GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Qarabağdan İrəvana verilən daha bir kritik mesaj... - “top” çoxdan Ermənistanın meydanındadır

Qarabağdan İrəvana verilən daha bir kritik mesaj... - “top” çoxdan Ermənistanın meydanındadır

Tarix: 28-10-2021, 11:20 Bölmə :Bölgə Baxış: 258


Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdioğanın Füzuliyə tarixi səfəri sözsüz ki, hələ bir müddət siyasi müşahidəçilərin müzakirə predmeti olacaq. Daha bir səbəbdən: səfər zamanı Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyev noyabrın 1-ci dekadasında Moskvada imzalanması gözlənilən növbəti üçtərəfli sazişdən dolayı son dəfə mövqe dəqiqləşməsi, məsləhətləşmələr aparıb, saat əqrəblərini tutuşdurublar.

Bunun məhz Qarabağda edilməsi isə İrəvana və separatçı tör-töküntülərə məxsusi bir mesaj və ciddi xəbərdarlıq idi. O anlamda ki, sərsəm ideyalar və arzularla yaşamağa son qoysunlar, çünki separatçıların da, revanşistlərin də qatarı artıq gedib, özlərini yormasınlar. Ondansa, nə qədər gec deyil, ağıllarını başlarına yığıb böhranlı durumda çabalayan erməni xalqına gün ağlasınlar, Ermənistanın dövlət kimi xilası yönündə real addımlar atsınlar. “Yol xəritəsi” bəlli.
Bu kritik mesaj Azərbaycan və Türkiyə liderlərinin srağagün Zəngilan bəyanatlarında da əksini tapıb. İki dövlətin başçıları bir daha rəsmi İrəvanı səmimi olub rasional yanaşma sərgiləməyə, bölgədəki yeni status-kvonu qəbul edib Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə təsdiqlənmiş ərazi bütövlüyünü, sərhədlərini qarşılıqlı şəkildə tanımağa çağırış ediblər. Necə deyərlər, “top” Ermənistanın meydanındadır. Həm də çoxdan. Üstəlik, zaman İrəvanın xeyrinə işləmir və qərar vermək üçün vaxtı az qalıb...

*****

Belə görünür, proseslərin məntiqi sonluğu və inkişafının hara apardığını hamıdan yaxşı məhz “Şeytan yuvası” Xankəndində dərk eləməyə və təlaşlanmağa başlayıblar. Özlərini komik şəkildə qondarma qurumun “xarici işlər naziri” (David Babayan), “dövlət katibi” (Artak Beqlaryan), “prezident”i (Araik Arutunyan) adlandıran separatçı elementlərin Rusiyaya və ABŞ-a (Beqlaryan) intensivləşən “səfərləri” elə bundan xəbər verir.
Hərçənd gələn xəbərlərə görə, onları heç it yerinə də qoymayıblar. Ona görə ki, “artsax”ın kitabı bağlanıb. İndi müzakirə masasında Ermənistanın taleyidir, o ki ola hansısa mifik və oyuncaq rejimin.
Bu yandan da Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə elə bir sürətli və geniş quruculuq işləri aparır ki, dostlarımız da (yaxşı mənada), düşmənlərimiz də, o sırada təbii ki, ermənilər də əməlli-başlı şokdadırlar. Başqa sözlə, Qarabağın gerçək sahibinin iqtisadi baxımdan da nələrə qadir olduğuna hamı əyani şahidlik eləməkdədir.
Məsələn, erməni telekanallarından birinin aparıcısı Ərdoğanın son Qarabağ səfərinə kinayəli şəkildə belə şərh edib: “Beynəlxalq status almış hava limanı (Füzuli - red.) cəmi 8 aya tikilib. Bəs 1994-cü ildən başlayaraq son 26 il ərzində orada nə tikilib? 26 il ərzində biz, sadəcə, əbədiyyətdən həzz almışıq. Bəlkə biz müdafiə strukturları tikdiyimiz üçün hava limanları inşa edə bilməmişik? Yox? Bunu da eləməmişik? Bəs 2012-ci il oktyabrın 1-də istifadəyə verilən “Stepanakert" Beynəlxalq Hava Limanı (dırnaqlar bizimdir - red.) və “İrəvan-Stepanakert” reysinin ilk sərnişini necə oldu? Uçdumu?"

*****

Əlbəttə ki, yox. Uça bilməzdi də. Yada salaq: həmin ilk “sərnişin” eks-prezident, 2018-ci ildə hakimiyyətdən rüsvayçı şəkildə qovulan, Xocalı hərbi canisi Serj Sərkisyan olmalı idi. Amma arzusu ürəyində qaldı. Çünki separatçılar xərc çəkib təmir elədikləri həmin hava limanından istifadə edə bilmədilər. Azərbaycan icazə vermədi.
Həmin hava limanı yalnız Azərbaycanın Qarabağ, o cümlədən Xankəndi üzərində suverenliyini tam təmin etdikdən sonra işləyə bilər. Əgər işğal dövründə buna nail ola bilməyiblərsə, indi - Şuşadan tam nəzarətimiz altında ikən bunu ağıllarının ucundan belə keçirə bilməzlər.
Sözsüz ki, nə vaxtsa, Bakı-Xankəndi, hətta İrəvan-Xankəndi reysləri də açılacaq. Daha doğrusu, Ermənistan ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyandan dərhal sonra. Ümid var ki, bu, gələn ayın birinci yarısı və ya ilin sonuna reallaşa bilər. Bundan ötrü erməni siyasi isteblişmenti ən əvvəl “Artsaxsız Ermənistan yoxdur” sarsaq ideologiyasından əl çəkməli, yalnız öz simvolik dövlətinin qeydinə qalmadır. Əks təqdirdə, həqiqətən Ermənistanın özü də dünyanın siyasi xəritəsindən silinə bilər.

*****

Erməni xalqı üçün bütün intriqa da elə burada gizlənib. İş də elə ondadır: Ermənistan adında dövlət guya var ki? 30 ildə mövcud olubmu? Müstəqilliyini elan elədiyi gündən öz sərhədlərini özü qorumayan, rusları köməyə çağıran bir “dövlət” dövlət sayıla bilərmi? Yaxud ərazisində yad dövlətin - Rusiyanın hərbi bazalarının olduğu ölkə necə özünü müstəqil hesab edə bilər? 44 günlük müharibədən sonra isə o, indi heç sınıq-salxaq orduya da malik deyil.
Bu yerdə rusiyalı hərbi eksperti Yevgeni Krutikov tam haqlıdır deyəndə ki, ümumiyyətlə, Ermənistanın mövcudluğunun mənası qalmayıb. Di gəl, kapitulyant ölkədə hələ də hərbi revanşı xəyal edən axmaqlar var.
“Müharibə ehtimalı? Kiminlə aparacağıq?” Bunu isə azərbaycanlı hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib (Axar.az).
O, yeni müharibə ehtimalının olmadığını vurğulayıb: “Heç bir müharibə ehtimalı yoxdur. Kiminlə müharibə aparacaq Azərbaycan? Bizim işğaldan azad olunan bölgələrimizdə yenidən müharibə apara biləcək kifayət qədər ehtiyat qüvvəmiz var. Bizim hazırda yeganə problemimiz Qarabağdakı separatçı tör-töküntülərdir. Onlarla bağlı məsələnin də noyabr ayının ortasında imzalanması gözlənilən üçtərəfli müqavilə ilə həll ediləcəyini düşünürəm”.
Bölgədə və onun ətrafında sürətlə cərəyan edən proseslər, artan siyasi-diplomatik fəallıq bu ehtimalı daha da gücləndirir... 


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədən İrəvana mesaj: "İşğalı dayandırın, sərhədləri açaq"

    Türkiyədən İrəvana mesaj: "İşğalı ...

    13-02-2017, 14:39

  • 
  • Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ və Krım...

    Ankaradan Moskva və İrəvana kritik mesaj -Qarabağ ...

    4-02-2020, 16:31

  • 
  • NATO sammitindən Şuşaya - Ərdoğanın səfəri dünyaya mesaj olacaq

    NATO sammitindən Şuşaya - Ərdoğanın səfəri ...

    11-06-2021, 11:24

  • 
  • Ərdoğan Gülənə mesaj verdi: Ordan da qovacaqlar!

    Ərdoğan Gülənə mesaj verdi: Ordan da qovacaqlar! ...

    16-03-2018, 17:13

  • 
  • Türklərdən dünyaya mesaj

    Türklərdən dünyaya mesaj ...

    15-03-2015, 12:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu