Gundemxeber.az » Ölkə » Bölgə » Qarabağda sülh NİYƏ YUBANIR? - GƏLİŞMƏ
Ermənistanda aksiyalar davam edir. Hazırda etirazlar İrəvandan Gümrüyə sıçrayıb. İstanbulda yaşayan siyasi ekspertin Ramiyə Məmmədova TİA.Az-a bildirib ki, müxalifətin etirazları körükləməsi Paşinyan hakimiyyətini devirməyə hesablanmayıb. Onun sözlərinə görə, heç müxalifət məxməri inqilab etməyə elektoratı da yetərli deyil. Ekspertin fikrincə, məqsəd iqtidara təzyiq göstərmək və sülh müqaviləsindən yayındırmaqdır. Proseslərin getdikcə sönəcəyini ehtimal edən analitik hesab edir ki, müxalifət ortaya onminlik bir mitinq qoya bilməyib.
“Rusiya bağlantısı olan müxalifət xalqı inandırmağa çalışır ki, Paşinyan Qarabağı Azərbaycana tamamilə təslim edir, “artsax” əldən gedir, sülh müqaviləsi isə Bakı və Ankaranın İrəvan üzərində tam üstünlüyünə səbəb olacaq. Lakin cəmiyyətin az hissəsi keçmiş klanın yanında dayanır. Onlar görür ki, Rusiya Ermənistana əvvəlki müttəfiq deyil, Qarabağ keçmiş mövzudur və irəli getmək üçün Türkiyə və Azərbaycanla əlaqələr qurmaq, Avropaya çıxmaq lazımdır. Ona görə müxalifətin aksiyalarında xalq yoxdur, azsaylı etirazçılar var”-deyə siyasi şərhçi belə qənaətdədir.
R. Məmmədova müxalifətin aksiyalarının təsiri olacağını gözləmir: “Ermənistan sülh müqaviləsində maraqlıdır, 5 bəndlik təklif vermişik, amma razılaşdırılmayan yeganə punkt Qarabağ ermənilərinin məsələsidir. Əgər bu problemi danışıqlarla yoluna qoysaq, böyük sülh sazişi mümkündür. Amma Qarabağ separatçıları, İrəvanda olan ruspərəst müxalifət və Kreml birgə hərəkət etdiyi üçün sülh müqaviləsi ilə bağlı proses uzanır. Çünki Köçəryan və Araik Moskvaya bağlıdır, Rusiya isə sülh sazişinin əleyhinədir, bu halda Cənubi Qafqazda təsirləri minimuma enəcək”.
GUNDEMXEBER.AZ
8-07-2021, 09:33
8-07-2019, 12:20
12-09-2018, 20:46
30-05-2018, 16:57
17-10-2019, 12:18
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?