GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Məhsuldarlığın dolaşıq artımı və yaxud uşaqların ümidinə buraxılmış Azərbaycan pambıqçılığı

Məhsuldarlığın dolaşıq artımı və yaxud uşaqların ümidinə buraxılmış Azərbaycan pambıqçılığı

Tarix: 25-12-2019, 15:19 Bölmə :Bölgə Baxış: 400
Məhsuldarlığın dolaşıq artımı və yaxud uşaqların ümidinə buraxılmış Azərbaycan pambıqçılığı


Dekabrın 19-da ölkə başçısı İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə İlham Əliyev pambıqçılıq sahəsində bu il görülmüş işlərə yekun vuraraq deyib: ”Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir”. Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri qeyd edib ki, “cari ildə artımın yalnız yüksək məhsuldarlıq hesabına əldə olunması hədəf seçilib, pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb”. Daha sonra nazir ölkə başçısına müraciət edərək deyib: “Möhtərəm cənab Prezident, Sizin qarşımızda qoyduğunuz əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub”. Qeyd etməliyəm ki, hələ keçən ilin noyabr ayının 27-də kənd təsərrüfatı naziri Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin açılışında demişdir ki, bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il (2019-cu il- V.M.) isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Paradoksdur, deyilmi? Kənd təsərrüfatı nazirinin özünün də dediyi kimi prezidentin kənd təsərrüfatı nazirliyi qarşısında qoyduğu “əsas hədəf” pambığın əkin sahəsinin azaldılması deyil, “məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub”. Bəs pambığın əkin sahəsi nəyə görə azaldılır?! Həm də 2018-ci ilin noyabr ayının 27-də nazir necə müəyyən edə bilərdi ki, 2019-cu ildə 100 min hektar sahədə pambıq əkiləcək. Axı Kənd Təsərrüfatı Nazirliyi pambıq əkini ilə məşğul olmur. Axı Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyətçisi, torpaq sahibi deyil. Axı pambıq əkini ilə məşğul olan on minlərlə sahibkarlara necə demək olar ki, sən bu il az sahədə pambıq ək və yaxud əkmə. Nazirin “pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb” deməsi də başa düşülən deyil. Azərbaycanda əkin, səpin işləri bütün zamanlarda əkinəyararlı torpaq sahələrində aparılıb. Bəs nə baş verib? Necə olur ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bir sıra rayonlarda: Bərdə rayonunda 2000 hektar, Biləsuvar rayonunda 5000 hektar, Hacıqabul rayonunda 4800 hektar ərazilərdə pambıqçılıq üzrə aqroparkların yaradılması, sahələrin genişləndirilməsi nəzərdə tutulduğu halda, pambığın əkin sahəsi bir ildə 31 min hektar azaldılır? Necə olur ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırılması nəzərdə tutulduğu halda, pambığın əkin əraziləri 30 faizdən çox azldılır? Necə olur ki, son üç il ərzində pambıqçılıqda istifadə üçün texnikanın alınmasına 500 milyon manatdan çox büdcə vəsait ixərclənir, həm də əkin sahələri azaldılır. İlham Əliyev pambıqçılığın inkişafı üçün böyük məbləğdə dövlət vəsaitlərinin xərcləndiyini etiraf edərək demişdir: “Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, - Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik”. Kənd təsərrüfatı naziri müşavirədə çıxışında İlham Əliyevin səsləndirdiyi rəqəmləri dəqiqləşdirərək demişdir: “Son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb”. Beləliklə, son illər pambıqşılığın inkişafı adı ilə böyük məbləğdə dövlət vəsaiti xərclənib. Sual olunur, bu vəsaitlər səmərəli xərclənir? Baxın, ölkəyə idxal edilən Amerika istehsalı olan “John Deere” kombaynları çox bahalı olmaqla yanaşı həm də çox məhsuldar maşınlardır. Təəssüflər olsun ki, Azərbaycan şəraitində həmin texnikadan səmərəli istifadə olunmur. Hətta buna baxmayaraq, Azərbaycanda “John Deere” kombaynı ilə mövsümdə ən azı 1000 hektar ərazidə pambıq yığılır. Nəzərə alsaq ki, ölkədə pambıq maşınla 2 dəfə yığılır, mövcud olan 101 min hektar pambıq sahəsinin yığımı üçün cəmi 202 kombayn tələb olunur. Həmin kombaynların tam gücündən istifadə etməklə (“John Deere” kombaynları 24 saat işləyir) 100 ədəd kombaynla respublikada pambıq yığımını optimal müddətdə başa çatdırmaq mümkündür. Belə olan halda, təlabatdan dəfələrlə çox bahalı texnikanın alınmasına nə ehtiyac var idi? Onu da qeyd etməliyəm ki, ümumilikdə ölkədə pambıqyığan kombaynların sayı 500 ədəddən çoxdur.

