GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı- Səbuhi Rəhimli yazdı

Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı- Səbuhi Rəhimli yazdı

Tarix: 7-05-2017, 20:51 Bölmə :Bölgə Baxış: 437
Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı- Səbuhi Rəhimli yazdı


Mayın 9-u Kəlbəcər girovu Şahbaz Quliyevin 49 yaşı tamam olur

Dünya həmişə amansız olub, ən azından amansızların əlində zillət çəkib. Tarix boyu görmüşük ki, inləyən insanlığın xilasına çalışanlar azlıq təşkil edib. Onların da əksəriyyəti dövlət başçıları yox, daha çox peyğəmbərlər, övliyalar, iman daşıyıcıları olub. Min illərdir ədalət deyib hayqıranların səsi içlərində qalıb. Azadlıq aşiqləri həm daş zindanlarda, həm də iç zindanlarında əzab çəkiblər. Tarix isə öz sərt üzü ilə davam etməkdədir və bu gün də həmin tarix, həmin durum, həmin aqibətdir. Dünyanın ədalət məhkəməsi ərşə çəkilib, hüquqları qoruyan bütün qurumlar Femida kimi kor olublar, ah-nalələr kip bağlanmış sipərdən o tərəfə keçmir, sanki Allahla insan arasına da sərhəd qoyublar – istəklər dərgaha çatmır. Bu gün uludan ulu yurdumuz Kəlbəcərdə girov götürülən Dilqəmlə Şahbazın durumu da eynidir – haqları tapdanır, sözləri eşidilmir, hüquqları pozulur…

Kəlbəcər girovu Şahbaz Quliyevlə bağlı bütün sirlər açıldı- Səbuhi Rəhimli yazdı


Dilqəm Əsgərov da, Şahbaz Quliyev də, mərhum Həsən Həsənov da tarixə dönmüş insanlardır. Onlar Kəlbəcərə alınlarına şəhid möhürü vuraraq getmişdilər. Yalnız Həsən bu neməti daddı – övladları atasız, xanımı ərsiz, anası oğulsuz, qardaşları qardaşsız, dostları dostsuz qalsa da. Dilqəm və Şahbaz isə şəhid məqamına gedən səadət yolunda qara ruhlu yağının girovuna çevrildilər. Şəhidliyə hazır olan bu igidlər düşmənin işgəncə və təzyiqlərinə “uf” da demədilər. Oyuncaq məhkəmədə də, kameralardakı əzaba da mərdanə dayandılar. İki dəfə onlara müraciət olundu ki, “Dağlıq Qarabağ resbublikasının prezidentinə” əfv ərizəsi yazıb “günahlarını” etiraf etdikləri təqdirdə azad olunacaqlar. Dilqəm bu müraciətə xeyli güldü, Şahbaz isə üç dəfə “Heç vaxt” dedi. Bax, bundan sonra ermənilərin qorxusu başlandı, qarşılarında dəyanətli iki igid gördülər. Dilqəm və Həsən haqqında mətbuatda ayrıca yazılar çox yazmışam. Şahbazdan isə demək olar ki, bəhs etməmişəm. Ömrünün bu 49-cu baharında onun haqqında da düşüncələrimi paylaşmaq istəyirəm. Çünki o, buna layiqdir.

Çoxdan tanıyıram Şahbazı. Təzə evlənmişdi. Körpə bir qızı vardı. Cüssəli, dəliqanlı, qorxmaz və ifrat cəsarətli olsa da, uşaq kimi kövrək ürəyi vardı. Tez-tez redaksiyamıza gələr, mənəvi söhbətlərimizə qulaq asardı. Bəzən qəmli bir əhvalatdan gözləri dolardı. Keçmiş döyüşçü olmuşdu. Ən yaxşı dostlarını da məhz vətənin müdafiəsi zamanı itirmişdi. Haqsızlığa qarşı barışmaz idi. Millətə yönələn hər türlü zalımlığa qarşı dözümsüz olurdu. Nəqliyyat Nazirliyində sürücü işləyən vaxtları idi. Mənə zəng vurdu ki, heç hara getmə, vacib işim var. Gözlədim. Pörtmüş halda içəri girib dedi ki, xəbərin varmı Bakı-Quba yolunun tikintisində ermənilər də işləyir? Əsəbdən əlləri titrəyirdi. Dedim tikinti şirkəti Gürcüstanla şərik qurulub, ola bilsin oranın vətəndaşları olan ermənilərdir, hüquqi cəhətdən qəbahət yoxdur. Qayıtdı ki, nə danışırsan, onlar bizim üstümüzə xoruzlanır, “cəsarətiniz çatmaz bizə bir şey etməyə” deyirlər. Mənə də acıqlanıb “Heç səndən gözləməzdim, səki sən də Qarabağ döyüşçüsüsən, bu nə danışıqdır? Erməni ermənidir. Başımıza o boyda oyun açıblar, üstəlik gəlib burda bizə xox gəlirlər” dedi. Bildirdi ki, bütün bunlardan nazirliyin xəbəri yoxdur, olsa dərhal qovarlar onları. Ertəsi gün müvafiq qurumlara gedib onlara məsələni danışan kimi Şahbazı işdən çıxartdılar. İki-üç gün xəstə kimi gəzdi, özünə yer tapa bilmirdi: “Ayə, gör nə vəziyyətdə yaşayırıq? Kül olub ey başımıza”.

2005-ci ildə Dilqəmlə ilk dəfə Kəlbəcərə gedəndə onun bu emosionallığı ucbatından xəta çıxacağından çox narahat idim. Lakin qayıtdıqdan sonra Dilqəm söylədi ki, Şahbaz məndən də təmkinli davrandı. Sonra zarafatla belə davam etdi: “Yaxşı yoldaşlığı var, amma ac qalanda adamlıqdan çıxır, həm də yol boyu sualları ilə məni lap çərlətdi. Bir də erməninin 30 metrliyində qorxmayan bu adam uzaqdan gələn çaqqal, canavar səsindən üyüdürdü”.

İlk səfərdən sonra Şahbaz dəfələrlə mənə dedi ki, onu televiziyaya çıxarım. Razılaşdıq. Az müddət sonra Kəlbəcərdən bəhs edən videoçəkilişi ANS-ə təqdim edib onu “Nəzər nöqtəsi” verilişinə çıxardıq (Girov düşəndən sonra üç dəfə xahiş etsəm də, ANS o verilişi təkrar vermədi, heç internetdə belə yaymadı – S.R.). Verilişdən öncə az qala yalvarıcı tərzdə Şahbaza dedim ki, danışarkən sözlərinə fikir ver, hərbi sirləri açma, ədəbli danış, sənə milyonlar baxacaq. Demək olar ki, xahişimi eşitdi. Lakin verilişin sonunda dedi ki, Kəlbəcər bom-boşdur, 200 nəfərlə oranı alaram, hətta 5 saat Kəlbəcər şəhərində də qala bilərəm, sadəcə müdafiə nazirinin (Səfər Əbiyev nəzərdə tutulur – red.) qeyrəti olsa, dalımca qüvvə göndərər və biz Kəlbəcəri asanlıqla əldə saxlaya bilərik. Verilişdən dərhal sonra Şahbazı həbs etdilər, daha doğrusu oğurladılar. Bir neçə gün ağır işgəncə verdilər.

1998-ci ildə Dilqəm də ilk səfərdən qayıdanda belə hal olmuşdu. Ona demişdilər sərhədi niyə keçmisən? O da cavab vermişdi ki, hansı sərhədi, mən öz rayonumuza getmişdim, Ermənistana yox. Sonra ona psixoloji təzyiq göstərib demişdilər ki, Kəlbəcərdən gətirdiyin qızılları qoy ortaya, hətta evində axtarış da aparmışdılar. Bundan da bir şey çıxmadığını görüb “Kəlbəcərə-filana getməmisən, göstərdiyin bu şəkillər də saxtadır” demişdilər. Məhz videokamera əldə etmək üçün Dilqəm də Tümenə işləməyə getmişdi ki, pul toplasın. Neçə illər sonra istəyinə çatmış və Şahbazla müntəzəm səfərlərə başlamışdı. Bu igidlərin Kəlbəcər səfəri heç vaxt asan olmurdu. Çox məşəqqətlərdən keçirdilər, çox əziyyət görürdülər, günlərlə ac qalıb yemlik və dağ çiyələyinin ümidinə qalırdılar. Hətta bir dəfə erməni əsgərlərinin diqqətini çəkib qaçmağa da məcbur olmuşdular. Dilqəm qarın nahiyəsindən güllə yarası almışdı. Şahbaz 40 km-dən də artıq məsafəni çiynində daşımalı olmuşdu dostunu. Bu səbəbdən hətta növbəti yayı səfalı məkana gedə bilməmişdilər. Ermənilər hər yay Kəlbəcərə gedən yolları nəzarətə götürürdülər, bütün cığırlara diqqət edirdilər ki, bu yurd sevdalılarını tuta bilsinlər. Lakin onlardan gec – təmas xəttini keçəndən sonra xəbər tuturdular. Hər yay pusquda dururdular, hər yay.

Və 2014-cü ilin yayında nəhayət ki, yağılar istəyinə çatdı. Tutdular onları, Həsəni isə amansızcasına qətlə yetirdilər. İlk dəfə Şahbaz Quliyevin ermənilər tərəfindən həbs olunmuş şəklini internetdə görəndə sanki dilim tutuldu. Üç nəfər olduqlarını bilirdim. “Elə isə digərləri hanı” düşüncəsi məni rahat buraxmırdı. Təxminən bir həftə özümə yer tapa bilmədim. Nəhayətdə hamınız bildiyiniz məlumatı mən də öyrəndim. Həsənə təəssüfləndim, acıdım. 20 illik fasilədən sonra Kəlbəcər torpağında ilk şəhidimiz oldu Həsən. İndi Dilqəm kimi Şahbaz da doğma Şuşamızın həbsxanasında zillət çəkir. Hər ikisi xəstədir. Dilqəmin hətta yeriməkdə çətinliyi yaranıb. Şahbaz isə o qədər ağır durumdadır ki, iki dəfə cərrahi əməliyyata məruz qalıb. Yalnız məktub daşımaqla məşğul olan Beynəlxalq Qırmızı Xaç Təşkilatı da son günlər onların xəstəxanaya yerləşdirilməsini etiraf etməli olub.

Şahbazın yolunu bir ana gözləyir – Sənəm ana! Girovlarımız haqqında çəkdiyimiz “Dünya susmasın!” filmində ondan müsahibə alarkən ürəyim parçalandı. Çünki oğlunun Rusiyada olduğunu güman edən bu qadın bütün həqiqətlərdən xəbərsizdir. Şahbaz girov götürüləndən sonra hər gün yuxusunu qarışdıran ana deyib ki, məni aldatmayın, yuxuda onun türmədə olduğunu görürəm. Ürəyi xəstə olan Sənəm xalaya deyirlər ki, bir rusu bərk döydüyünə görə iki il iş veriblər. Ötən ilin noyabrında isə məlum “iki il” başa çatdı. İndi bu qadın gecə-gündüz ailə üzvlərinə suallar yağdırır, oğlunu soraqlayır. Soraq isə gəlmir: nə rəsmi orqanlardan, nə beynəlxalq təşkilatlardan, nə də az qala hər yay Şuşaya gedən Rusiyadakı səfirimiz Polad Bülbüloğludan… Sözardı: Dilqəm Əsgərovun atasını itirdik. Şahbazın anasını isə yaşatmalıyıq. Ona görə yaşatmalıyıq ki, bütün Azərbaycan bu ananı aldadıb, oğlunun durumunu bilmir. Əgər Allah eləməmiş, Şahbaza bir şey olsa, bu ana bizi heç vaxt bağışlamayacaq. Anaya nəsə olsa, yenə də ruhu bizi əfv etməyəcək. Gərək ikisi də yaşasın – bir-birinə qovuşmaq üçün yaşasın...

Səbuhi RƏHİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Girovların yeni Kəlbəcər fotoları

    Girovların yeni Kəlbəcər fotoları ...

    21-07-2014, 13:18

  • 
  • YAP-çı deputat Şahbaz Quliyevin evində - (Foto)

    YAP-çı deputat Şahbaz Quliyevin evində - (Foto) ...

    31-10-2014, 15:24

  • 
  • Kəlbəcər girovlarının əsirlikdəki fotoları

    Kəlbəcər girovlarının əsirlikdəki fotoları ...

    18-09-2014, 15:51

  • 
  • Dilqəm və Şahbazın saxlanıldığı həbsxanadan görüntülər (VİDEO, FOTO)

    Dilqəm və Şahbazın saxlanıldığı həbsxanadan ...

    20-11-2015, 01:11

  • 
  • Kəlbəcər əsirinin qızı: "Atam qayıtsın, deyəcəyəm ki..." - (Video)

    Kəlbəcər əsirinin qızı: "Atam qayıtsın, ...

    24-10-2014, 10:40


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu