Mil-Muğan-Şirvan su kollektorunda qadın cəsədi tapılıb.
Gundemxeber.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” Zəng mərkəzindən, Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi Məhərrəmli kəndi ərazisindən keçən hissəsində, suyun üzərində 1 qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.
Məlumat alındıqdan dərhal sonra, xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib.
Saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış Zərdab rayonu Şahüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?