Paradoksdur, respublikaya bu qədər pambıqyığan kombaynlar gətirildiyi halda, cəmi 101 min hektar ərazidə pambıq əkini həyata keçirilib və ölkə üzrə pambığın 87 faizi texnika ilə yığılıb. Bu azmış kimi, müşavirədə kənd təsərrüfatı naziri deyib ki, pambığın kombaynla yığılmasına üstünlük verilib. Belə ki, yığılan pambığın 87 faizi texnika ilə həyata keçirilib. Həmçinin nazir qeyd edir ki, texnikaların ərazilər üzrə səmərəli dislokasiyası təmin edilib. Əgər həqiqətən də nazir dediyi kimi ölkədə mövcud olan 500 pambıqyığan kombaynlardan səmərəli istifadə edilibsə və yığılan pambığın 87 faizi texnika ilə həyata keçirilibsə, deməli pambığın əkin sahəsi 101 min hektar deyi, daha çox olub. Onu da qeyd etməliyəm ki, pambıqçılıqda mövcud vəziyyəti öyrənmək məqsədilə bir qurup mütəxəssislərlə pambıq yığımı mövsümündə 6 dəfə Aran bölgəsinə səfər etdik. Səfər zamanı 4 rayonda 40-a yaxın fermerlə görüşdük. Salyan, Saatlı, İmişli, Hacıqabul rayonlarında görüşdə iştirak edən fermerlərin əksəriyyəti bu il taxılçılıqda və pambıqçılıqda məhsuldarlığın kəskin şəkildə aşağı düşdüyünü dedilər. Texnika, su, mütəxəssis çatışmazlığını, gübrə və pestisidlərin keyfiyyətinin aşağı olduğunu əsas səbəb kimi göstərdilər. Fermerlər onu da qeyd etdilər ki, bu il əkdikləri pambıq sahəsinin bir hissəsi qeydə alınmamışdır. Yəni çox ərazidə pambıq əkini həyata keçirildiyi halda, əkin sahəsi az göstərilmişdir. Bu səbəbdən onlara çatacaq gübrənin həcmi də azaldılmışdır. Onların sözlərinə görə, pambığın əkin sahələrinin az göstərilməsi yerli Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilmişdir. Fermerlərin dediklərindən o da bəlli oldu ki, bu il taxıl sahələrində biçindən sonra pambıq əkini ilə məşğul olan fermerlərin, kəndlilərin əksəriyyətinin əkin sahələri qeydə alınmamışdır.

Bu il Aran bölgəsində pambıq tarlalarında yığım prosesini izləyən zaman əvvəlki illərdə olduğu kimi yenə də əl əməyindən geniş istifadə edildiyini müşahidə etdik. İmişli rayonunda sahələrə baxış zamanı “MKT İK” MMC-nin İmişli İnnovasiya filialına məxsus pambıq sahəsində məhsul yığımına 100-ə yaxın fəhlənin cəlb edildiyini və həmin fəhlələrin əllə pambıq yığdığının şahidi olduq. Çox təəssüflər olsun ki, bu il pambıq yığımında uşaq əməyindən də geniş istifadə edilmişdir. Belə ki, tarlalarında pambıq yığan fəhlələrin bir hissəsi yeniyetmə, 15 yaşınadək olan məktəbli uşaqlar idi. Şəkillər əlavə edilir.

Beləliklə, pambığın əkin sahələrinin azaldılması hansı məqsədlə həyata keçiriib? Kənd təsərrüfatı nazirinin “pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb” deməsi əsla ciddi arqument deyil. Nəinki pambıq, bütün bitkilərin əkini əkinəyararlı torpaq sahələrində həyata keçirilir. Əvvəllər də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq.

Hələ keçən ilin noyabr ayının 27-də Kənd təsərrüfatı nazirinin “gələn il 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur” deməkdə məqsədi nə olub? Prezidentə dediyi kimi “əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması”mı olub? Yox! Əgər həqiqətən də nazirliyin məqsədi istehsal artırına məhsuldarlığın yüksəldilməsi hesabına nail olmaq olubsa, onda hədəf əkin sahələrin azaldılması deyil, mövcud əkin sahələrində məhsuldarlığın artırilması olmalı idi.

Rəsmi məlumatlarda bu il pambıqçılıqda məhsuldarlığın artdğı qeyd edilsə də, bu ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid nəticəsində baş verməyib, əksinə, əkin sahələrinin genişləndirilməsi və ərazilərinin az göstərilməsi hesabına mümkün olmuşdur. Çox təəssüflər olsun ki, respublikada hələ də keçən əsrin 70-80-ci illərdə olduğu kimi statistik rəqəmləri manipulyasiya etməklə istehsalda artım görüntüsü yaradırlar. Statistik rəqəmlərin doğru-dürüst olmaması isə sahədə mövcud olan problemlərin müəyyən edilməsini, üzə çıxarılmasını çətinləşdirir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev müşavirə keçirdi

    İlham Əliyev müşavirə keçirdi ...

    19-12-2019, 14:54

  • 
  • Azərbaycanın pambıq bazarında qeyri-sabitlik davam edir

    Azərbaycanın pambıq bazarında qeyri-sabitlik ...

    11-01-2013, 10:55

  • 
  • İnam Kərimovun iflas olan PAMBIQ SİYASƏTİ... - FAKTLAR

    İnam Kərimovun iflas olan PAMBIQ SİYASƏTİ... - ...

    2-04-2019, 14:51

  • 
  • Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə taxıl istehsal olunub

    Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə ...

    18-07-2013, 17:29

  • 
  • Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib

    Prezident İlham Əliyevin yanında iqtisadi və ...

    25-02-2019, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu