarətlət” kitabını qələmə alır. 1965-cı il ixtişaşları zamanı təşkilatçılıqda günahlandırılaraq növbəti il edam edilir. Əl-Əzhər Universiteti, özəl camilər, xeyriyyə quruluşları və vəqflərin dövlət nəzarətinə keçməsi ilə, “Müsəlman qardaşlar” zəifləyirlər.

Lakin bütün bunlara rəğmən “İxvan”in fəaliyyətini dayandırmaq mümkün olmur...

“İxvan”da fikir ayrılıqları

Nasir dönəmindəki təzyiqlər, edam və kütləvi həslərlə müşayət olunan təqiblər 50-ci illərdə hərəkatda loyal və radikallardan ibarət olmaqla iki ayrı düşüncə qanadının ortaya çıxmasına səbəb oldu. Barışdırıcı qanadın lideri Həsən əl-Hudaybi idi. Radikal qanadın başında isə Abdulkadir Udeh gəlirdi. Gün keçdikcə daha da dərinləşən bu ixtilaf, 60-cı illərin ortalarında daha kəskin şəkil aldı: Hasan el-Bennanın fikir və prinsiplərinə sadiq qalan köhnə nəsil və Seyyid Kutubun “Yoldakı işarətlər” kitabında irəli sürdüyü fikir və hədəflərdən təsirlənərək ortaya çıxan yeni nəsil.

Beləliklə qarşımıza “İxvan” qrupu ilə Kutubçu qrup adlandırılan iki axın ortaya çıxır. Bu iki axının təməl ixtilaf nöqtəsi mövcud düzənə münasibətdə özünü göstərirdi. “İxvan” düzənin tamamən pozulmadığı fikrini müdafiə edərək islah tərəfdarı olaraq çıxış edirdi. Kutubçu axın isə əksinə, “düzən tamamilə pozulub, islahı mümkün deyil” tezisini irəli sürərək radikal mövqe tərəfdarı olaraq özünü göstərirdi. İqtidarın təzyiqləri, həbs və edamlar qarşısında “İxvan”ın ənənəvi səbr siyasətinə üstünlük verməsi və zəifləməsi isə fikir ayrılığından parçalanmalara gətirib çıxartdı.

Əvvəl Kutubçu qrup ayrıldı. Bir müddət sonra isə, Kutubçu qrupdan “ət-Təkfir və-l Hicrə” adlı başqa bir qrup çıxdı. 1970-ci illərdə isə hərəkat artıq “İxvan”, “Sələfilər”, “Cihad”, “Təkfir”, “Kutubçular”, “əl-Cəmaətu-l İslamiyyə” olmaq üzrə altı müxtəlif hissəyə ayrılmışdı. Hətta “əl-Cəmaətu-l İslamiyyə” öz içində “İxvan” və “Cihad” qruplarının tərəfdarlarından ibarət iki qanada malik idi.

İndi isə bu axınların fikir və hədəfləri barədə qısa da olsa məlumat verməyə çalışaq.

1) “İxvan” hərəkatı: Hərəkat yarandığı ilk günlərdə olduğu kimi, qərb və İsrail əleyhdarı olsa da, rejimlərlə iş birliyi tutumunu sərgiləməklə mövcudluğunu hər zaman qorumağa çalışdı. Loyal müxalifət funksiyası, əsasən Hərəkatın əl-Bennadan sonrakı liderləri Həsən əl-Hudaybi və Ömər Tilmasini dövründə bu daha açıq şəkildə özünü biruzə vermiş oldu. Hudaybi, 1973-cü ildə hərəkatda baş verən parçalanmalara dözməyərək tənhalığa çəkilmiş və az sonra vəfat etmişdi. Ondan sonra gələn Tilmisani də İslami hədəf və nizama zorakılıqla nail olmağın mümkünlüyünü rədd edərək, yumuşaq yanaşmanın tərəfdarı kimi tanındı. Belə bir yanaşma Suriya, İordaniya, Sudan və Livan “İxvan”ına öz təsirini göstərdi və böyük tərəfdar kütləsi topladı.

Misirdə 1981-ci il həbsləri öncəsi Tilmisani deyirdi: “İxvan cəmaəti şiddətdən ən uzaq cəmaətdir... İxvanın heç bir zorakı hücumuna rast gəlmək olmaz... Və biz heç kimlə davada deyilik... Təşkilatın qurucusu Hasan el-Benna da, onun xələfi əl-Hudeybi də şiddət və zorakılığa qarşı olublar. Mən də onlar kimi şiddətə qarşıyam”. 1986-cı ilin may ayında vəfat edən Tilmisaninin yerinə keçən Seyyid Hamid Əbu Nasr, “İxvan”ın siyasi düşüncəsində ciddi yeniliklərə imza atdı. O, çıxışlarında hərəkatın müasir hədəflərinin Misir, Ərəb aləmi və İslamı qurtarmaq olduğunu vurğulayırdı. Əbu Nasr nəinki siyasi iqtidarlarla işbirliyini optimal hesab edir, siyasi düşüncəsində ərəb millətçiliyinə də yer verirdi. Lakin bu yanaşma özünü doğrultmur. Parlament seçkilərinə “İşçi” və “Əhrar” partiyaları ilə koalisyon şəkildə qatılan “qardaşlar” cəmi 7 faiz səslə kifayətlənməli olurlar.

Hazırda “İxvan” qeyri-hökumət təşkilatları, fondlar və xeyriyyə cəmiyyətləri formasında çox şahəli və effektiv bir quruluşa malik bir şəkil alıb. Hərəkatçılar ərəb ölkələrində kifayət qədər ciddi nüfuza və təsir imkanlarına malikdirlər ki, bu barədə növbəti hissədə məlumat verəcəyik.

2) Kutubçular: Bu qrup, yuxarıda haqqında yazdığımız Seyyid Kutubun “Yoldakı işarətlər” adlı kitabından təsirlənərək yola çıxanlardır. Kutub təhsil metodlarını öyrənmək məqsədi ilə getdiyi Amerikadan 1951-ci ildə geri döndüyü zaman “İxvan”a yazıldı. Vurğulamaq lazımdır ki, Kutub “İxvan”a yazıldığı ilk gündən etibarən düşüncə və təri ilə hərəkatla uyğunlaşmırdı. Onun fikrincə, müsəlmanlar düşüncə məsələsində ayrılsalar da, fəaliyyətdə birgə olmalıdırlar. Kutub islami inqilab tərəfdarı idi və müsəlmanların da bu məsələdə bir hərəkət etməsinin vacibliyinə inanırdı. Onun fikrincə əqidə binası, yalnız şirk bə diətdən ən kəskin şəkildə uzaq durmaqla sağlam təməllər əsasında formalaşa bilər. O, ərəb iqtidarlarını cahil düzən qulluqçuları hesab etdiyindən, uzlaşmanı qəti şəkildə rədd edirdi. “İxvan”ın içindəki tərəfdarları isə onun kitabını “cihada çağırış” kimi qiymətləndirirdilər. Müasir dövrümüzdə bu qrup demək olar ki, fəaliyyət göstərmir. Sadəcə duşuncə axını kimi, zaman-zaman özünü biruzə verir. Onun fikirlərinin, “İxvan” və digər hərəkatlar içərisndə tərəfdarları var.


3) Ət-Təkfir vəl Hicrə: Bu qrupun əsası Əbdünnasirin zindanlarında qoyulur. Onlar ilk olaraq Nasirin küfrdə olduğunu elan etməklə yola çıxdılar. Qrupun başında da Ziraət fakültəsi tələbəsi Şükrü Mustafa dururdu. 1965-1971-ci illər arasında həbsdə yatarkən, gələcək qrupun düşüncə və fikir sistemini formalaşdıraraq, bir çox məqamlarda “İxvan” nümayəndlərindən fərqli baxış ortaya qoydu. “ət-Təkfir”çilərin fikrincə, “Tolum kafirdir. Hökumətlər kafirdir.

Dörd böyük məsciddən başqa (Məscid-i Hiram, Nəbi, Qüds, Küba) digərləri əlavələr hökmündədir. Günahlar şirkdir və böyük günah işləyənlər kafirdir. Mukallid kafirdir. Günahda israr edən kafirdir. Dövlətin bütün quruluşlarına qarşı üzlətə çəkilmək əsasdır. İcma, qıyas və məsaimi mürsələ və digər fiqhi əsaslar batildir”. “Təkfir” qrupu düzənə qarşı mübarizənin heç bir formasını qəbul etmədiyi kimi, cihad fikrini də qəbul etməməkdə və ayrıca da günümzdə və ya gəəcəkdə bir İslam dövlətinin qurulmasının vacibliyinə inanmamaqdadır. Çünki axır zaman əlamətləri içində buna işarət edən bir nəsnə yoxdur.

Qrup 1997-ci ldə Şükrü Mustafa və dörd dostunun edamı və tərəfdarlarının da uzun müddətli həbsi, 1981-ci ilin sentyabrında isə yeni həbs dalğaları ilə böyük zərbə aldı. 1984-cü ilə qədər davam edən təzyiq və həbslər qrşısında bəzi görüşlərində dəyişikliklər oldu. Məsələn, məcburiyyət qarşısında özlərini gizləyə bilmək məqsədi ilə kişilərin saqqallarını qırxa bimələri, qadınların üzlərindəki niqabı qaldırmaları, bəlli çərçivə daxilində hökumətdə vəzifə daşımağı, qərb yönümlü əlbisələr geyməyi sərbəst buraxdılar. Bu gün qrupun nümayəndələrindən bir çoxu Səudiyyə Ərəbistanı, İraq və İordaniyadadırlar. Fəaliyyətləri sadəcə iqtisadi sahələr üzrədir. Küçmişdə sıralarında təmsil olunan nüfuzlu şəxslərin və universitet tələbələrinin dəstəyindən məhrum vəziyyətdədirlər.

(Ardı var)

Vüqar Zifəroğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib

    Prezident İlham Əliyev Həsən Ruhanini təbrik edib ...

    10-02-2016, 18:55

  • 
  • İlham Əliyev Həsən Ruhani ilə görüşdü

    İlham Əliyev Həsən Ruhani ilə görüşdü ...

    29-09-2014, 16:54

  • 
  • Həsən Ruhani İlham Əliyevə zəng edib

    Həsən Ruhani İlham Əliyevə zəng edib ...

    5-07-2016, 12:49

  • 
  • Həsən Kərimov vəfat etdi

    Həsən Kərimov vəfat etdi ...

    20-11-2015, 17:08

  • 
  • Həsən Kərimov dəfn edilib

    Həsən Kərimov dəfn edilib ...

    21-11-2015, 17:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu