GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nizami İsgəndərovun Sumqayıtdakı biznesinin gizlinləri

Nizami İsgəndərovun Sumqayıtdakı biznesinin gizlinləri

Tarix: 27-12-2012, 08:26 Bölmə :Ölkə Baxış: 1 773
Nizami İsgəndərovun Sumqayıtdakı biznesinin gizlinləri

Sabiq deputatın “vorzakon” qohumu və “Cavid” ticarət mərkəzində insanlara necə divan tutur

gundemxeber.az
Bu günlərdə Sumqayıtın iri iş adamlarından hesab olunan Zaman İsgəndərovun oğlu, sabiq millət vəkili Nizami İsgəndərovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. İş adamının sahibi olduğu ticarət mərkəzlərində həddindən artıq sərt qaydalar qoyduğunu bildirən mənbə, sabiq deputata malik alqı-satqı müəssisələrində insanların ağır şərtlər altında çalışdığına diqqət çəkib. Mənbənin sözlərindən bəlli olub ki, sabiq millət vəkilinə məxsus ticarət mərkəzlərində çalışmaq üçün bütün maddi öhdəliklərlə yanaşı ara-sıra «mənəvi fədakarlıqlar» da göstərmək lazımdır ki, bu «fədakarlığın» konkret nədən ibarət olduğuna aşağıda aydınlıq gətirəcəyik.

Biznesmenin “vorzakon” qohumu

Bir müddət öncə Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Sumqayıta yeni polis rəisi təyin olunan general-mayor Sahib Mirzəyev artıq şəhərdə kriminogen vəziyyəti aradan qaldırmaq istiqamətində hərəkətə keçib. Bu barədə «Gündəm Xəbər»ə daxil olan məlumatlara görə, yeni rəis Sumqayıtda «Univermaq Zaman» kimi tanınan sahibkar Zaman İsgəndərovun qardaşı oğlu «Caco» ləqəbli Ramin İsgəndərovu həbs etdirib. Qeyd edək ki, R.İsgəndərov «Univermaq Zaman»ın «Əmi» ləqəbli qardaşının oğludur.
Qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, «Caco» İsgəndərovlar ailəsinə həmişə probem yaradıb: «Bu adam İsgəndərovlar ailəsi üçün Allah tərfindən göndərilən bir bəladır. «Caco» Sumqayıtda yetənə-yetib yetməyənə bir daş atıb. Onun əməllərinin ziyanını isə həmişə qohum-əqrabası çəkib. “Caco”nun Sumqayıtın kriminal dairələrində nüfuzu olmasa da özünü həmişə avtoritet kimi aparıb. Hər dəfə də əsl avtoritetlərin və «strimlyaqa»ların («Oğru dünyası»nda «Vor v zakone» adı uğrunda mübarizəyə yeni qoşulanlara «strimlyaqa» deyilir) hədəfinə tuş gəlib». Mənbə bildirir ki, R.İsgəndərov bir müddət Z.İsgəndərova məxsus və oğlu keçmiş deputat Nizami İsgəndərovun idarə etdiyi Univermaqda mühafizəçi işləyib. Lakin «Caco» burada da dinc dayanmayıb. O, zərgərlərə qızıl adı ilə saxta üzük və sırğalar düzəltdirərək Univermağın qızıl şöbələrində satdırırmış. Mənbənin sözlərinə görə, hətta onu bir müddət əvvəl buna görə də həbs ediblər. Amma «Caco»nun dəfələrlə həbs edilməsinə baxmayaraq o cinayət məsuliyyətindən yaxa qurtara bilib. Artıq Sumqayıta yeni rəis təyin olunan Sahib Mirzəyev şəhərdə, xüsusilə narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olanların həbsinə göstəriş verib. Eyni zamanda «Caco»nun narkotik maddələrin satışı ilə məşğul olduğu da bildirilir. Elə bu baxımdan onun həbsinin səbəbi də bununla bağlı ola bilər. Digər məlumatlara görə isə «Caco» əmisinə görə həbs edilib. Yəni Nizami İsgəndərovla yanaşı Sumqayıt «kitlərinə» öz gücünü göstərmək istəyən Sahib Mirzəyev adı vayqanlı olan «Caco» nu həbs etdirib. Əməlləri çoxdan Sumqayıtın hüquq-mühafizə orqanlarına məlum olan «Caco» nun məhz indi həbs edilməsi bu ehtimalı bir qədər də gücləndirir. Bu ehtimallardan hansının daha doğru olduğunu deyə bilməsək də onu dəqiq söyləyə bilərik ki, «Caco» nun həbsi «yuxarı»ların razılığı ilə həyata keçirilib.
Sonda onu da qeyd edək ki, bir neçə il əvvəl «Caco» nun böyük qardaşı Fuad İsgəndərov keçmiş təhsil nazirinin müavini əmisi İsgəndər İsgəndərovun oğlu Rüfət İsgəndərova məxsus «Ekzotika» adlı barda bıçaqlanmışdı. O zaman da İsgəndərovlar «Ekzotika» barın qapadılmaması üçün xeyli «tərləməli» olmuşdular. Lakin Eldar Əzizovun Sumqayıta icra başçısı gəldiyi gündən məşhur «Ekzotika» bar fəaliyyətini dayandırdı.

Arenda bataqlığı və ya müflis sahibkarlar


N.İsgəndərova məxsus Sumqayıt və Cavid Ticarət Mərkəzlərində yüzlərlə insanın çalışdığına diqqət çəkən mənbə ilk olaraq arenda haqlarının həddindən artıq bahalığından şikayətləndi. Sahibkarın hər kvadrat metrə görə 30 manat məbləğində arenda haqqı aldığını bildirən mənbə, arendatorların bir çoxunun bu məbləği ödəmək iqtidarında olmadığını qeyd etdi: «N.İsgəndərov sahibi olduğu alqı-satqı mərkəzlərində arendatorların öz hesabına həyata keçirdiyi təmirdən sonra arenda haqlarına da yüngülvari əl gəzdirdi . Sabiq deputatın bu yeniliyindən sonra hər kvadrat metrə görə arenda haqqı 30 manat məbləğinə yüksəldi. Lakin bu, iş adamının arenda ilə bağlı həyata keçirdiyi yeganə yenilik olmadı. Ticarət obyektlərinin konfiqurasiyasında ciddi yeniliklər həyata keçirən sahibkar standart otaqların hər birini arendatorlara aylığı 500 manatdan təqdim etdi ki, bu da 2-3 ay ərzində xırda sahibkarların müflisləşməsi ilə müşahidə edildi. Vəziyyət o həddə çatdı ki, sonda N.İsgəndərovun özü müəyyənləşdirdiyi arenda qiymətini 400 manat səviyyəsinə endirməyə məcbur oldu. Lakin N.İsgəndərovun bu «mərhəməti» belə ziyana işləyən arendatorların vəziyyətini yaxşılaşdıra bilmədi. Bu gün «Cavid» Ticarət Mərkəzində çalışan arendatorların böyük əksəriyyəti arenda haqlarını ödəməkdə çətinlik çəkir, aylıq arenda haqqını gəlirlərindən deyil, öz yaxın əhatələrindən borc alaraq ödəyirlər. Mövcud durum arendator və satıcıların hamısını narazı salsa da onların heç biri öz iş yerlərini itirməmək üçün etirazlarını açıq şəkildə dilə gətirmək istəmir, vəziyyətin yaxşılaşacağı ümidi ilə gözləməyə üstünlük verirlər».

N.İsgəndərovun «işıq pulu» biznesi

Sabiq millət vəkilinin bütün mümkün vasitələrlə arendatorları ciddi maddi sıxıntıya məhkum etdiyini bildirən mənbə, N.İsgəndərovun bu məqsədlə hər cür vasitəyə əl atdığını vurğulayıb. Mənbənin sözlərinə görə, arendatorların sərf etdiyi aylıq işıq enerjisinə görə haqqı yaxın adamları vasitəsilə özü toplayan N.İsgəndərov bu «biznesdən» də xeyli gəlir əldə edir: «Bu gün istifadə edilən elektrik enerjisinin hər kilovatına görə dövlət tərəfindən müəyyən edilən kommunal ödənişin məbləği 6 qəpik olsa da, N.İsgəndərovun qiymətləndirmə şkalasında bu rəqəm 4 qəpik də artaraq 10 qəpik təşkil edir. Arendatorların sərf etdiyi enerjinin hər kilovatını 10 qəpikdən hesablayan sabiq millət vəkili onlara sərf etdikləri enerjinin haqqını əlaqədar dövlət qurumuna deyil, ona ödənilməsini tələb edir. Beləliklə də, nəhəng ticarət mərkəzində istifadə edilən işıq enerjisinin pulları hər ayın sonu N.İsgəndərovun kabinetində toplanır. Toplanan puldan istifadə edilən real enerjinin haqqını ayıraraq kommunal xərc kimi əlaqədar instansiyanın balansına keçirən keçmiş millət vəkili, qalan pullara əlavə gəlir kimi əl qoyur».
Arendaya verilən otaqların xeyli hissəsində qış ayları ilə əlaqədar olaraq kondisioner sistemindən istifadə edildiyini bildirən mənbə, bu səbəbdən də arendatorların işıq enerjisi ilə bağlı kommunal borcunun heç də az olmadığı fikrindədir: «Hazırda qış mövsümü olduğu üçün dükanların böyük əksəriyyətində kondisioner sistemindən istifadə edilir ki, bu da əlavə enerji sərfi deməkdir. Bu isə ay sonunda arendatorlara «işıq pulu» borcu şəklində geri qayıdır. Belə olduqca, N.İsgəndərovun hər kilovat enerjiyə görə əlavə tələb etdiyi 4 qəpik üst-üstə yığılaraq ciddi bir məbləğ təşkil edir. Bu isə arendatorlar üçün əlavə maddi yük deməkdir».

Cavid Ticarət Mərkəzini arendatorlarmı qoruyur?


Arendatorlardan ticarət mərkəzinin mühafizəsi məqsədilə də aylıq pul toplandığını bildirən mənbə, alqı-satqı mərkəzinin arendatorların hesabına qorunduğunu vurğuladı: «N.İsgəndərovun ticarət mərkəzinin həyatına gətirdiyi yeniliklərdən biri də arendatorlardan dükanların mühafizəsi məqsədilə pul toplamaqdan ibarətdir. N.İsgəndərov hesab edir ki, dükanlar arendatorların sərəncamına verildiyi üçün onların mühafizəsinin qeydinə də ticarət mərkəzinin rəhbərliyi deyil, məhz arendatorlar qalmalıdır. Odur ki, hər ay ticarət obyektinin mühafizəçilərinə vermək üçün arendatorlardan 6 manat məbləğində pul toplayan sabiq millət vəkili, özünü bu qayğıdan da sığortalamış olur».
Mənbə arendatorların aylıq ödənişlərinin yalnız bununla məhdudlaşmadığını söylədi. Mənbənin sözlərinə görə, aylıq ödənişlər sisteminə «işıq pulu», «mühafizə pulu» kimi «ayaqyolu pulu» da daxildir. Dükan sahiblərinin hər ay bu məqsədlə 5 manat məbləğində vəsait ödədiyinə diqqət çəkən mənbə, keçmiş millət vəkilinin bu kimi «gözəgörünməz» ödənişlərinin insanlarda gizli qəzəb və istehza ilə qarşılandığını qeyd etdi.

Nizami İsgəndərovun «mənəviyyat qurbanları»

N.İsgəndərovun arendator və satıcıları yalnız saysız-hesabsız maddi ödənişlərlə deyil, həm də şəxsi kaprizləri ilə təngə gətirdiyini bildirən mənbə, sabiq millət vəkilinin xeyli sayda «mənəviyyat qurbanına» malik olduğunu söylədi: «İnsanların şikayət etdiyi məqamlardan biri də N.İsgəndərovun mağaza sahiblərini həm də şəxsi kaprizləri ilə narazı salmağı ilə əlaqədardır. Nə qədər qəribə də olsa N.İsgəndərov arendator və satıcılardan harada, hansı vəziyyətdə olmaqlarından asılı olmayaraq ona hörmət və ehtiram göstərməyi tələb edir. Məsələn, əgər N.isgəndərov sizin arendator olduğunuz və ya satıcı işlədiyiniz mağazanın qarşısından ötübsə və siz fikirli olduğunuz, yaxud müştəri ilə ilgiləndiyiniz üçün onu görüb ayağa qalxmamısınızsa, bu, ən yaxşı halda sizin işdən uzaqlaşmağınızla nəticələnəcək. Belə ki, sizin bu «ədəbsizliyinizdən» sonra sizi kabinetinə çağıran N.İsgəndərov sizə əxlaq və mənəviyyat haqqında sərt və qısa mülahizə oxuyandan sonra artıq qovulduğunuzu elan edəcək».
Mənbənin bildirdiyinə görə, adıçəkilən ticarət mərkəzində işləmək üçün üz cizgiləri və simmetrik quruluşuna, addım və hərəkətlərinə görə də N.İsgəndərovun xoşuna gəlməyə çalışmaq şərtdir: «Məsələ bundadır ki, əgər sizin üz quruluşunuz, sifət cizgiləriniz N.İsgəndrovun xoşuna gəlməz, onda mənfi təəssürat oyadarsa, o zaman əmin ola bilərsiniz ki, artıq işdən qovulmusunuz. Çünki bir neçə insanın məhz bu səbəbdən işdən azad edildiyi ticarət mərkəzinin personalına bəllidir. Ona görə də, N.İsgəndərovla qarşılaşmağın bütün hallarda risk kəsb etdiyini çoxdan başa düşən personal imkan daxilində sabiq millət vəkili ilə qarşılaşmamağa, üz-üzə gəlməməyə çalışır».


Şamil Əlibəyli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda kriminogen “razborka”

    Sumqayıtda kriminogen “razborka” ...

    20-12-2012, 13:56

  • 
  • Sabiq millət vəkilindən “səndəl qadağası”

    Sabiq millət vəkilindən “səndəl qadağası” ...

    27-02-2013, 10:23

  • 
  • Nizami İsgəndərov işçilərini şoka salıb

    Nizami İsgəndərov işçilərini şoka salıb ...

    5-02-2013, 10:58

  • 
  • “Nabran Village Holiday” Nizami İsgəndərovun imiş

    “Nabran Village Holiday” Nizami İsgəndərovun imiş ...

    24-07-2013, 22:33

  • 
  • Polis generalı sabiq millət vəkilinə qarşı

    Polis generalı sabiq millət vəkilinə qarşı ...

    19-02-2013, 11:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu