Nazirliyin hesabatı ilə düz gəlməyən regional qüsur gundemxeber.az Bu gün Azərbaycan təhsilində ciddi durğunluq yaşandığı heç kəsə sirr deyil. Korrupsiyanın girdabında çabalayan təhsil, əslində birmənalı olaraq gələcək nəslin məhv edilməsi deməkdir. Bunun başqa adı yoxdur. Aydın görünür ki, ölkə mətbuatı bu sahəyə daha çox diqqət ayırdığına baxmayaraq bu istiqamətdə heç bir müsbət dəyişiklik yoxdur. Təhsil naziri Misir Mərdanovun özünü heç nə olmamış kimi aparması baş verən biabırçılıqların daha da intensivləşməsinə yol açır. Ən çox çatışmazlıqlar və özbaşınalıqlar bölgələrdə nəzərə çarpır. Çünki bölgələrdə özbaşınalıq və meydan sulamaq oliqarxlara və yerli məmurlara tam imkan verir. Redaksiyamıza daxil olan məlumatlara görə, Quba, Şəmkir, Zərdab və Goranboy rayonlarında təhsil sahəsi lap uçurumun bir addımlığındadır. Bu təhsil şöbələrində özbaşınalıq, rüşvət və korrupsiya halları izaholunmaz dərəcədə artıb. Bu barədə yerli icra orqanları ilə bərabər Təhsil Nazirliyi və digər yuxarı instansiyalar da məlumatlıdırlar. Amma nədənsə mövcud problemlərin aradan qaldırılması heç bir rəsmi dairənin marağında deyil. Bu hal isə ümumilikdə daha geniş qanun pozuntularına stimul verir ki, nəticədə təhsilimiz bərbad hala düşür. Təhsilin bərbad hala düşməsinə isə təkcə təhsil şöbələrinin müdirləri məsuliyyət daşımır, bu sahədə icra başçılarının da məsuliyyəti böyükdür. Ancaq rayonları öz şəxsi mülkiyyətinə çevirən icra başçıları bütün inkişafı öz qazancları və biznesləri ilə müqayisə edirlər. Bu pulların isə xalqın damarından sorulduğunu hər kəs bilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?