GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Saatlının “qara niyyətli atlılar”ı

Saatlının “qara niyyətli atlılar”ı

Tarix: 23-05-2016, 17:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Saatlının “qara niyyətli atlılar”ı

Mərdliyin əzildiyi bu rayonda, qorxaq və saxtakarlar meydan sulamaqdadır
Minbir əzab-əziyyətlə müstəqillik əldə etdik. Nə qazandıq? Belə demək mümkünsə heçnə! Çünki, vəzifə başına Vətən sevgisi, torpağa bağlılıq hissi olmayan, xalq təəssübü çəkməyən, pula “sıtayiş edən” hazırın-naziri olan kəslər gəldilər. Yaxşı xatirimdədir ki, birinci Qarabağ savaşı dönəmində doğulub-boya başa çatdığım Saatlıda nələri görmüşəm. Kabus təki dolanan və hər kəsə hakim kəsilən müharibə qorxusu, insanları nəyə desən əl atmağa vadar edirdi.
Baş verənləri gördükcə o halda düşündüm ki, yəni bu qədər də rəzalət olarmı? İndi həmin kəslər heç bir vicdan hissi keçirmədən, hətta özlərindən razı halda rayonda at oynadıb meydan sulayırlar. İstədiklərinə sahiblənənlər, bu gün Saatlının ictimai və siyasi həyatı üçün, sanki qara ləkədirlər. Hər an kişilikdən dəm vurub özlərini qəhrəman kimi göstərənlərin cibləri dolu, qarınları tox olduğu üçün, onların təsir imkanları da genişdir. Bu da ümümilikdə, ictimai şüurda Keçəl Həmzə və Şeyx Nəsirulla kimilərin formalaşmasına səbəb olur. Bəli, acı da olsa bu bir daha danılmaz faktdır. Yaşadığım bu məmləkətdə gördüklərim, eşitdiklərim, qarşılaşdığım haqsızlıqlar artıq məni iyrəndirib. Axı, nə qədər yalan danışmaq olar? Nəysə, bu yaxınlarda tanışlarımdan biri ilə çayxanada oturub dərləşirdik. Onu da deyim ki, həmin tanışım müstəqilliyimizin əldə olunmasından tutmuş, birinci Qarabağ müharibəsi də daxil olmaqla, əzab-əziyyətli yollar keçənlərdən biri olub. O, söhbət əsnasında dərindən ah çəkərək bildirdi ki, onu işlədiyi mərkəzi rayon xəstəxanasından çıxardıblar. Doğrusu bu məni çox məyus etdi. Çünki o, hər ay aldığı 92 AZN-lə, birtəhər ailəsini dolandırırdı. Digərlərindən fərqli olaraq həmin tanışımın, təkqat kərpicdən tikilmiş bir otaqlı komasından başqa heç nəyi yox idi. Aldığı qəpik-quruş maaşına da, xəstəxanın Rəfail adlı baş müasibin təbirincə desək, onu da Əlİağa və Kamran kimilər, ona çox gördülər. Görəsən Əlİağa Qurbanov kimdir? Onunla şəxsi tanışlığım olamasa da, onu bilirəm ki, 62 saylı seçki dairəsindən deputat mandatı almış Əflatun Amaşovun Saatlıda qeyri-rəsmi nümayəndəsidir. Allah-Təala dünyasını dəyişənlərin hər birinə rəhmət eləsin! Şəxsən icra başçısı Siraqəddin Cabbarovun sayəsində tanıdığım Əflatun Amaşov, seçkiyə qatılana qədər bir dəfə də olsun Saatlıda olmayıb. Belə bir səbəblər üzündən də, media nümayəndələrindən başqa bir kimsə onu rayonda tanımır.
Faciəli hal odur ki, hal-hazırda sadə sakinlərin çoxu Saatlıdan deputat mandatı almış şəxsin kimliyindən belə xəbərsizdirlər. Bunu Əlağa və Kamran çütlüyü də bilməmiş deyillər. Əlağa Qurbanovun özü seçki şousunun bilavasitə aparıcısı olduğu halda, durub indi gah nala, gah da mıxa vurur. O, hətta onu da bilmir ki, Əflatun Amaşov Bakı şəhərində yaşayan yaxın bir adamını yaşadığı ünvandan qeydiyyatdan çıxararaq, Saatlının H.B.Zərdabi küçəsində qeydiyyata saldırıb və onu özünə köməkçi də götürüb. Əliağa Qurbanovun da küskünlüyü məhs bu imiş.
Bu gün Əliağa Qurbanovun nə Siraqqədin Cabbarovdan, nədə ki İlham Quliyevdən narazı olmağa haqqı yoxdur. Ona görə ki, 2008-ci ildən bu günə kimi nə əldə edibsə hamısı onların xeyr-duası ilə əldə edib. Adam heç vaxt verdiyini deməz, aldığını da danmaz. Ay Əliağa Qurbanov, sizi hərbi komissarlığın 4-cü şöbəsinə kim vermişdi? O halda bir deyin görüm sizi icra hakimiyyətinin mətbuat xidməti vəzifəsinə kim təyin etdi? Orada da bir qərar tuta bilmədin. Hal-hazırda işlədiyin “Dönüş” qəzetinin baş redaktor müavinliyinə, Müharibə və Əmək Vetiranları Birliyi rayon şöbəsinin sədri “post”una görə də yalnız Siraqəddin Cabbarova, İlham Quliyevə və bir də YAPın rayon təşkilatının sədri Lütvəli Şıxəlıyevə minnətdar olmalısan. Əliağa Qurbanovun hələ başqa qazanc mənbələrini demirəm. Bir əldə neçə qarpız tutmaq olar? Adamın çörəyi dizinin üstündə olmaz! Axı, ay Əliağa sən elə fikirləşirsən ki, rayonda hamı sənə itaət edir? Qarşında da baş əyməlidirlər? Hansı xidmətlərinə görə? Şəkər xəstəsi kimi qeydiyyatda olduğun mərkəzi rayon xəstəxanasında baş həkim Ələkbər Məmmədov tərəfindən şəxsən sənə olunan köməklik heç kimə olmayıb. Aşığın sözü qurtaranda nə edər? İndi sən də durub Mansur Mehdiyevi rayonun səlahiyyətlisi kimi təqdim edirsən və onun haqqında qərəzli sözlər danışırsan. Ali məktəbi necə qurtarıb, diplomu necə alıb. Axı, bunun mətləbə nə aidiyyəti var? Mansur məgər sənin çörəyni alıb, (necə ki, sən tanışımın iki körpəsinin çörəyni aldın) suyunu kəsib? Mansur Mehdiyev sadəcə olaraq siradan bir mətbuat yayım şöbəsinin rəhbəridir. Tanıdığım qədər də gözəl təşkilatçı, idarəçilikdə nizam-intizama diqqət yetirən, məqsədi, amalı və ən əsası isə, öz yolunu bilən şəxsdir. İnsan üçün bu ən başlıca xüsusiyyətdir, ay Əliağa! Kor tutduğunu buraxmadığı kimi, sən də yapışmısan diplom və titulardan. Axı sənin bu diplomun və sadaladığın titullar kimə lazımdır?. Allah rəhmət eləsin, məgər Çingiz Mustafayevin titulları var idimi? Mərdliyi və vətənpərvərliyi ilə özünü təsdiq etdi. Bəs siz necə? Tanışımın iki il əvvəl “Kapital Bank”dan götürdüyü 1500 AZN kredit borcunu kim ödəyəcək? Bəlkə siz? Siz bilməsəniz də, rayonda hər kəs bilir ki, Müharibə və Əmək Veteranları Birliyinin yerli şöbəsinin sədrliyinə şəxsən siz layiq deyilsiniz. Eləcə də sizin baş idarənin rəhbəri Dadaş Rzayev də, həmçinin hansı ki, 1992-ci ildə tabeçiliyinizdə olan 30 yaxin hərbi texnikanı və 500–dən çoxdan canlı qüvvə olmaqla, Əsgəran istiqamətində 20 nəfər döyüşçünü köməksiz qoyub qaçdı. Bu yaxın tarixdiR. Canlı şahidlər də öz yerində. Başqaları kimi sizing də axı qaranlıq keçmişiniz var. Ay Əliağa.

İlham Hüseynov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Biz kimik, hara gedirik?

    Biz kimik, hara gedirik? ...

    13-09-2017, 18:05

  • 
  • SABİRABADIN "QARA NİYYƏTLİ QARA ATLILARI"

    SABİRABADIN "QARA NİYYƏTLİ QARA ...

    4-08-2018, 15:27

  • 
  • ŞOK XƏBƏR - Saatlıda liseyin direktoru vəzifəsi 30 min manata satılır

    ŞOK XƏBƏR - Saatlıda liseyin direktoru vəzifəsi ...

    30-11-2015, 18:18

  • 
  • Saatlının qara niyyətli qara məmurları

    Saatlının qara niyyətli qara məmurları ...

    11-09-2015, 16:04

  • 
  • Saatlının “qara niyyətli qara atlıları”

    Saatlının “qara niyyətli qara atlıları” ...

    10-10-2017, 13:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu