Bu gün Türkiyədə prokuror Muammer Akkaşın "vəzifədən sui-istifadə və rüşvət" ittihamı ilə başladığı istintaq daxilində baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın həbsi barədə qərar verilib. Virtualaz.org saytı xəbər verir ki, bu məlumat Türkiyə mətbuatında yayılıb. ANS türk mediasına istinadən bildirir ki, prokuror Akkaşın yazdığı çağırış kağızıında Bilal Ərdoğanın şübhəli şəxs qismində ifadə verməsi üçün dindirilməyə çağırıldığı yazılıb. Muammer Akkaş tərəfindən göndərilən 25.12.2013-ci il tarixli sənəddə belə yazılıb: "Cümhuriyyət Prokurorluğunda icra edilməkdə olan istintaq daxilində; gəlir məqsədli cinayət təşkilatı qurmaq və qurulan təşkilata üzv olmaq günahlarından Cümhuriyyət Prokurorluğu tərəfindən şübhəli şəxs qismində ifadəniz alınacağından, çağırış kağızı ilə bağlı xəbərdarlığı aldığınızda aşağıda göstərilən tarixdə Cümhuriyyət Prokurorluğuna müraciət etməyiniz barədə xəbərdar edilirsiniz". Yazıdakı qeyddə Nəcməddin Bilal Ərdoğanın 2 yanvar, 2014-cü il tarixdə iş saatlarında İstanbul prokurorluğuna gəlməyi buyurulub. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə Pakistandan dönən zaman təyyarədə jurnalistlərin gündəmlə əlaqədar suallarına cavablandırarkən oğlu Bilal Ərdoğanla əlaqədar xəbərlərlə bağlı demişdi: "Dəstəmazından şübhəsi olmayanın namazından şübhəsi olmaz. Buralardan Ərdoğanı vurmağa qalxarlarsa, ovuclarını yalayarlar. Bunu bildikləri üçün ətrafdakı yoldaşlara hücum edirlər. Oğlumu hədəf alaraq TÜRGEV fondu ilə əlaqədar adını çəkirlər. Nəymiş? Fondla əlaqədar bir layihə dəyişikliyi üçün müraciət edib. Fondla bağlı layihə dəyişikliyi üçün bələdiyyəyə getmək suçmudur? Bələdiyyə başçısını "bina tikdi, 25 illiyinə fonda kirayəyə verdi" deyə günahlandırırlar. Sosial iş görməyən bələdiyyə varmı? Bənzər şeylər İSTEK fondu, ÇYDD, TEV kimi fondlar üçün də edildi. Ora bir tələbə yataqxanasıdır, Bilal Ərdoğanın oteli deyil. Oradan keçib mənim üstümə gəlmək istəyirlər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?