“Zəlzələ nəticəsində köhnə tikintilərdə çatlar əmələ gəlib, indiyədək təqribən 40-a yaxın evdə belə çatlar müəyyən edilib. Zəlzələnin mərkəzi Lerikdə (Bakıdan 329 kilometr cənub) olduğu üçün yerlərdən məlumatlar daxil olmaqdadır, bunun sayının artacağı da istisna deyil”. Bu barədə Lerik Raon İcra Hakimiyyətinin şöbə müdiri Habil Məlikov bildirib.
H.Məlikovun sözlərinə görə, zəlzələ nəticəsində insan tələfatı və dağıntı olmayıb.
Avqustun 28-də Lerik rayon ərazisində 15 kilometr dərinlikdə, 5.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ Lənkəran rayonunda da 5.1 bal gücündə hiss edilib. Qalan ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?