GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Qayınatam gecə jurnalistlə məni evə salıb, qapını bağladı" — 4 GECƏDİR ÇÖLDƏ QALAN GƏLİN

"Qayınatam gecə jurnalistlə məni evə salıb, qapını bağladı" — 4 GECƏDİR ÇÖLDƏ QALAN GƏLİN

Tarix: 30-08-2017, 20:30 Bölmə :Kirminal Baxış: 501
"Qayınatam gecə jurnalistlə məni evə salıb, qapını bağladı" — 4 GECƏDİR ÇÖLDƏ QALAN GƏLİN


Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi, bina 5v, mənzil 16-da yaşayan Seyidova Gülnarə Elbrus qızı övladı ilə birlikdə küçəyə atılıb. Hazırda qadın qızı ilə birlikdə yaşadığı binanın qarşısında küçədə gecələyir.

gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, G.Seyidova 2007-ci ildə Seyidov Əbdül Ədalət oğlu ilə rəsmi şəkildə ailə qurub. 2008-ci il qızları olub. Sözügedən evdə qeydiyyata salınmayan Gülnarə deyir ki, başına belə işlərin gələcəyi heç vaxt ağlına gəlməyib:

"Binəqədi rayonu, 2-ci mədən, korpus 75, ev 105 də qeydiyyatda olmuşam. Ailə qurandan sonra bu ünvandakı torpaq sahəsini bizə pay olaraq verdilər ki, orada ev tikək. Həmin o torpaq mənim qayınanamın anası Qrunina Lyudmilanın adına olub. 2015-ci il avqust ayında qadın dünyasını dəyişib və həmin torpaq nəvələri arasında yəni, mənim yoldaşımla onun xalası oğlu arasında bölüşdürülüb. Həmin ilin sentyabr ayında məni inzibati-iqtisadi məhkəməyə çağırdılar ki, guya ölməmişdən qabaq o qadın məni qeydiyyatdan çıxarıb. Amma yalandı, məni qeydiyyatdan yoldaşım Əbdül Seyidov qeyri-qanuni yollarla çıxartdırdı. Qayınanamgil də yalan vədlərlə məni gətirib Hövsandakı evə. Sonra məni nə orda yaşamağa qoydular, nə də burda.

Atam məni öz xalası nəvəsinin evinə gəlin göndərib. Böyüklərin razılığı ilə mən bu ailənin içinə düşdüm. Heç nə deyə bilmədim. Heç vaxt normal ailə münasibətləri görmədim. Qızım dünyaya gələndən sonra isə birtəhər hər şeyə göz yumdum. İstəmədim ailəm dağılsın, qızım atasız böyüsün. Lakin heç nə mən düşündüyüm kimi olmadı. Mən ailə quranda getdiyim ev o qədər şəraitsiz idi ki, yaşamaq olmurdu. Evin döşəməsi belə vurulmamışdı. Yoldaşım və ailəsi dedi ki, burada yaşamaq olmaz, müvəqqəti Hövsanda yaşayın, təmir işləri bitdikdən sonra qayıdarsız ora. Yoldaşım ailə qayğısına qalmırdı. Hər gün söz-söhbət yaşayırdıq. Sonra öyrəndim ki, başqa qadınla münasibətdədir. Bu məsələni üzə çıxartmaq üçün dəfələrlə müraciət etmişəm. Hətta vəziyyət o həddə çatmışdı ki, həmin qadın evimizə zəng edib məni hədələyirdi. Bundan sonra əlimdəki faktlarla televiziyalara müraciət etdim. Amma bu məsələni olduğu kimi işıqlandırmadılar. Bundan sonra hər şey daha da dəhşətli hal almağa başladı”.

Yoldaşı tərəfindən dəfələrlə döyülüb, təhqir edilən Gülnarə qızına görə hər şeyə səbr etsə də, nəticə heç də istədiyi kimi olmayıb. Qadının bu hərəkətindən sonra yoldaşı Binəqədi rayon məhkəməsinə müraciət edərək ondan boşanmaq istədiyini deyib. 7 ildən sonra - 2014-cü il avqustun 29-da rəsmi şəkildə boşanıblar. Gülnarə və qızı Hövsan qəsəbəsindəki evdə qayınana və qayınatası ilə birlikdə yaşamağa davam edib. Hər şey də bundan sonra başlayıb:

“Yoldaşım evdən getdi. Mən qızımla burda qaldım. Hələ boşanmazdan qabaq Binəqədi rayon məhkəməsinə Binəqədi rayonundakı evə köçürülmə ilə bağlı iddia ərizəsi vermişdim. Lakin bu ərizəyə baxılmadı. 3 ildir mən məhkəmələrdəyəm. Əlimdə dəlillər var, polis idarələrinə getmişəm, heç kim bu işə ciddi yanaşmır. Yoldaşım onun əməllərini üzə çıxartmağımdan qorxaraq, məndən boşanıb həmin qadınla ailə həyatı qurdu. Qayınatam əvvəl mənə dəstək olsa da sonra o da məni çətin vəziyyətlərə salmağa çalışdı. Həmin qadın mənim şəxsi nömrəmə zəng edərək deyib ki, ərindən əl çək, onunla mən evlənəcəm. Daha sonra qayınatam onunla danışıb. "Oğlumun ailəsini dağıtma, uzaqlaş" dedikdən sonra qadının anası mənim qayınatamı hədələyib. Bütün bunlardan sonra o məndən dəstəyini çəkdi. Yoldaşım növbəli iş rejimində çalışdığı üçün ayın yarısını işdə keçirirdi, yarısını da o qadının yanında. Vəziyyət o yerə çatmışdı ki, həmin qadın anası ilə bizim evə gəlib mənə hücum etmişdilər. Məni rəsmən qayınanamın gözü qabağında döydülər, o da durub baxdı”.

