Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, Əmlak bizimdirsə, əyalət də bizimdir.
M.Ə.Sabir
Nəsimi Rayonu Balabəy Məcidov 71 nömrəli mənzilin sahibəsi Telli Babayevanın şikayəti ilə əlaqədar olaraq sözügedən ərazidə çəkiliş apardıq. Evsiz-eşiksiz qalan sakin evinin pul gücünə əlindən alınması və yerində tikinti işlərinin aparılmasından şikayətçi idi. Artıq bir neçə dəfə məhkəmə olmasına baxmayaraq, dərdinə əlac edən olmadığını söyləyərək, məhkəmələrin də pulla alındığını bildirdi. Qışın soyuğunda çöllərdə qaldığını söyləyən Telli ana ağlayaraq əşyalarının ayaqlar altında qalmasından, gündə bir insanın peyda olaraq işlərini beləcə dolaşdırmalarından danışdı.
Sonra Telli xanımın bildirişi ilə Nəsimi Rayon İcra Hakimiyyətində hüquqşünas kimi fəaliyyət göstərən Vasif adlı şəxslə məsələyə aydınlıq gətirmək istədik. Telefonla əlaqə saxladıq. Zəngimizə özünü hüquqşünas kimi təqdim edən bir xanım cavab verdi. Biz Vasif müəllimlə görüşmək istədiyimizi bildirdikdə, hal-hazırda Vasif müəllimin işdə olmadığını, bir neçə saatdan sonra gələcəyini bildirdi. Söhbətin Telli Babayevadan getdiyini bildikdə isə sözünü dəyişərək Vasif müəllimin hal-hazırda məzuniyyətdə olduğunu söylədi. Xanım bizə hətta Vasif müəllimin soyadını belə vermədi.
Telli Babayeva bu işi axıra qədər davam etdirəcəyini və yanvar ayının 13-də Apelyasiya Məhkəməsinin qərarını gözlədiyini bildirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?