İctimai Xidməti Bürosu Gürcüstanın ən varlı adamı, ölkənin baş naziri, milyarder Bidzina İvanaşvilinin əmlak bəyannaməsini elan edib.
“Qafqazinfo”nun gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, İvanaşvili ailəsinin mülkiyyəti 31 səhifədə təsvir edilib. Təkcə Gürcüstan və Rusiyadakı daşınmaz əmlakının - evlər, yaşayış olmayan ərazilər, torpaq sahələri və sairlərin ümumi sayı yüzə çatır.
İvanaşvili və onun həyat yoldaşı Yekatrina Xvedelidze onlarla şirkətin səhmlər və istiqraz vərəqələrinə sahibdirlər.
Bəyannamədə İvanaşvilinin yardım şəklində xərclədiyi məbləğlər də əks olunub.
Büronun məlumatına görə, mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət bəyannaməsi vəzifəyə təyinatından sonrakı iki ay ərzində məsul şəxs tərəfindən doldurulmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?