4 gecə azyaşlı qızı ilə küçədə qalan qadın deyir ki, qayınatası çəkilişə gələn jurnalistlərdən birini onunla birlikdə evə salıb, qapını bağlayıb:
“Mən yox, qonşularım bir neçə media qurumlarına müraciət edib. Şikayət əsasında gecə saatlarında gələn jurnalist evə girib sənədlərin şəklini çəkmək istəyirdi. Qayınatam da evdə idi. Mən evdə ola-ola həmin adamı evə salıb özü çöldən qapını bağladı. Mənim adıma, namusuma ləkə yaxmaq istəyirdilər ki, özlərini təmizə çıxartsınlar. Mən artıq bilmirəm ki, öz haqlarımı harda axtarım...”

2006-cı ildən evdən çıxarılması üçün iddia ərizəsi verən ailənin məhkəmə prosesi bu il yekunlaşıb. İcra nümayəndələri məhkəmə qərarı əsasında qadını və qızını evdən çıxarıblar. Qeydiyyatda olmadıqları üçün evdən çıxarılan ana və qızı hazrda qonşu evində qalırlar:

“4 gündür küçədə qalıram. Bu binanın qonşuları bilir. Sağ olsunlar, məni tək qoymadılar. İstədiyim tək şey qızıma yaşamağa bir ev versinlər. Bir otaq, bir pəncərə. Sabah məni maşın vursa, ölsəm, qızıma heç kim baxmayacaq. 1 ildən çoxdur atası heç maraqlanmır ki, uşaq hardadı, necədir?”
Qeyd edək ki, hazırda Gülnarə Seyidova heç bir yerdə çalışmır. Dolanışıqlarını qonşunun uşağına baxmaqla təmin edir.


Hüquqşünaslar isə qeyd edir ki, bu məslənin hüquqi perspektivi yoxdur.

Mövzu ilə bağlı aydınlıq gətirən hüquqşunas Zaman Səmədov qeyd edib ki, 2000-ci ilin sentyabrından etibarən yaranan hüquq münasibətləri qüvvədə olan mülki məcəllə ilə tənzimlənir:

“Qüvvədə olan "Mülkü Məcəlləyə" görə, həmin iddiaçı xanım ailə sırasına daxil olmadığına görə onun sözügedən mübahisəli mənzildən istifadə hüququ yoxdur. Bu səbəbdən Ali Məhkəmə və digər yerli qurumlar iddiaçının ev ilə bağlı tələblərini rədd edib. Bu zaman xanım, mülkiyyətçi hesab olunan xanımla (qayınanası Seyidova Nelya Liparitovna ilə) notorial qayda mübahisəli evdən istifadə hüququna dair razılıq əldə etməli idi. Həmin ərizə isə öz növbəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı idi. Bu və xanımın həmin mənzildə qeydiyyatı olmadığına görə, mənzildən istifadə hüququ ola bilməz. Təəssüf ki, problemlərin hüquqi tərəfi yalnız və yalnız rəsmi sənədlər üzərindən aparılır.

Burada hər hansı vədlər, şifahi sözlər heç bir rol oynamır. Övladına gəldikdə isə iki tərəf boşanma ərizəsi ilə məhkəməyə müraciət edibsə, hakim burada 3 əsas məsələnin həllini qeyd edir: nikahın pozulması, uşağın valideynlərindən hansının yanında qalacağı və aliment məsələsi. Rəsmi qaydada yaşayış minimumu ilə bağlı qanuna müvafiq olaraq 136 manat 60 qəpik (və ya 137 manat) aliment ayrılmalıdır. Yaşayış səviyyəsini nəzərə alaraq, qadının alimentin miqdarının artırılması üçün hər hansı bir müraciət etmək hüququ var. Ailənin 18 yaşından kiçik övladı olsa da, bu mübahisəli evdən pay almaq haqqını təmin etmir. Bu yalnız o halda mümkün ola bilər ki, mülkiyyətçinin vəfatından sonra miras bölgüsü baş versin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik iki cür - qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vəsiyyətnamə olmadığı təqdirdə, miras qanunla nəzərdə tutulmuş formada bölüşdürülür. Belə olan halda, mübahisəli mənzil mülkiyyətçinin övladları arasında bölünür, (məsələn 4 uşaq olarsa, dördə bi pay verilir). Bu şərtlər altında uşağın həmin mənzildə yaşayış hüququ təmin edilə bilərdi".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir  Fərəcov hara baxır..?

    Zakir Fərəcov hara baxır..? ...

    26-05-2013, 19:42

  • 
  • Prezident qızları İsveçrənin ən varlı ailələri sırasında

    Prezident qızları İsveçrənin ən varlı ailələri ...

    29-11-2013, 13:38

  • 
  • Kişi qadını xəstəxanalıq etdi

    Kişi qadını xəstəxanalıq etdi ...

    16-05-2015, 11:39

  • 
  • Azərbaycanda arvad ərini öldürdü

    Azərbaycanda arvad ərini öldürdü ...

    24-03-2015, 12:20

  • 
  • Goranboy sakini bədbəxt hadisənin qurbanı oldu

    Goranboy sakini bədbəxt hadisənin qurbanı oldu ...

    13-10-2015, 17:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu