Yeni rəis «Univermaq Zaman»ın qardaşı oğlunu həbs etdirib, sahibkarın yaxın qohumunun adı bir sıra kriminal hadisələrdə hallanır
gundemxeber.az Bir müddət öncə daxil işlər naziri Ramil Usubovun əmri ilə Sumqayıta yeni polis rəisi təyin olunan general-mayor Sahib Mirzəyev artıq şəhərdə kriminogen vəziyyəti aradan qaldırmaq istiqamətində hərəkətə keçib. Bu barədə «Gündəm Xəbər»ə daxil olan məlumatlara görə, yeni rəis Sumqayıtda «Univermaq Zaman» kimi tanınan sahibkar Zaman İsgəndərovun qardaşı oğlu «Caco» ləqəbli Ramin İsgəndərovu həbs etdirib. Qeyd edək ki, R.İsgəndərov «Univermaq Zaman»ın «Əmi» ləqəbli qardaşının oğludur. Qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, «Caco» İsgəndərovlar ailəsinə həmişə probem yaradıb: «Bu adam İsgəndərovlar ailəsi üçün Allah tərfindən göndərilən bir bəladır. «Caco» Sumqayıtda yetənə-yetib yetməyənə bir daş atıb. Onun əməllərinin ziyanını isə həmişə qohum-əqrabası çəkib. “Caco”nun Sumqayıtın kriminal dairələrində nüfuzu olmasa da özünü həmişə avtoritet kimi aparıb. Hər dəfə də əsl avtoritetlərin və «strimlyaqa»ların («Oğru dünyası»nda «Vor v zakone» adı uğrunda mübarizəyə yeni qoşulanlara «strimlyaqa» deyilir) hədəfinə tuş gəlib». Mənbə bildirir ki, R.İsgəndərov bir müddət Z.İsgəndərova məxsus və oğlu keçmiş deputat Nizami İsgəndərovun idarə etdiyi Univermaqda mühafizəçi işləyib. Lakin «Caco» burada da dinc dayanmayıb. O, zərgərlərə qızıl adı ilə saxta üzük və sırğalar düzəltdirərək Univermaqın qızıl şöbələrində satdırırmış. Mənbənin sözlərinə görə, hətta onu bir müddət əvvəl buna görə də həbs ediblər. Amma «Caco»nun dəfələrlə həbs edilməsinə baxmayaraq o cinayət məsuliyyətindən yaxa qurtara bilib. Artıq Sumqayıta yeni rəis təyin olunan Sahib Mirzəyev şəhərdə, xüsusilə narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olanların həbsinə göstəriş verib. Eyni zamanda «Caco»nun narkotik maddələrin satışı ilə məşğul olduğu da bildirilir. Elə bu baxımdan onun həbsinin səbəbi də bununla bağlı ola bilər. Digər məlumatlara görə isə «Caco» əmisinə görə həbs edilib. Yəni Nizami İsgəndərovla yanaşı Sumqayıt «kitlərinə» öz gücünü göstərmək istəyən Sahib Mirzəyev adı vayqanlı olan «Caco» nu həbs etdirib. Əməlləri çoxdan Sumqayıtın hüquq-mühafizə orqanlarına məlum olan «Caco» nun məhz indi həbs edilməsi bu ehtimalı bir qədər də gücləndirir. Bu ehtimallardan hansısının daha doğru olduğunu deyə bilməsək də onu dəqiq söyləyə bilərik ki, «Caco» nun həbsi «yuxarı»ların razılığı ilə həyata keçirilib. Sonda onu da qeyd edək ki, bir neçə il əvvəl «Caco» nun böyük qardşı Fuad İsgəndərov keçmiş təhsil nazirinin müavini əmisi İsgəndər İsgəndərovun oğlu Rüfət İsgəndərova məxsus «Ekzotika» adlı barda bıçaqlanmışdı. O zaman da İsgəndərovlar «Ekzotika» barın qapadılmaması üçün xeyli «tərləməli» olmuşdular. Lakin Eldar Əzizovun Sumqayıta icra başçısı gəldiyi gündən məşhur «Ekzotika» bar fəaliyyətini dayandırdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?