Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin xarici ölkələrdəki səfirlərinə səslənib və “Gülən camaatı”na məxsus Türk məktəblərini nəzərdə tutaraq şok təlimat verib. Türkiyə mətbuatına istinadən xəbərə görə ötən il dekabrın 17-də Türkiyədə həyata keçirilən korrupsiya və rüşvət əməliyyatlarından sonra camaatı “banda, örgüt, xain, virus, haşhaşi” kimi ittihamlarla hədəfə alan Ərdoğan, dünən səfirlərlə görüşündə “Bu örgütü həmsöhbətlərinizə yaxşı başa salın”, - deyə onlara tapşırıq verib.
Ərdoğan çıxışında deyib: “Bu örgütün ölkədən xaricdə mütləq şəkildə izah edilməsi, ifşa edilməsi lazımdır. Türkiyədəki fəaliyyətləri, hirs və arzuları açıq şəkildə ortaya çıxan təhlükənin, bu örgütün həmsöhbətləriniz nəzdində də bilinməsi önəmlidir. Bu örgütün başda polis və məhkəmə olmaqla dövlət qurumlarında təşkilatlanaraq siyasət, iqtisadiyyat, ticarət kimi sahələrdə yaratdığı qorxu imperatorlarının görülməsi, başa düşülməsi və hər kəsə izah edilməsi gərəklidir”.
Ərdoğan bu sözləri və səfirlərə verdiyi tapşırıqla dünyanın 160 ölkəsində açılan hizmət məktəblərinin gələcək fəaliyyətini təhlükə altında qoyub.
Sorğu
Yeni dizaynımız necədir?