Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Respublikaçı Alternativ (ReAl) Hərəkatının təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Virtualaz.org saytı azadliq.org-a istinadən bildirir ki, tədbirdə hərəkatın yaxın perspektiv üçün planları, partiyalaşma və hərəkatın proqramı haqda danışılıb. ReAl Hərəkatının icra katibi Natiq Cəfərli və ReAl-çı Erkin Qədirli çıxışlarında qurumun proqramı barədə ətraflı məlumat veriblər.
Hərəkat üzvlərinin və jurnalistlərin qatıldığı tədbirdə nəzərə çarpan ən maraqlı məqamlardan biri tanınmış reper Anar Nağılbazın da müxalifətdə olan ReAl-çılarla eyni səfi tutmasıdır. Belə ki, son vaxtlar etiraz ruhlu kompozisiyaları ilə gündəmdə olan A.Nağılbaz tədbirdə ön sıralarda olub. Sabiq YAP-çı deputat Rizvan Cəbiyevin oğlu olan A.Nağılbaz atası kimi jurnalist deyil, onun bu sahə ilə peşəkarcasına məşğul olmadığı bəllidir. Deməli, Nağılbaz ora tədbiri işıqlandıran jurnalist kimi getməyib. Bu halda onun müxalif bir qurumun tədbirində ön planda olmasının yalnız bir izahı qalır...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?