Rayonun Vəndam qəsəbəsində qəsəbə sakini, 1992-ci il təvəllüdlü Alıyeva Rəmziyə Abil qızı toyuq hinində təmizlik işləri görərkən oradakı otun üstünə benzin töküb və od vurub. Nəticədə ot qəfil alovlanıb. Alov güclü olduğu üçün qadın hindən çıxa bilməyib və bədənin bütün nahiyələri yanıb.
R. Alıyeva 3-cü dərəcəli termiki yanıq dərəcəsi ilə əvvəlcə Qəbələ rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?