GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Çirkli arx suyu içən, ağacdan elektrik dirəyi düzəldən şəmkirlilər...

Çirkli arx suyu içən, ağacdan elektrik dirəyi düzəldən şəmkirlilər...

Tarix: 23-01-2014, 14:50 Bölmə :Ölkə Baxış: 725
Çirkli arx suyu içən, ağacdan elektrik dirəyi düzəldən şəmkirlilər...
Əkin sahələrinin içindən uzanan yollar Şəmkirin mərkəzinin lap yaxınlığındakı Çinarlı kəndinə aparır. Əksəriyyəti saman və çiy kərpicdən tikilmiş birmərtəbəli evlərin həyət-bacası kəndlinin gün güzəranını təsvir edir. Hansı qapıya baxsan bel, yaba, oraq var.

Lakin bu kəndin sosial vəziyyətini göstərən başqa məqamlar da var. Məsələn, hər evin qarşısında arabaya qoşqu edilmiş su vannaları görünür.

Arxın üzərindən krant çəkmiş sakin Vəzifə Abbasova deyir ki, bu kəndin sakinləri çirkli su içməyə məhkum edilib: “Su gəlmir bax o su içilərmi? Yüz dəfə gedib şikayət edirik. Arteziandan da vermirlər. Zülm çəkirik”.

Kəndin qadınları danışırlar ki, onlar üçün hər gün iş 3 kilometrlik yolu qət edib qonşu kənddən su daşımaqla başlayır. Gətirdikləri artezian suyundan həm içirlər, həm də məişətdə istifadə edirlər. Kim həmin sudan gətirə bilmirsə, elə məcbur qalıb çirkli sudan istifadə edir: “2 artezianın pulunu hökumət ödəyib, çəkməyiblər. Birini çəkiblər, yarımçıq qalıb. İçmək suyunu arteziandan yuxarı kənddən gedib gətirirk. Butulkalarla, qablarla gətiririk. Bu da suvarma suyudur. Taxıla, kartofa istifadə edirik”.

Çinarlı kəndi sovetlər dönəmində Leninin adını daşıyıb. Bu kənddə almanlar yaşayıb və həmin dövrlər onlar kəhrizlər çəkiblər. Lakin son illər kəhrizlər yararsız hala düşüb. İndi bu kəndə əsasən Gədəbəyin tərəkəmə həyat tərzi keçirən sakinləri yerləşib. Kəndin kənarlarında Kəlbəcərdən məcburi köçkün düşənlər məskunlaşıb.

Məcburi köçkün Sahilə: “Əl arabasıyla gedib su gətiririk. Bir də görürsən 100 litr su gətirməli oluruq. Onunla da bilmirik paltar yuyaq, qab yuyaq, yoxsa yuyunaq? Krantlarımız işləmir. Artezianın şəklin vurublar. Əlimizə araba alırıq qaçqınlardan su gətiririk.

Kəndin su ilə yanaşı daha bir dərdi, qorxusu var. Hörümçək toruna bənzər məftillər evlərin yaxınlığındakı ağaclara bərkidilib. Bir neçə dəfə xətlərdəki enerji mal-qaranı öldürüb.

Sakin Şahin: “10 aydır bu dirəkləri basdırıblar. Amma xətti çəkən yoxdur. İşığı, baxın, ağacların içindən çəkmişik. Dirəyi basırdılar, yarısı yerdədir. Xətt bir dəfə qırıldı, heyvanı öldürdü, yaxşı ki uşağı vurmadı. İcra hakimiyyətinə deyirik, deyir ölən olsa, gəlib baş sağlığı verəcəyik.
Suyu 5 kilometr uzaqdan gedib qadınlar gətirirlər. Problem çoxdur, həll edən də yoxdur. 2 “parnik” var, Muxtariyyədə. Orada artezian da var, qaz da çəkilib. Nə yaxşı ora çəkilir, bura yox?”

Kənddə məktəb binası da yoxdur. Hər gün sürətli maşınların keçdiyi Şəmkir Gəncə şosesini uşaqlar qorxuyla keçib məktəbə gedirlər. “Şikayət edirik baxan yoxdur. Hər bir ağacın başından bir işıq çəkmişik. Məktəbimiz yoxdur. 2 yol keçib məktəbə gedirlər, neçə dəfə maşın vurub”.

Şəmkir rayon Su İdarəsinin rəisi Mehman Kərimov deyir ki, ötən ilin sonu artezian qazılıb və yaxın günlərdə digər tamamlama işləri də başa çatacaq və bu kənd su ilə təmin ediləcək: “İndiyədək kənddə kəhrizlər olub. Amma indi artezian var və biri də qazılacaq. Yaxın 1 həftə ərzində istifadəyə veriləcək”.

O ki, qaldı meyvə ağaclarına bərkidilən enerji xətlərinə, görək bu rayonun Elektrik şəbəkəsində nə deyirlər?

Şəbəkənin direktoru Səxavət Məhərrəmov deyir ki, yaxın 6 ay ərzində nəyinki yeni dirəklər, hətta xətlər olcaq. Bununla yanaşı hər bir sakinin evinə SMART kart tipli sayğaclar qoyulacaq.

İlk olaraq Şəmkirin Seyfəli və Çinarlı kəndi sayğacla təmin olunacaq. Səxavət Məhərrəmovun deməsinə görə, təkcə Çinarlı kəndində 2 mindən çox abonent var.

Çinarlı kəndinin əli qabarlı sakinləri isə hələ bir müddət daha çirkli sularla paltar yumalı, əkin sulamalı, qız-gəlinlər kilometlrələ yol qət edib su daşımalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, 24 yaralı

    İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, ...

    26-06-2016, 18:45

  • 
  • Məşhur kəndin sakinləri ilə "Muğanbank" arasında qalmaqal

    Məşhur kəndin sakinləri ilə "Muğanbank" ...

    9-09-2014, 13:15

  • 
  • "Bir azdan yenə cəhənnəm əzabı başlayacaq"

    "Bir azdan yenə cəhənnəm əzabı ...

    17-03-2016, 20:45

  • 
  • Tovuzun Əlibəyli kəndində güllə altında yaşayanlar...

    Tovuzun Əlibəyli kəndində güllə altında ...

    16-09-2013, 23:57

  • 
  • Əhəd Abıyevin rayonunda cəhənnəm əzabı

    Əhəd Abıyevin rayonunda cəhənnəm əzabı ...

    10-04-2013, 10:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu