Paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsində su borusu partlayıb.
Küçə boyu gölməçələr əmələ gəlib və piyadaların hərəkəti üçün çətinliklər yaranıb.
Mövzu ilə əlaqədar Səbayel rayonu İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev bildirdi ki, hal-hazırda problemin aradan qaldırılması üçün müvafiq işlər görülür:
“Nizami küçəsində su borusu partlayıb, bizim nümayəndə ora gedib, oradakı işlərlə tanış olub. Lakin Nizami küçəsi Nəsimi rayonu ərazisinə aid olduğu üçün biz ora müdaxilə edə bilmirik. Hal-hazırda “Azərsu”-nun Nəsimi rayon üzrə olan nümayəndələri əlavə tədbirlər görərək problemi aradan qaldırmağa çalışırlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?