GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Ağcabədidə başçıya söykənən özbaşınalıq... - İDDİA

Ağcabədidə başçıya söykənən özbaşınalıq... - İDDİA

Tarix: 9-02-2019, 13:36 Bölmə :Bölgə Baxış: 411
Ağcabədidə başçıya söykənən özbaşınalıq... - İDDİA


Ağcabədinin ömürlük rəis təyin edilmiş 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov vaxtaşırı medianın gündəminə gəlir. Onun gündəmə gəlməsi fəaliyyəti yox, biznesi və oğlunun kəhkəşanlı həyat tərzidir.

V.Hüseynov Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu saymır, onun əsas işbirliyi icra başçısı Şahin Məmmədovladır.

Yol idarəsi rəisi ilə icra başçısı Ağcabədinin yollarına ayrılan pulları elə mənimsəyiblər, yolların düzəldilməsini tapşırdıqları iş adamlarının vəsaitini də çırpışdırıblar heç S.Məmmədovanın ruhu da inciməyib.

Bunun nəticəsidir ki, Vidadi Hüseynov Ağcabədidə idarə müdiri yox, daha çox biznesmen kimi tanınır. Ondan qum, çınqıl, asfalt istəyən pulunu verib alır.

Yəni, bazar açıb. Ona görə də onu Ağcabədinin yollarının vəziyyəti maraqlandırmır. Hazırda rayon yolları, ara məhəllələr, kəndlərə gedən yollar fəlakət içindədir.

Prezident Ağcabədinin abadlaşmasını görmək istəyir. Bunun üçün vəsait ayrılır. Amma V.Hüseynovla icra başçısı Ş.Məmmədov maliyyənin arxasına keçirlər.

Sakinlər deyirlər ki, Ağcabədidən Bakıya getmək üçün bir neçə istiqamət var: 1-cisi, Ağcabədi-Hindarx-Ağdam-Bərdə-Bakı, 2-ci istiqamət: Ağcabədi-Laçın (taxta körpü)-Zərdab-Mollakənd-Kürdəmir-Bakı, 3-cü yol-Ağcabədi-Beyləqan-Bəhrəmtəpə-Sabirabad-Bakı yolu.

Nəhayət, 4-cü yol-Ağcabədi-Kanalboyu adlanan yol-Bərdə-Yevlax istiqaməti. Biz artıq o vəziyyətdəyik ki, bilmirik bu 4 istiqamətin hansından istifadə edək.

İdarə müdirinin gəlir sahələrindən biri də Ağcabədidəki karyerlərdir. Bir müddət əvvəl isə həmin karyerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub.

Düzdür, məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblər. Hərçənd bu haqlı tələbə məhəl qoyan olmayıb.

Məlumatda deyilir ki, Qarqar karyerinə iki uşağın həyatını itirməsi məsələsi hələ də qapalı olaraq qalıb və bununla bağlı tədbir görən yoxdur.

33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovun ən böyük karyeri Qarqarçayın üzərində yerləşən Yuxarı Qiyaməddinli-Muğanlı yolu hissəsində iri karyeri var.

Dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qumm və çınqıl çıxartdıraraq, satmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.

İki uşağın ölümünə rəğmən, heç bir addım atmayan Vidadi Hüseynov, əvəzində başqa bir məsələyə əl atıb. Media yazmışdı ki, idarə müdiri özünün və oğlunun avtomobillərini təzələməklə təskinlik tapıb.

Belə ki, Vidadi Hüseynov özünə «Lexus», oğlu Fərid Hüseynova isə «Range Rover» markalı maşınlar alıb. Ümumi dəyəri 130 min manata yaxın olan bu avtomobilləri Yol İdarəsinin müdirinin necə aldığı isə sual altındadır.

Hərçənd əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi kifayət qədər şübhəlidir.

Ardından onun 150-200 min manat xərcləyərək, üç ev alması da qaranlıq iş deyil. Çünki bu qədər maaşla belə bahalı avtomobillərə sahib olmaq mümkün deyil.

Ata Hüseynov əvvəllər də «Lexus» sürürmüş. Oğlu isə «Prado»da cəzməklə kifayətlənib bu vaxta qədər.

Amma son devalivasiyadan sonra əllərindəki manatla yatırım etmək istəyən ata və oğul, yekunda həmin pulu maşına yatırmaqla kifayətləniblər.

Amma əldəki manatın çoxluğu onları Bakıya qədər gəlməyə vadar edib. Çünki Hüseynovlar həmin pulla paytaxtda daha 2-3 mənzil almaq fikrindədir. İndiyə qədər isə idarə müdirinin Bakıda 3 evinin olduğu deyilir.

Vidadi Hüseynov tenderlərdə də aktiv iştirak edən tərəf kimi çıxış edir. Bu məqsədlə o, oğlunun adına firma da yaradıb: “Fərid Ağcabədi” MMC.

Həmin şirkət isə Ağcabədi rayonunda çəkilən bütün yollar üzrə tenderin «qalibi» elan edilib. Son 3-4 ildə isə bu şirkətin icra başçısıyla birlikdə milyonlarla manat vəsaiti sildiyi üzə çıxıb.

Bəzi saytların iddiasına görə, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov 3 ay əvvəl Ağdam istiqamətində yanacaq doldurma məntəqəsi açıb.

Bundan başqa, o, özünün asfalt zavodunu da yeniləyib. Bundan əlavə, o, hər ay qrabel, çınqıl və qumm satışından 5 min manatdan artıq pul qazanır.

Qarşı tərəfi dinləməyə hazırıq.\\bizimhedef.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağcabədinin şefi “qara siyahı”da - 5 milyonluq yeyintinin bədəli

    Ağcabədinin şefi “qara siyahı”da - 5 milyonluq ...

    22-05-2014, 10:11

  • 
  • Ağcabədidə Yol İstismar İdarəsinin rəisi tenderləri oğlunun şirkətinə həvalə edir

    Ağcabədidə Yol İstismar İdarəsinin rəisi ...

    24-07-2014, 13:17

  • 
  • Yol idarəsi müdirinin maşın kolleksiyası - Ağcabədidə

    Yol idarəsi müdirinin maşın kolleksiyası - ...

    17-03-2016, 20:33

  • 
  • Ağcabədi rayonunda korrupsiya əməliyyatları

    Ağcabədi rayonunda korrupsiya əməliyyatları ...

    3-02-2013, 11:15

  • 
  • “Ağcabədinin icra başçısı əhalini su ilə sınağa çəkir”

    “Ağcabədinin icra başçısı əhalini su ilə sınağa ...

    17-11-2013, 10:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu