GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “NAB Holding”dən Rza Zərrab təkzibi

“NAB Holding”dən Rza Zərrab təkzibi

Tarix: 21-01-2014, 17:13 Bölmə :Ölkə Baxış: 987
“NAB Holding”dən Rza Zərrab təkzibi

“Şirkətlər qrupuna daxil olan heç bir şirkətdə hər hansı bir araşdırma aparılmır və adı qeyd edilən iş adamının bu şirkətlərlə heç bir biznes əlaqəsi yoxdur və olmayıb”
“Yeni Müsavat”-ın 19 yanvar 2014-cü il tarixli sayında “Rza Zərrabın işi Azərbaycanı da silkələyir” adlı yazı dərc edilib. Yazıda Türkiyədə rüşvət ittihamı ilə həbs edilən iş adamı Rza Zərrabın Azərbaycandakı fəaliyyətindən bəhs edilirdi. Yazıda qəzetimizin özəl mənbələrinə və Aznews.az saytının məlumatlarına istinad olunub.

Yazının əsas mövzusu “Zaminbank”-ın R. Zərrabın çirkli pullarının yuyulmasında iştirakı olub. Bu məsələdə qəzetimizin qaynaqlarına, Rusiya mətbuatına və “WikiLeaks” saytında açıqlanan məxfi teleqramlara istinad edilib. Yazının ikinci hissəsində isə, Aznews.az saytının məlumatlarından istifadə edilib. Ancaq təbii ki, biz saytın məlumatlarını da mötəbər saymamışıq və imkan daxilində bunu dəqiqləşdirməyə çalışmışıq. Məsələn, həmin məlumatlarda R.Zərrabın Bakıdakı tərəfdaşlarından biri kimi “Bank of Baku” ASC-nin adı çəkilirdi. Ancaq biz bankla əlaqə saxlayıb məlumatı dəqiqləşdirdik və bunun yalan olduğu üzə çıxdı.

Təəssüf ki, saytın məlumatında adı çəkilən və “NAB Holding”ə daxil olan “Qafqaz Lizinq” ASC ,"Buta Sığorta" ASC, "Sultan's Restaurant" və "Sultan's Plus"-la əlaqə saxlamaq mümkün olmadığından onların mövqeyini öyrənə bilmədik.

Azərbaycan mətbuatında və o cümlədən də “Yeni Müsavat” qəzetində gedən bu iddialarla bağlı redaksiyamıza “NAB Holding”in Bakı ofisindən təkzib məktubu daxil olub.
Məktubu olduğu kimi, oxucuların diqqətinə çatdırırıq:

- “Yeni Müsavat” qəzetinin 19 yanvar 2014-cü il tarixli buraxılışında “Rza Zərrabın işi Azərbaycanı da silkələyir” başlığı altında məqalə dərc edilmişdir. Məqalədə AZNews.az saytına istinad edilərək Türkiyədə rüşvət ittihamı ilə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın Azərbaycandakı fəaliyyətinin araşdırılması, R.Zərrabla bağlılığı olan və Azərbaycanda bir çox sektorlarda fəaliyyətini hazırda da davam etdirən "NAB Holding”lə bağlı araşdırmaların başlanması, onun biznes setinə “Qafqaz Lizinq” ASC, "Buta Sığorta" ASC, "Sultan's Restaurant" və "Sultan's Plus"unda daxil olması kimi həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapmışdır.

Nəzərinizə çatdırırıq ki, “NAB Holding” şirkətlər qrupuna daxil olan və Azərbaycanda fəaliyyət göstərən adları çəkilən şirkətlər həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərində Azərbaycan Respublikasının qanunlarını rəhbər tutur və heç bir qeyri-qanuni fəaliyyətlə məşğul olmur. Şirkətlər qrupuna daxil olan heç bir şirkətdə hər hansı bir araşdırma aparılmır və adı qeyd edilən iş adamının bu şirkətlərlə heç bir biznes əlaqəsi yoxdur və olmayıb.

Hesab edirik ki, yazılmış məqalə, öz xidmət sahələrində aparıcı yerləri tutan bu şirkətlərin işgüzar mənafelərinə zərər vura bilər.

Qeyd olunanlara əsasən, məqalədə “NAB Holding” şirkətlər qrupuna daxil olan şirkətlərin adlarının hallanmasını əsassız hesab edirik. Bu səbəbdən sizə ünvanladığımız bu məktubu “NAB Holding” şirkətlər qrupuna daxil olan şirkətlərin mövqeyi kimi qəbul edib, məqalədə əks olunmuş yoxlanılmamış, heç bir əsası və həqiqətə uyğun olmayan və oxucularda bizim şirkətlər haqqında yanlış təəssürat yarada biləcək yalan məlumatların təkzibi kimi qəzetinizin növbəti nömrəsində və internet səhifəsində dərc etməyinizi xahiş edirik”.

* * * *
Redaksiya bir daha qeyd edir ki, bu məlumatları kiminsə işgüzar nüfuzuna zərər vurmaq üçün yaymamışıq. Sadəcə olaraq ölkənin çoxsaylı internet resurslarında “NAB Holding”ə yönələn ittihamları araşdırmağa çalışmışıq. “Yeni Müsavat”dan başqa heç bir media quruluşu qarşı tərəf kimi hansısa ünvanı danışdırmağa cəhd göstərməyib. Eləcə də, “NAB Holding”in Bakıdakı təmsilçiliyi barələrində ölkənin internet məkanında 8- 10 saat dolaşan xəbərlərə operativ reaksiya verməyib. “Yeni Müsavat” məhz bu müddət keçəndən və heç bir təkzib müşahidə olunmayandan sonra həmin yazılara “Bank of Baku” rəhbərliyini münasibətini də əlavə etməklə,məqalə hazırlayıb. Biz bu məsələdə tərəflərdən heç birinin mövqeyini müdafiə etmirik və sırf qəzetçi marağı ilə hər bir mövqeyə yer ayırmağa hazırıq. Yaxşı olardı ki, “NAB-Holdinğ” bu tip informasiyalara daha çevik reaksiya versin, media ilə əlaqələrini genişləndirsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rza Zərrab çirkli pulları necə yuyub?

    Rza Zərrab çirkli pulları necə yuyub? ...

    20-12-2013, 14:27

  • 
  • Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti uzadıldı

    Azərbaycanlı iş adamı Rza Zərrabın həbs müddəti ...

    17-02-2014, 21:48

  • 
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrabın “qara qutusu” olan iranlı qadın polisdən qaçdı

    Rza Zərrabın “qara qutusu” olan iranlı qadın ...

    24-12-2013, 10:04

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu