GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gəzməməkdən ayaqlarım tutulub”

“Gəzməməkdən ayaqlarım tutulub”

Tarix: 24-01-2014, 19:23 Bölmə :Ölkə Baxış: 572
“Gəzməməkdən ayaqlarım tutulub”
Gülər Əhmədova mətbuatı və Elşad Abdullayevi günahlandırır

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə sabiq YAP-çı deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə hazırlıq iclası davam etdirildi.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı Nəsir Bayramov öncə vəkil Əfsər Talıbovun ötən iclasda qaldırdığı vəsatətlərə münasibət bildirdi.

Prokuror vəkilin qaldırdığı 17 vəsatətlin əleyhinə oldu: “Sübutların siyahıdan çıxarılması məsələsinə indidən baxıla bilməz. Şahidlərin dindirilməsi barədə vəsatətlərə gəlincə isə məhkəmə istintaqı aparılmadıqda bu, mümkün deyil. Doğrudur, apelyasiya baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə də vəsatət qaldırılıb. Hesab edirəm ki, birinci instansiya məhkəməsində işin bütün halları araşdırılıb. Ona görə də apelyasiya baxışının məhkəmə istintaqı ilə aparılması üçün hər hansı əsas görmürük. Verilmiş vəsatətlər təmin edilməməli, apelyasiya baxışı məhkəmə istintaqı olmadan aparılmalıdır”.

Müşavirəyə gedən hakimlər kollegiyasının qərarı da eyni oldu. Məhkəmə vəkilin vəsatətinin heç birini təmin etmədi. İşin məhkəmə baxışına verilməsinə və prosesin məhkəmə istintaqı olmadan keçirilməsinə dair qərar verildi.

Məhkəmə prosesi 6 fevral, saat 12:00-a təyin edildi.

Onu da qeyd edək ki, hakimlər müşavirədə olarkən Gülər Əhmədova məhkəmə zalında olan jurnalistlərə bir sıra məsələlərlə bağlı açıqlama verdi. Sabiq YAP-çı deputat ilk növbədə ötən məhkəmə iclasından reportaj hazırlayan bir sıra mətbu orqanlardan narazılığını bildirdi: “Mən ona görə ötən məhkəmədə vəsatət qaldırdım ki, jurnalistlər iclasa diktafonla buraxılsınlar. Budur, ağızlarına gələni yazıblar. Yazıblar ki, guya mən Elşad Abdullayevin pulunu qaytaracağımı demişəm. Mənim fikirlərim təhrif olunub. Elşad Abdullayevdən pul almamışam, heç nə qaytarmaq fikrim olmayıb, olmayacaq da. Zatən onun mülki iddiası da təmin olunmayıb. O, zərərçəkmiş qismində tanınmayıb”.

Gülər Əhmədova jurnalistlərə Elşad Abdullayev barədə daha bir məlumatı bildirdi. Sabiq deputatın sözlərinə görə, hüquq-mühafizə orqanları adıçəkilən şəxsin beynəlxalq axtarışa verildiyini bildirsə də İnterpolun rəsmi səhifəsində onun adı yoxdur: “Gedin, siz də o səhifəyə baxın. Görün o adamın adı orada var, ya yox. Bu adam tutulub bura gətirlməsə, şər-böhtanları qurtarmayacaq. Strasburqun nağıl yazmaq üçün gözəl havası var. Mən özüm 12 il ora gedib-gəlmişəm. 1 milyon manat Elşad Abdullayev üçün 100 manat kimidir. O, Azərbaycanı tərk etməzdən iki gün əvvəl universitet üçün lisenziya almaq adı ilə dekanlardan 2 milyon manat pul yığıb, sonra da o pulları cibinə qoyub gedib Fransaya. Pul verənlərsə səslərini çıxara bilməyiblər ki, birdən onlardan da “sən bu pulu hardan almısan” deyə soruşarlar. Bu sual hamıya ünvanlanır. Bir tək Elşaddan başqa. Elşad Abdullayevin səhifə aldığı mətbuat orqanlarına üzümü tutub demək istəyirəm ki, hamı ailəsinə, balalarına çörək aparmaq üçün zəhmət çəkir. Amma bu çörək hansısa qadının şərlənməsindən, övladının göz yaşlarından keçirsə, halal deyil axı. İstintaq da, məhkəmə də, Azərbaycanın 99 faizi də yaxşı bilir ki, mən Elşaddan pul almamışam. Mənim kimi adama pul vermək olardl?!

Elşadın işi ilə bağlı həbsdə olan adamların arasında yeganə mənəm ki, bunu sübut edən nə video, nə sənəd, nə də şahid var. Vaqif Hüseynovda, Arzu Kazımovda konkret sənədlər var idi, Mirələkbər Seyidovda səhv etmirəmsə, hətta video da vardı. Mən heç özüm də bilmirəm ki, nəyə görə tutulmuşam”.

Daha sonra Gülər Əhmədova bu günlərdə vəkil Elçin Sadıqovun onun barəsində səsləndirdiyi fikrə də münasibət bildirdi. Xatırladaq ki, vəkil sabiq deputatın sifarişi ilə təcridxanada onun müvəkkili Şəmsiyyə Bəylərqızına təzyiq göstərildiyini, övladı ilə görüşünə maneələr yaradıldığını demişdi. Vəkilin sözlərinə görə, Gülər Əhmədova gecələr şəhər gəzintisinə çıxarılması ilə bağlı xəbərlərin yayılmasında Şəmsiyyə Bəylərqızından şübhələnir.

Gülər Əhmədova bu xəbəri təkzib etdi: “Ağ yalandır. Elçin Sadıqov Əvəz Zeynallının vəkili idi. O vaxtdan da mənə qarşı şər-böhtan kampaniyası aparır.Vəkillik karyerasında yüksəlmək istəyir. Kifayət qədər adamlar var ki, mənim adımdan istifadə edib özlərini reklam edirlər. Mənim adımla kim reklam olunmaq istəyirsə, ona uzun ömür, can sağlığı arzulayıram. Mənim gecələr təcridxanadan gəzintiyə çıxmağım mümkün deyil. Orda hətta adamları da kameradan bir-bir çıxarırlar. Dustaqlar bir-birini görə bilmirlər. Əgər mənim adımın keçməsi Şəmsiyyəyə nədəsə kömək edəcəksə, buna etirazım yoxdur. O da bir qadındır, anadır. Mənim ayağım gəzməməkdən tutulub. Bir neçə kvadratmetrlik kamerada nə qədər gəzmək olar ki? Nə ağac görürsən, nə hava görürsən. 7 metrlik quyu kimidir. 3 il cəza alacağımı gözləmirdim. Hər kəs öz günahını yaxşı bilir. Bir daha deyirəm ki, mənim heç bir günahım yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədovanın vəkili 17 vəsatət qaldırıb (Yenlilənib)

    Gülər Əhmədovanın vəkili 17 vəsatət qaldırıb ...

    23-01-2014, 16:54

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək

    Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək ...

    18-11-2013, 13:09

  • 
  • Gülər Əhmədova: “Bir ana kimi yalvarıram...”

    Gülər Əhmədova: “Bir ana kimi yalvarıram...” ...

    30-04-2014, 10:10

  • 
  • Gülər Əhmədovanın şikayətinə bu hakim baxacaq

    Gülər Əhmədovanın şikayətinə bu hakim baxacaq ...

    16-01-2014, 11:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu