Bu gün Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır qəza baş verib. Hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə nəticəsində bir nəfər yerində, 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda vəfat edib. 68, 28, 25 yaşlı kişi, 43, 33 yaşlı qadın sərnişinlər isə təcili yardımla Kliniki Tibbi Mərkəzə aparılıblar.
Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?