GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əliyev hərbi aviasiyanı niyə qaldırdı... - (Yenilənib 3)

Əliyev hərbi aviasiyanı niyə qaldırdı... - (Yenilənib 3)

Tarix: 24-01-2014, 19:37 Bölmə :Ölkə Baxış: 920
Əliyev hərbi aviasiyanı niyə qaldırdı... - (Yenilənib 3)
Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin komandanlığı Azərbaycan Hərbi-Hava Qüvvələrinin döyüş təyyarələrinin təmas xətti boyu uçuşlarını davam etdirdiyini təsdiqləyir.


Qondarma “DQR müdafiə nazirliyinin” sözçüsü Senor Həsrətyan bildirib ki, Azərbaycan HHQ “müstəsna olaraq Azərbaycan ərazisində” uçuşlar keçirir və təmas xəttini keçmir. S.Həsrətyanın sözlərinə görə, “DQR” hava hücumundan müdafiə qüvvələri bütün sutka boyu döyüş növbəsindədir və Azərbaycan aviasiyasının uçuşunu izləyir.

* * *

Azərbaycan qırıcı təyyarələri hələ də cəbhə xətti üzərində uçuşlar həyata keçirməkdə davam edir.

Virtualaz.org saytı bu barədə haqqin.az saytına istinadən xəbər verir. Sayta bu barədə cəbhə xəttindəki hərbi qaynaqlardan məlumat daxil olub.

* * * 18:14

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Bununla əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Hərbi ekspertlərin qənaətinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin təmas xətti boyu uçuşlar keçirməsi düşmənin ön xəttə əlavə hərbi qüvvələr cəmləşdirməsi ilə bağlı ola bilər. Belə ki, təmas xəttində yanvarın 20-dən etibarən gərginlik kəskin artmaqdadır və hər iki tərəfdən itkilər var.

Azərbaycan Müdafiə Nazirliyindən mətbuata verilən məlumatlara əsasən Ermənistan ordusu bir neçə gündür döyüş mövqelərinə əlavə qüvvələr,o cümlədən muzdlular cəlb edir.

Belə bir vaxtda hərbi aviyasının təmas xətti boyu uçuşlar keçirməsi həm düşmən qüvvələrinin cəmləşməsini izləmək, həm də Azərbaycan ordusunun vəziyyətin daha da gərginləşəcəyi halda daha sərt cavab zərbələri endirməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Belə ki, hərbi aviasiya Azərbaycanın hazırda Qarabağ cəbhəsində erməni qüvvələri üzərində malik olduğu əsas üstünlüklərdən biridir. Azərbaycan çoxlu sayda pilotsuz kəşfiyyat təyyarələrinə, hücum vertolyotlarına və modernləşdirilmiş döyüş təyyarələrinə malikdir.



Xəbər verildiyi kimi, təmas xəttində gərginliyin artması erməni tərəfinin bəyanatları ilə başlayıb. Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, yanvarın 20-nə keçən gecə Azərbaycan ordusunun diversiya dəstələri Tərtər və Xocavənd istiqamətindən erməni mövqelərinə həmlə edib. Bu zaman erməni tərəfin bir serjantı öldürülüb, qarşı tərəf də ciddi itki verib. Azərbaycan Müdafiə Nazirliyi cəbhədə belə insidentin baş verdiyini və itkilərin olduğunu təsdiqləmədi.

Lakin ertəsi gün təmas xəttində hərbi avtomobilin aşması nəticəsində üç əsgərin yaralandığı, daha bir əsgərin özünü güllələdiyi açıqlandı. Dünən isə Tərtər istiqamətində Azərbaycan ordusunun kapitanının erməni gülləsindən şəhid olduğu bildirildi.

Azərbaycan Müdafiə Nazirliyi son üç gündə erməni hərbi bölmələrinin azı iki diversiya həmləsinin qarşısının alındığını bəyan edir. Belə cəhdlərdən biri bu gün səhərə yaxın Tərtər istiqamətində qeydə alınıb. Ermənistan müdafiə naziri Seyran Ohanyan bundan əvvəl serjantın ölümünə cavab olaraq Azərbaycanı hədələmişdi və qisas alınacağını bildirmişdi.

Şiddətli atışmalar təkcə Qarabağ cəbhəsində deyil, Azərbaycan-Ermənistan sərhədində də baş verir. Ermənistan ordusu bir neçə gündür ki, Tovuzun Əlibəyli kəndini güclü atəş altında saxlayır. Kənddə erməni gülləsindən bir qadının yaralandığı məlumdur. Azərbaycan ordusu isə cavab olaraq Ermənistan ordusunun mövqelərini Qazax istiqamətindən atəş altında saxlayır. Erməni qaynaqları sərhəd kəndlərinin birində mülki şəxsin - 16 yaşlı qızın ayağından yaralandığını açıqlayıb.

Təmas xətti boyu bütün istiqamətlərdə atışmaların getdiyi və diversiya həmlələrinin baş verdiyi bir vaxtda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Parisdə görüşür. Edvard Nalbəndyan və Elmar Məmmədyarov arasında görüş yaxın saatlarda başlayacaq. Nazirlər prezidentlərin gələn ay Soçi Qış Olimpiya Oyunlarının açılışı mərasimində mümkün görüşünü hazırlamaq tapşırığı almışdı.



Lakin cəbhədə vəziyyətin bu cür gərginləşdiyi, Ermənistan ordusunun Azərbaycan zabitini qətlə yeirdiyi bir vaxtda bu danışıqlar hansı səmərə verə bilər? Yaxud nazirlərin görüşü ərəfəsində təmas xəttində gərginliyi bu cür artırmaq kimə lazım ola bilərdi?

Belə görünür ki, Ermənistana və onun patronuna. Belə ki, Qarabağa dair danışıqlar prosesi üç ilə yaxın davam edən fasilədən sonra ötən ilin sonlarında Qərbin - yeni təyin edilmiş amerikalı həmsədrin və Fransa XİN-in intensiv diölomatik səylərindən sonra prezidentlərin Vyana görüşü ilə yenidən başlamış oldu.

Həmin görüşdən sonra hər iki tərəf sərt ritorikanı kəskin azaltdı və yumşaq bəyanatlara üstünlük verməyə başladı. Vyana danışıqları hansısa konkret irəliləyişə səbəb olmasa da danışıqlar prosesi hər halda bərpa edilmişdi və prezidentlər xarici işlər nazirlərinə prosesi davam etdirmək, yüksək səviyyəli yeni danışıqları hazırlamaq tapşırıqları vermişdi.

Nazirlərin Paris görüşü Əliyev-Sərkisyan danışıqlarının davamı üçün həlledici əhəmiyyət kəsb edirdi. Amcaq təmas xəttində baş verən indiki hadisələr fonunda prosesin yenidən dayanacağı təhlükəsi var. Görünür, Rusiya Qərin patronajlığı altında donu açılan danışıqların çox irəli getməsində maraqlı deyildi...

* * *

Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsinə cavab olaraq sərt cavab addımları atmağa hazır olduğunu nümayiş etdirməsi Ermənistanda ciddi panika yaradıb. Bu gün müdafiə naziri Seyran Ohanyan yaranmış vəziyyətlə bağlı təcili mətbuat konfransı keçirib. Cəmi iki gün əvvəl Azərbaycanı preventiv zərbələrlə hədələyən Ohanyan bu dəfə tonu yumşaldıb və Ermənistanın Qarabağ münaqişəsini dinc yolla həll etmək üçün “əlindən gələn hər şeyi etdiyini” bildirib.

Ohanyan deyib ki, müharibə təhlükəsi həmişə var və erməni tərəfi buna hazırdır: “Lakin obyektiv olaraq hazırda müharibənin başlanması riskini biz çox aşağı qiymətləndiririk”.



Ermənistan müdafiə naziri iddia edib ki, təmas xəttində vəziyyətin gərginləşməsi 20 yanvar hadisələrinin ildönümü ilə bağlıdır: “Onlar bunu edirlər, ancaq başa düşmürlər ki, qara günlər və genosid erməni xalqına qarşı olub. Böyük itki verərək geri çəkilən Azərbaycan tərəfi nizamsız atəşlər açmaqdadır. Biz belə atəşlərə cavab vermirik”.

Ohanyanın sözlərinə görə, Azərbaycan rəhbərliyi bilməlidir ki, danışıqların alternativi yoxdur.

Azərbaycanın pilotsuz təyyarələri ilə bağlı təhdidlərə toxunan Ohanyan deyib ki, pilotsuz təyyarələr bütün ölkələr üçün problemdir: “Çünki pilotsuz təyyarələr demək olar ki, görünmür. Lakin biz məsələni həll etməyə çalışırıq. Situasiya nəzarət altındadır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZƏRBAYCAN QIRICILARI HAVAYA QALXDI- MÜHARİBƏ BAŞLAYIR?

    AZƏRBAYCAN QIRICILARI HAVAYA QALXDI- MÜHARİBƏ ...

    24-01-2014, 13:24

  • 
  • Erməni komandanlığı Azərbaycan tanklarının döyüş mövqeyinə çıxdığını təsdiqlədi - (Yenilənib)

    Erməni komandanlığı Azərbaycan tanklarının döyüş ...

    2-02-2014, 13:03

  • 
  • Əliyev hərbi aviasiyanı niyə qaldırdı...

    Əliyev hərbi aviasiyanı niyə qaldırdı... ...

    24-01-2014, 14:13

  • 
  • Zakir Həsənov: “Ermənistan təyyarələri havaya qalxan kimi əmr verdim...”

    Zakir Həsənov: “Ermənistan təyyarələri havaya ...

    10-09-2015, 22:40

  • 
  • Azərbaycan snayperi erməni hərbçisini başından vurdu

    Azərbaycan snayperi erməni hərbçisini başından ...

    29-01-2014, 11:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu