Gundemxeber.az » Ölkə » Bölgə » “Qışın bu soyuğunda küçəyə qovulmuş azərbaycanlı qadın kimi xahiş edirəm…” – QAYNI EVDƏN QOVAN QADINDAN PREZİDENTƏ MÜRACİƏT
“Qışın bu soyuğunda küçəyə qovulmuş azərbaycanlı qadın kimi xahiş edirəm…” – QAYNI EVDƏN QOVAN QADINDAN PREZİDENTƏ MÜRACİƏT
Qusar rayonunun Urva kəndində yaşayan Yahyayeva Seda Vahiddin qızı tərəfindən şikayət məktubu daxil olmuşdur. GundemXeber.Az bildirir ki, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Həyat yoldaşım Vahid Yahyayev xəstəliyi ilə əlaqədar 03 mart 2009-cu ildə vəfat etmişdir. Vahidin vəfatından sonra iki azyaşlı uşaqla birlikdə 10 iyun 2017-ci ilədək ailə qurduğum bu evdə yaşadım. Lakin qaynım hesab edilən Zahid Yahyayev özünün evdə tək yaşamaq istədiyini bildirərək, gecə məni uşaqlarla birlikdə zorakılıqla evdən qovmuşdur. Xatırladım ki, hər iki əkiz qardaşın Vahid və Zahidin ailələrinin yaşadığı bu ev və həyətyanı torpaq sahəsi qaynatam Xeyirbəyin şəxsi mülkiyyətində olmuşdur. Qaynatam Xeyirbəy Vahiddən 2 il öncə vəfat etmiş və ərim Vahid faktiki olaraq vərəsə kimi miras qalmış əmlakı qəbul edərək, ailəsilə həmin evdə yaşamağını davam etdirmişdir. Çox təəssüflər olsun ki, Vahidin ölümündən sonra Zahid Yahyayev miras qalmış evi və həyətyanı torpaq sahəsini Vahidin ailə üzvlərinin siyahısına daxil etmədən, miras əmlakı vərəsəlik qaydasında bizim razılığımız olmadan gizli olaraq öz adına keçirmişdir. Buna görə də tərəfimdən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və ona əsasən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbim Qusar rayon məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsi əsasında təmin edilmişdir. Mübahisəli mənzildə 7 nəfər vərəsənin hər birinə 7/1 hissədə payları müəyyən edilmişdir. Elə mənə də evin 7/1 hissəsinə hüquqi sahib kimi 05.09.2018-ci il tarixli, 281809153 qeydiyyat nömrəsi olan, RX seriyalı 1352578 N-li çıxarış verilmişdir. Cavabdeh Zahidə də mübahisəli mənzilə 7/1 hissə mülkiyyət payı tanınaraq həmin çıxarışda adı qeyd edilmişdir. Mənim 17 il ailəmlə birlikdə yaşadığım evdən qaynım Zahid tərəfindən zorakılıqla qovulmağımdan sonra Qusar rayon Məhkəməsinə verdiyim “Evə və torpaq sahəsinə istifadə hüququmun tanınmaqla uşqalarla birlikdə həmin evə köçürülmə” tələbim barədə ərizəm 04 oktyabr 2017-ci il tarixində təmin edilmişdir. Sonradan cavabdeh tərəfindən verilən apellyasiya və kassasiya şikatətləri də təmin edilməmiş və mənim tələbim Ali Məhkəmənin sədrlik edən hakimi Qəhrəman Allahverdiyevin 05.06.2018-ci il tarixli, iş N-2(102)-3770/18 saylı qərarla qüvvəsində saxlanılaraq icra olunması üçün Qusar rayon İcra şöbəsinə göndərilmişdir. Lakin çox təəssüflər olsun ki, Qusar rayon İcra Şöbəsinin müdiri Elnur 6 ay vaxt keçməsinə baxmayaraq, Ali Məhkəmənin qərarını icra etmdirmək istəmir və açıq-aşkar mənə bildirir ki, “get hara istəyirsən şikayət et, siz məni bu işə qoymusunuz ki, çıxara da biləsiniz? Heç kimdən qorxmuram, icra da etmirəm”. O, dəfələrlə mənə qarşı kobud rəftar etmiş, ağzına gələni demişdir. İcra məmurunun belə harınlığının səbəbini öyrəndikdə mənə bu davranışın motivləri mənə məlum olmuşdur. Belə ki, iş üzrə cavabdeh olmuş Zahid Yəhyayevin arvadının qardaşı Fuad Qusar rayon Məhkəməsinin sədri Adil Vəliyevin sürücüsüdür. Və İcra məmuru Elnurun arvadı da Fuadın qohumu olduğu üçün onun tərəfindən vaxtilə məhkəmənin əvvəlki sədri Telman Quliyevin dövründə sürücü Fuadın xahişilə məhkəmədə kargüzarlıq işinə qəbul edilmişdir. Yəni icra məmuru Elnur arvad qohumu olan sürücü Fuadın sözündən çıxa bilmədiyi üçün Ali Məhkəmənin qərarını icra etməkdən açıq-aşkar imtina edir. Hələ iş bunula bitmir. Məhkəmə sədrinin sürücüsü olan Fuadın digər qohumu Hümmət də onun köməkliyilə Qusar rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun köməkçisi işinə düzəlmişdir. Yenə də sürücünün sədrə xahişi əsasında. Və son il yarımda Fuad hakim köməkçisi işləyən Hümmətin köməkliyi sayəsində bacısının əri Zahid üçün apellyasiya, kassasiya şikayətləri yazmaqda köməklik göstərir. Və bu gün də, yəni 24 dekabr 2018-ci ildə işi uzatmaq üçün yenidən Zahidin mübahisəli “mənzilə 7/6 payına sahib olması və mənim təzminat ödənilməklə evdən çıxarılmağım “ barədə Qusar rayon məhkəməsinə yenidən iddia qaldırıb, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarını belə süni yolla icra etmək istəmirlər. Bu dəfə işə baxan hakim Kazımov Rafiq hakim Adil Vəliyev sürücüsü Fuadın və onun qohumu olan və köməkçisi Hümmətin xahişini yerinə yetirərək iddialarını təmin etmək istəmişdir. Belə ki, hakim R.Kazımov öz köməkçisi Hümmətin qohumu Z.Yahyayevin xeyrinə mənə cəmi 6500 manat təzminat ödənilməklə evdən çıxarılmağım barədə əsassız qətnamə qəbul etmək istəmişdir. Sağ olsun ki, məni müdafiə edən vəkil hakimin bu qanunsuz hərəkətinə öz qəti etirazını bildirdikdən sonra hakim məcbur olub ekspertiza təyin etmişdir. Bildirmişdir ki, ekspert rəyi əsasında qətnaməni qəbul edəcəkdir. Axı, əgər evdə mənim ailəmə məxsus 7/1 pay müəyyən edilibsə, eləcə də qarşı iddiaçı tərəfində mənim kimi həmin evə 7/1 payı müəyyən edilərək çıxarışda qeyd edilibsə, o zaman niyə mən ailə başçısını itirmiş şəxs kimi 6500 manat təzminatla evi tərk etməliyəm. Yəni burada ekspert üstünlüyü kimə verməlidir? Ümumiyyətlə bu mübahisəd ə ekspertizaya nə gərək vardır? Qarşı tərəf isə Qusarda hər yerdə yaxın və tanışlarına bəyan ediblər ki, hakimə pulumuzu vermişik və bizim xeyrimizə qətnamə çıxacaq, Seda Yahyayevanı da pulunu verib evdən birdəfəlik rədd edəcəyik. Axı mənim başqa yaşayış yerim yoxdur. İki azyaşlı yetim uşaqla başsız qalmışam və hazırda kirayədə yaşamaq məvburiyyətində qalmışam. Bəs hakimin vicdanına nə gəlib ki, mənim düşdüyüm ağır vəziyyətimdə bu gün (24 dekabr 2018-ci ildə) özünü müşavirə otağına salıb qətnamə qəbul etmək istəyirmiş ki, cəmi 6500 manat təzminat verilməklə S.Yahyayevə evdə iki uşaqla birlikdə çıxarılsın. Harda görünüb ki, hakim proses zamanı öz fikir və niyyətini əvvəlcədən elan etsin? Əgər vəkilim hakimin bu niyyətini açıqladıqdan sonra ona etiraz etməsəydi, çox güman ki, tezbazar da belə bir əsassız qətnamə qəbul etməli idi. 63 yaşlı hakim Kazımov Rafiqin belə proses zamanı sərgilədiyi belə hərəkətləri qanunsuz hesab edir, əvvəlcədən öz köməkçisi Hümmətin qohumu olan Z.Yahyayevanın xeyrinə açıq-aşkar vəkillik etdiyinə etiraz edirəm və hesab edirəm ki, maddi maraqlarının təmini nəticəsində (qarşı tərəflə sövdələşməsinin nəticəsi olaraq) əsassız qətnamə qəbul etmək fikrindədir və bu fikrini bugünkü məhkəmədə bildirmişdir. Halbuki, yalnız evin sahibi olmuş qaynatam belə bir səlahiyyətə malik idi ki, öz şəxsi evindən istənilən oğul və ya qızını təzminat ödəməklə evdən çıxara bilərdi. Bəs o zaman təcrübəli hakimi nə vadar ertmişdir ki, tərəflərin hər biri mübahisələndirilən mənzilin 7/1 hissəsinə sahib olduğu zaman digərini təzminat verməklə çıxara bilmək hüququna və üstünlüyünə malik olsun? Azərbaycanın istənilən vicdanlı hakimi bu məsələni Kazımov kimi həll edə bilməz. Ən azından qanun buna yol vermir. Lakin hakim Kazımov xəcalət çəkmədən məhkəmə prosesində bəyan edir ki, verdikləri şikayətlərə baxmayaraq gələn dəfə ekspertin gəldiyi rəyə əsasən qətnamə qəbul edəcəyəm. Yəni qarşı tərəfə bildirmək istəyir ki, gedin eksperti də ələ alın, sonra mən də rahat qətnaməni elan edim. Digər tərəfdən insanlıq və müsəlmançılıq da yol vermir ki, başsız qalmış yetkinlik yaşına çatmayan iki azyaşlı uşağı anasıilə birlikdə yeni il qabağı Qusarın bu şaxtalı soyuğunda heç bir vicdan əzabı çəkmədən evdən qovasan. Lap sənə versinlər 1 milyon pul. Bəs insanlığın, hakim andın, müsəlmançılığın necə olsun? Cənab Prezident İlham Əliyev! Sizin etimad göstərərək Qusar rayonuna 2017-ci ilin oktyabrında hakim təyin etdiyiniz Kazımov Rafiqin bu günki iclas zamanı mənə qarşı sərgilədiyi açıq-aşkar qanunsuz hərəkətləri Azərbaycan hakiminin adına bir ləkədir. Ona görə də mən nəticəsi əvvəldən bəlli olan məhkəmə prosesinə və hakiminə etiraz edir və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən başsız qalmış ailənin nümayəndəsi kimi, qışın bu soyuğunda küçəyə qovulmuş yiyəsiz bir azərbaycanlı qadını kimi xahiş edirəm. Qusar rayon Məhkəməsində işə ədalətli baxılması üçün hakim Kazımov Rafiqin qanunsuz hərəkətlərinə son qoyulmasını, Qusar rayon İcra Şöbəsinin icra şöbəsinin sədri Elnurun özbaşnalığına son qoyulmasını və Ali Məhkəmənin ailəmin evə köçürülməsilə bağlı 05.06.2018-ci il tarixli, 2(102)-3770/18 saylı qəbul etdiyi qərarının dərhal icra edilməsinə göstəriş verəsiniz ki, nəhayət bizim canımız Qusar rayon Məhkəməsini xərcəng xəstəliyi kimi bürümüş Zahid Yahyavein qohum-əqrabalarından qurtulsun”./muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?