Yanvarın 9-da Masallı rayonunun Şərəfə kənd (Bakıdan 236 kilometr cənub) sakini Raqif Zeynalovun özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Amerikanın Səsinə Masallı rayon Prokurorluğundan bildiriblər.
R. Zeynalov yanvarın 9-da Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq benzin tökərək özünü yandırıb. Zeynalov ağır vəziyyətdə Bakıya çatdırlıb və Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Yerli mənbələrin dediyinə görə, R.Zeynalov banka borclu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmənin qərarı ilə onun aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz olaraq özünü yandırıb.
Öz növbəsində, Respublika Yanıq Mərkəzindən Amerikanın Səsinə bildiriblər ki, Raqif Zeynalov reanimasiya şöbəsionə yerləşdirilib. “Onun durumu çox ağırdır”, Yanıq Mərkəzindən bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?