Türkiyədə rüşvət iddiası ilə başladılan əməliyyat çərçivəsində təqib edilən şəxslər arasında olan baş nazirin oğlu Bilal Ərdoğanın fotoları yayılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mətbuata sızan rüşvət əməliyyatına aid faylda yer alan görüntülər arasında Bilal Ərdoğandan başqa, "Star” qəzeti və “Kanal 24” televiziya kanalının sahibi və məşhur italiyalı memar Federiko Delrosso da var.
Əldə edilən məlumatlara görə, həmin şəxslər Etilər Polis Məktəbinin ərazisini almaq üçün hazırlıq işləri görüblər, italiyalı memar isə oraya layihə üçün gətirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?