Dünən şəhid anasi İradə Məmmədova ilə birlikdə Prezident Adminstrasiyasında olduq.
Belə ki, qəbula düşən ailə oğlunun qatillərinin cəzalandırılmasını, şikayətlərinin Milli Təhlükəsizlik Nazirliyinə göndərilməsini xahiş etmişdir. Lakin ona söz verilməsinə baxmayaraq şikayəti heç yerə göndərilməmişdir. Nəticəni görməyən ana yenidən qəbula düşmüş , müraciətinin nəticəsini tələb etmişdir.
Məhərrəm Əliyev qadına "Mənim səlahiyyətim yoxdur" deməklə qadını başından etmək istədikdə , qadın ""səlahiyyətin yoxdur"sözünü yaz ver mənə dedi. Söz kağiza tikilmir. M.Əliyev "onu burdan götürün" komandasını verdi. Mühafizəçilər qadını sürüyərək otaqdan çıxarmaq istədikdə şəhidin atasi Rafiq İbayev arvadını onların əlindən almaq istədi. Lakin onu da vurdular və əlbəyaxa zamanı pencəyini də cırdılar.Bundan sonra 9-cu bölmənin polisləri qadını döyüb sürükləyərək maşına otuzdurub bölməyə apardılar.
Hüquq müdafiəçisi Z .Məmmədova hadisə yerinə özünü yetirib, qəbula düşüb sözünü demək istəsə də onlar bunu qəzələ redd etdilər. Qeyd edim ki,biz Polis bölməsinə gələndə artıq arxamızca adam salmışdılar. Biz izlənilirdik. Bizi əvvəlcə sarı pencəkli biri, sonra isə dövlət seriya nömrəli Mersedes markalı maşın izləyirdi. Bir neçə saat qadını bölmədə saxladıqdan sonra sərbəst buraxdılar. Şəhid anası İ.Məmmədovaya susması muqabilində 100.min pul təklif olunub. Şəhid anasi bu təklifi qebul etmədiyinə görə və susdurulmaq üçün döydürüldüyünü bildirir.
Qeyd edim ki,bu cinayəti hər vasitə ilə ört-basdir etməyə çalışırlar.Belə ki, əsgərin ölümünü araşdırdığımıza görə Hüquq müdafiəçisi Z.Məmmədovə mən dəfələrlə təzyiqlə üzləşmişik. Belə ki,Hərbi Prokurorluğun qarşısında çəkiliş apararkən döyülərək telefonumuz əlimizdən alınıb, telefonlarımız dinlənilir, naməlum şəxslər tərəfindən izlənilirik. Ekskumaziyadan sonra isə qidamiza zəhər qataraq bizi aradan götürməyə cəhd etdilər. Azərbaycanın orqan transplantasiyasında adı çoxdan hallanır. Bu böyük bir cinayətkar dəstədir. Bu işdə marağı olan kəslər onları ittiham edən tərəfi susdurmaq, cinayetlərini ört-basdır etmək üçün növbəti cinayət törətməkdən çəkinmirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?