GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Gəlinini başqası ilə SEVİŞƏRKƏN TUTDU - Xaçmazda qayınatadan QANDONDURAN HƏRƏKƏT

Gəlinini başqası ilə SEVİŞƏRKƏN TUTDU - Xaçmazda qayınatadan QANDONDURAN HƏRƏKƏT

Tarix: 14-06-2017, 18:24 Bölmə :Bölgə Baxış: 676
Gəlinini başqası ilə SEVİŞƏRKƏN TUTDU - Xaçmazda qayınatadan QANDONDURAN HƏRƏKƏT


Gəlinini öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, qətl hadisəsi ötən ilin iyulun 21-də Xaçmaz rayonun Uzunoba kəndində baş verib. Kənd sakini Məlikməmməd Adgözəlov gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən Məlikməmməd Adgözəlov saxlanılıb.
“Gəlinim əxlaqsız hərəkətlərə yol verib”
Məlikməmməd Adgözəlov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxs bildirib ki, Xaçmaz rayonu, Uzunoba kəndindəki evində arvadı Nərminə Adgözəlova, oğlu Elsevər Adgözəlov, gəlini Samirə Adgözəlova və azyaşlı nəvələri ilə birgə yaşayıb: “Mərhum gəlinim Rəmziyyə Abdurahmanova da bizimlə birgə yaşayıb. Oğlum Elsevər 2001-ci ildə Rəmziyə ilə evlənib və həmin evlilikdən onların üç övladı olub. Rəmziyə əxlaqsız hərəkətlərə yol verdiyi üçün Elsevərlə aralarında münaqişə başlayıb”.
“Gəlinim kişilərlə görüşmək üçün evdən çıxıb”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2009-cu ildə oğlu Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə yaxın münasibətdə olduğu zaman tutub və bu səbəbdən onlar boşanıb: “Boşanmadan sonra Xaçmaz rayon Məhkəməsi Rəmziyyəyə uşaqlarının körpə olması ilə əlaqədar evimdə yaşamaq üçün otaq ayrılmasına qərar verib. Bundan sonra Rəmziyyə evimdə ayrı otaqda qalmağa başlayıb. Yenə də gəlinim öz əxlaqsız hərəkətlərindən əl çəkməyərək, əksinə daha sərbəst şəkildə hər gün başqa kişilərlə görüşmək üçün evdən çıxıb və gecə saatlarında geri qayıdıb. Dəfələrlə Rəmziyyəni bu pis yoldan çəkindirməyə çalışmışam. Lakin o, mənə əcəb etdiyini deyib”.
“Nəvələrimə analarının əxlaqsız olduğunu deyiblər”
Məlikməmməd Adgözəlov qeyd edib ki, Rəmziyyənin pozğun həyat tərzi sürməsi artıq bütün kəndə bəlli olub: “Rəmziyyənin uşaqları məktəbə gedəndə məktəbdəki şagirdlər onları lağa qoyub, analarının əxlaqsız olduğunu deyiblər. Oğlum Elsevər Rəmziyyənin fahişəlik etdiyi üçün bir neçə dəfə Xaçmaz rayon polis şöbəsinə ərizə ilə müraciət edib və Rəmziyyə barəsində tədbir görülməsini istəyib. Lakin bunun nəticəsi olmayıb”.
“Mənə “evində fahişə saxlayan, tez ol aç qapını” dedi”
Təqsirləndirilən şəxs bildirib ki, iyulun 21-də, saat 8 radələrində Rəmziyyə və Elsevər aralarında olan mülki mübahisə ilə əlaqədar Xaçmaz rayon Məhkəməsinə gedib, saat 15 radələrində Elsevər saat 22 radələrində isə Rəmziyyə taksi ilə evə qayıdıb: “Rəmziyyə evin darvazasını çöl tərəfdən bərkdən döyməyə başladı. Mən isə həmin vaxtı yaba ilə mal-qara üçün ot qoyurdum. Əlimdə yaba ilə darvazanı açmağa gedən zaman Rəmziyyə darvazanı çöl tərəfdən zorla itələməyə başladı. Mən isə darvazaya yaxınlaşaraq uca səslə “dayan, qapını açıram” dedim. Rəmziyyə darvazanın arxasından mənə “evində fahişə saxlayan, tez ol aç qapını” dedi. Darvazanı açaraq Rəmziyyədən nə üçün məni söydüyünü soruşdum. Rəmziyyə yenə də məni təhqir edərək “sən fahişə saxlayansan” ifadəsini işlətdi. O, nalayiq söyüşlərini davam etdirdi”.
“Söyə-söyə darvazadan çölə çıxdı”
Məlikməmməd Adgözəlovun ifadəsinə görə, Rəmziyyənin bu söyüşlərindən qəzəblənib və əlindəki yaba ilə bir dəfə yuxarıdan-aşağı istiqamətdə Rəmziyyənin baş nahiyəsindən vurub: “Rəmziyyə isə zərbədən sonra arxaya büdrəyərək dəmir çəpərə söykəndi və qaçaraq söyə-söyə darvazadan çölə çıxdı. Sonra isə Rəmziyyənin arxasınca qaçaraq evimizin qarşısındakı küçədə əlimdəki yaba ilə ikinci dəfə başından vurdum. Lakin Rəmziyyə qaçmağa davam etdi. İşıq dirəyinin altında ona çataraq üçüncü dəfə yaba ilə yuxarıdan-aşağı istiqamətdə baş nahiyəsindən vurdum. Zərbədən əlimdəki yaba iki hissəyə bölündü. Rəmziyə isə həmin zərbənin təsirindən yerə yıxıldı. Əlimdəki yabanı yerə ataraq iki əlimlə onu boyun nahiyəsindən tutaraq iki dəqiqə ərzində boğmağa başladım və sonda onun hərəkət etmədiyini gördüm. Bundan sonra evimə gələrək əynimdəki qana bulaşmış köynəyimi, şalvarımı və bir cüt çəkələyi soyunaraq başqa paltar geyindim. Qana bulaşmış əl-qolumu yudum və yenidən küçəyə çıxdım. Bundan sonra qonşular sahə müvəkkilinə xəbər verdi. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Məni həbs edərək polis şöbəsinə apardılar”.
“Kürəkənim başqa arvad gətirdi”
Zərərçəkmiş şəxsin hüquqi varisi Qabil Abdurəhmanovun sözlərinə görə, mərhum Rəmziyyə onun qızıdır: “2001-ci ildə Rəmziyyə Xaçmaz rayonunun, Uzunoba kənd sakini Elsevər Adgözəlov ilə ailə həyatı qurub, həmin evlilikdən onların 3 övladları olub. Rəmziyyə ilə Elsevərin evliliklərinin ilk günlərində yaxşı münasibətdə olsalar da, 2009-cu ildə Rəmziyyə və Elsevərin arasında söz-söhbət yaranıb. Bunun üçün Elsevər Xaçmaz rayon Məhkəməsinə boşanma ərizəsi verib. Sonra onlar boşanıblar. Rəmziyyə boşandıqdan sonra 3 azyaşlı uşağa kimin baxacağı məsələsi ortaya çıxıb.
Məhkəmə qərara gəlib ki, 3 azyaşlı uşaqların qayğısına qalmaq üçün Rəmziyyəyə həmin evdə yaşayış üçün yer ayrılsın. Buna oğlan tərəfi də etiraz etməyib. Evin bir küncündə Rəmziyyə və uşaqların yaşaması üçün bir otaq ayırılıb. Bundan sonra Elsevər işləmək üçün Rusiyaya gedib və oradan qayıdanda özü ilə Samirə adlı arvad gətirib, yeni gəlin də həmin evdə məskunlaşıb”.
“Qızımın barmağının da sındırıblar”
Qabil Abdurəhmanov qeyd edib ki, bundan sonra Rəmziyyə ilə Elsevərgilin arasında münaqişələr başlayıb: “2013-cü ildə Samirə, Nərminə və Elsevər Rəmziyyəni evdə təkləyərək döyüb və əl barmağını sındırıblar. Bununla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma olub. Nəticədə Xaçmaz rayon Məhkəməsi tərəfindən Elsevər və Nərminiyə cərimə cəzası təyin edilib. Sonra bir müddət Rəmziyyə ilə Elsevərgilin arasında münasibət normallaşıb və dava-dalaş olmayıb”.
Öldürülən qadının atasının sözlərinə görə, 2016-cı ilin yanvar ayında Rəmziyyə onlara qonaq gələn zaman onun əlinin gipsdə olduğunu görüb: “Qızımdan nə baş verdiyini soruşdum. O, evdə paltar asarkən yerin buzlu olmasından sürüşərək barmağını sındırdığını dedi. Uşaqları həmin günü Rəmziyyənin Samirə ilə dava eləməsini bildirdilər. 2016-cı ilin iyun ayının ortalarında Elsevər aylardı aliment ödəmədiyi üçün Rəmziyyə məhkəməyə şikayət ərizəsi verdi. Elsevər isə onun arxasınca məhkəməyə ərizə ilə müraciət edərək alimentin dayandırılmasını xahiş etdi. Sonra Rəmziyyədən də könüllü olaraq alimentdən imtina ərizəsini yazmasını istədi. Lakin Rəmziyə razılıq vermədi”.
“Dedi ki, görərsən başına nə oyun açacam”
Qabil Abdurəhmanov qeyd edib ki, iyunun 21-də, saat 12-da Rəmziyyənin ərizəsi üzrə Xaçmaz rayon Məhkəməsində işə baxılıb: “Həmin baxışda Elsevərlə Rəmziyə iştirak edib. Məhkəmə Rəmziyyənin xeyrinə aliment ödənilməsi haqqında qərar çıxarıb. Məhkəmə prosesindən sonra Elsevər Rəmziyyəni hədələyərək “sən indi evə gələrsən, görərsən başına nə oyun açacam”, ifadəsini işlədib. Bundan sonra Rəmziyyə oğlu Muradla birgə taksi ilə Xaçmaz şəhərində yaşayan bacısı Nazirə Nəzirovanın evinə qonaq gedib. Həmin günü saat 21 radələrində arvadım ilə birlikdə qızım Nazirəgilə yollandıq. Bu zaman Nazirə bizim gəlişimizdən bir dəqiqə əvvəl Rəmziyyə və Muradın evdən çıxmasını dedi. Rəmziyyə və Murad qohumumuz Tacəddin Qurbanovun avtomaşını ilə evlərinə getdiyini bildirdilər”.
“Bildirdilər ki, qızımı qayınatası qətlə yetirib”
Qabil Abdurəhmanov bildirib ki, növbəti gün səhər saat 08 radələrində oğlu Habil Rəmziyyənin yaba ilə vurulduğunu və hazırda Xaçmaz rayon Mərkəzi Xəstəxanasında olduğunu dedi: “Bunu eşidəndən sonra dərhal xəstəxanaya getdik. Artıq orada məlum oldu ki, Rəmziyyə keçmiş qayınatası Məlikməmməd Adgözəlov tərəfindən qətlə yetirilib. Fikrimcə, Rəmziyyə Elsevərdən övladlarının saxlanılması üçün aliment tələb etdiyi üçün və məhkəmənin də Rəmziyyənin xeyrinə qərar çıxardığı üçün qətl hadisəsi törədilib”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məlikməmməd Adgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Məlikməmməd Adgözəlov apelyasiya şikayəti verib.
O, əməlinin Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş edib.
Məlikməmməd Adgözəlovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Məlikməmməd Adgözəlovun apelyasiya şikayəti qismən təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Məhkəmənin hökmü ilə Məlikməmməd Adgözəlov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Zeynal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəlinini amansızlıqla öldürən 84 yaşlı kişinin məhkəməsi oldu

    Gəlinini amansızlıqla öldürən 84 yaşlı kişinin ...

    16-01-2016, 12:37

  • 
  • Əmisi oğlunu öldürdü, 12 il cəza aldı

    Əmisi oğlunu öldürdü, 12 il cəza aldı ...

    29-09-2016, 16:19

  • 
  • Bakıda kişi arvadını və gəlinini öldürüb

    Bakıda kişi arvadını və gəlinini öldürüb ...

    27-06-2013, 12:30

  • 
  • Qardaşını öldürənə hökm oxundu

    Qardaşını öldürənə hökm oxundu ...

    24-01-2017, 12:01

  • 
  • Qardaşını öldürən məhkəmə qarşısında

    Qardaşını öldürən məhkəmə qarşısında ...

    22-04-2016, 00:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu